21 İyun 2024 08:35
378
SİYASƏT
A- A+
Azərbaycan: qlobal məsələlərdə qabaqcıl ölkə

Azərbaycan: qlobal məsələlərdə qabaqcıl ölkə

 

Qoşulmama Hərəkatı ölkələrinin gəncləri Bakıda toplaşıblar

 

İqlim dəyişiklikləri dünyanı rahatsız edən ən ciddi qlobal problemlərdəndir. Hətta bunu bəşəri bəla da adlandırmaq olar. XVIII əsrdən etibarən Yer kürəsinin sənayeləşməsi ilə başlayan proses xüsusən XX əsrin ortalarından iqlim sisteminə çox böyük mənfi təsir göstərən, digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı ilə nəticələndi. 
Sözsüz ki, bu qlobal problemin həlli Yer kürəsi sakinlərinin müştərək fəaliyyətindən keçir. Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını 1995-ci ildə ratifikasiya edib. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tamhüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milli məlumatların hazırlanması kimi öhdəliklər götürmüş və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilir.
Azərbaycan 2016-cı ildə 170-dən çox ölkə ilə birlikdə istixana qazı tullantılarını və insan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyi təhlükəsini azaltmaq üçün qlobal hədəf və fəaliyyət çağırışını ortaya qoyan Paris Sazişini imzalayıb. Paris Sazişinin 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası 2015-ci ilin oktyabrında BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə özünün "Milli səviyyədə Müəyyən edilmiş Töhfələr" (NDC) sənədini təqdim etmiş və qlobal miqyasda iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının (İEYQ) 35 faiz həcmində azaldılmasını hədəfləmişdir. 
İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə yüksəlmişdir. Temperaturun artması isə əsasən istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının artması ilə birbaşa bağlıdır. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (İPCC) tərəfindən təqdim edilmiş məlumata görə, sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə məhz karbon qazının ümumi miqdarı 28, metanın miqdarı isə 60 faiz artmışdır. Şübhəsiz ki, ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,4-1,30 C-yə qədər yüksəlmişdir. İqlim dəyişmələri fonunda Azərbaycanda da daşqınlar, güclü küləklər, istiliklər, quraqlıqlar, şoranlaşma, torpaqların deqradasiyası, yağıntıların və su ehtiyatlarının azalması kimi ekstremal iqlim hadisələri müşahidə edilir.
Məlumdur ki, iqlim dəyişmələri həm regional, həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır. Aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrlə yanaşı, miqrasiyanın güclənməsinə səbəb olur. Yoluxucu  və xroniki xəstəlikləri artır. Təsadüfi deyil ki, Dünya Səhiyyə Təşkilatı iqlim dəyişikliyini XXI əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə mənbəyi kimi göstərmişdir. Mütəxəssislərin fikrincə, gələcəkdə qlobal istiləşməni minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və  turşululuğunun yüksəlməsi kimi neqativ təsirlərin müəyyən hissəsi əsrlər boyu davam edəcəkdir.
Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar  Tədbirlər Planına uyğun olaraq silsilə şəklində beynəlxalq tədbirlər  keçirilir. Belə tədbirlərdən biri də dünən öz işinə başlayan Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumudur. Forumda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının 18 Milli Bölməsinin nümayəndələri, həmçinin yüksəkvəzifəli qonaqlar və ekspertlər iştirak edirlər. Forum Qoşulmama Hərəkatına üzv dövlətlərin gəncləri arasında iqlim dəyişikliyi ilə bağlı fikir mübadiləsi və qlobal iqlim təşəbbüsləri ilə bağlı məlumatlılığın artırılması məqsədi daşıyır. Tədbirdə Milli Bölmələrin razılaşdırdıqları yekun sənəd qəbul olunacaq.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva  Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunda çıxışında bildirib ki, iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllinə cəmiyyətin bütün üzvləri, xüsusilə gənclər cəlb edilməlidir: "Gənclərə və uşaqlara sərmayə qoymalıyıq. Bu, əsasən təhsildən ibarətdir. Biz iqlim dəyişiklikləri ilə mübarizəni gündəlik həyatlarına daxil etməyi uşaqlara öyrətməliyik. Həmçinin Milli Müəyyənləşdirilmiş Töhfələri daha da inkişaf etdirməliyik".
Forumun daha bir iştirakçısı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz əl-Tüveycri qeyd edib: "Bu tədbir bütün dünya dövlətləri aclıq və müharibələrdən əziyyət çəkən dövlətləri dəstəkləməyə çağırmaq üçün bir addımdır. Ərzaq çatışmazlığından əziyyət çəkən ölkələri dəstəkləmək bütün bəşəriyyətin gələcəyinə verəcəyimiz dəstəkdir".
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunda çıxışında qeyd edib ki, iqlim dəyişikliklərindən əsasən inkişaf etməkdə olan ölkələr əziyyət çəkir: "Həmin ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvləridir. Hərdən bizə sual verirlər ki, Azərbaycan COP29-a evsahibliyi üçün hansı amildən ilhamlanıb? Çünki bu, çox mötəbər tədbirdir və ona evsahibliyi etmək böyük məsuliyyət tələb edir. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi COP29-a evsahibliyi etməyimiz üçün bizə ilham verdi. Qoşulmama Hərəkatına uğurlu sədrliyimiz göstərir ki, Azərbaycan qlobal siyasi məsələlərdə qabaqcıl ölkə rolunu oynamağa qadirdir. Bunun bariz nümunəsi Qoşulmama Hərəkatına sədrliyimiz çərçivəsində COVID-19 ilə bağlı irəli sürdüyümüz təşəbbüslərdir".

 Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!