03 Fevral 2026 01:56
1886
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nda və 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”da dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nda və 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”da dəyişiklik edilməsi haqqında


№ 28


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının 6.3-cü bəndinin və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 2025-ci il 15 yanvar tarixli 286 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 662 (Cild I); 2025, № 2, maddə 196, № 10, maddə 993) ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiq Qaydaları”nın 1.2-ci, 1.5-ci və 1.6-cı bəndləri aşağıdakı redaksiyada verilsin:

“1.2. Ciddi hesabat blankları (Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Hökumət Ödəniş Portalının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin “ASAN ödəniş” informasiya sisteminin ödəniş barədə və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin strukturuna daxil olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları istisna olmaqla) ciddi hesabat blanklarının hazırlanması fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilir.”;

“1.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən, “ASAN ödəniş” informasiya sisteminin ödəniş barədə çıxarışlarının uçotu qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının uçotu qaydaları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir.

1.6. Bu Qaydaların 2.1.1-ci, 2.1.2-ci, 2.1.3-cü yarımbəndlərinin, 2.3-cü və 3.5–3.10-cu bəndlərinin müddəaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Hökumət Ödəniş Portalının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin “ASAN ödəniş” informasiya sisteminin ödəniş barədə və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin strukturuna daxil olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarına şamil edilmir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 181 (Cild I) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.3-cü bənddə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya yayımı və Peyk rabitəsi” sözləri “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin strukturuna daxil olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” sözləri ilə əvəz edilsin;

2.2. 2.9-cu bənddə “qurumlar” sözü “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” sözləri ilə əvəz edilsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 29 ” “ yanvar ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliyada yanacaqla bağlı ciddi qıtlıq gözlənilmir

16:19
16 Aprel

İrana hücum Suriya və İraqda uşaqların müalicəsinə mane olub

16:13
16 Aprel

Sudanda münaqişənin fəsadları: iqtisadi tənəzzül, kütləvi köçkünlük, zorakılıq və humanitar böhran

16:12
16 Aprel

Zəngilanda Azərbaycan ilə Rusiya arasında Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının nəticələrinə dair Protokol imzalanıb  

16:11
16 Aprel

Milli Məclis və Mərakeş Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb  

15:45
16 Aprel

Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiyaların həcmi açıqlanıb

15:22
16 Aprel

AAYDA-nın sədri Quba–Qonaqkənd yolunda sürüşmə baş verən ərazidə olub

15:13
16 Aprel

Xaçmazda tədris prosesi izlənilib

15:06
16 Aprel

Şahin Mustafayev: Şimal–Cənub dəhlizi mürəkkəb geosiyasi şəraitdə etibarlı fəaliyyətini göstərir  

14:56
16 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:53
16 Aprel

Baş nazirin müavini: Azərbaycanla Rusiya arasında investisiya əməkdaşlığında müsbət dinamika müşahidə olunur  

14:51
16 Aprel

Baş nazirin müavini: İşğaldan azad edilmiş ərazilərdə hazırda 75 mindən çox insan yaşayır, işləyir və təhsil alır  

14:47
16 Aprel

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq genişləndirilir  

14:40
16 Aprel

Avarçəkmə üzrə “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq

14:36
16 Aprel

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətinə dron hücumu nəticəsində azı 2 nəfər ölüb  

14:26
16 Aprel

Türkiyədə yeni xüsusi təyinatlı briqadalar formalaşdırılır

14:13
16 Aprel

Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gəliblər

14:07
16 Aprel

İlin sonunadək ikinci LRHW hipersəs raket batareyası ABŞ ordusuna təhvil veriləcək  

13:43
16 Aprel

Azərbaycanda nadir elementlərlə zəngin yeni ərazilər müəyyən edilib

13:34
16 Aprel

DSMF-nin xərcləri artıb

13:26
16 Aprel

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclasının iştirakçıları Zəngilanın Ağalı kəndi ilə tanış olublar  

13:03
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!