26 Oktyabr 2024 02:40
214
CƏMİYYƏT
A- A+
"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"


Qubadlı əməliyyatının iştirakçıları danışırlar


Vətən müharibəsində ən qanlı döyüşlərin getdiyi ərazilərimizdən biri də Qubadlı rayonudur. Buna səbəb rayonun əsasən dağlıq ərazidə yerləşməsidir. 

Qubadlıda hündürlüyü min metrdən 2 min metrədək olan bir neçə dağ zirvəsi var. Bu yüksəkliklər uzun illər Qubadlı rayonunu işğalda saxlayan düşmən qüvvələrinə böyük strateji üstünlük verirdi. Bütün bunları nəzərə alan peşəkar hərbçilərimiz yuxarı komandanlığın incəliklə hazırladığı əməliyyat planının icrasına başladı. Plana əsasən ilk növbədə rayon ərazisindəki dağ zirvələrinin, strateji yüksəkliklərin düşməndən təmizlənməsi tapşırığı verilmişdi.

Oktyabrın 23-də Qubadlı rayonunun dörd kəndi artıq işğaldan azad olunmuşdu. Sonrakı günlərdə də yüksək döyüş ruhu, qələbə əzmi nümayiş etdirən bölmələrimiz igidliklə vuruşmağa davam edirdi. Nəticədə, Vətən müharibəsinin iyirmi doqquzuncu günündə, oktyabrın 25-də Azərbaycan Ordusu rayonun daha bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdi.

Qubadlı uğrunda döyüşlərdə düşmən xeyli sayda canlı qüvvə, silah-sursat, hərbi texnika itirdi. Həmçinin xeyli silah-sursat, tank və artilleriya qurğuları qənimət olaraq götürüldü.

Qubadlı şəhərinin işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə Müdafiə Nazirliyi strateji əhəmiyyətə malik olan, ağır döyüşlərin getdiyi Qartiz dağı və ətraf yüksəkliklərə mediatur təşkil edib.

AZƏRTAC-ın əməkdaşları mediatur çərçivəsində Qubadlı rayonuna səfər edərək hərbi qulluqçularla həmsöhbət olublar.

Qubadlının işğaldan azad olunmasında iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri deyib ki, rayon istiqamətində əks-hücum əməliyyatı 2020-ci il oktyabrın 13-dən 14-nə keçən gecə başlayıb: "Qısa zamanda ətrafdakı bir neçə strateji yüksəklik və ən hündür zirvələrdən biri olan Qartiz dağı düşməndən təmizləndi və bölmələrimiz orada möhkəmlənərək düşmənin ehtimal edilən əks həmlələrinin qarşısını almağa hazır oldu. Bundan sonra əks-hücumu davam etdirərək, rayon ərazisində bir neçə əlverişli yüksəklikləri tutmağa nail olduq. Sonrakı günlərdə Ermənistan ordusunun bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdi. Lakin düşmənə qarşı uğurlu əməliyyatlar nəticəsində hər dəfə onları geri çəkilməyə məcbur etdik".

Digər müsahibimiz isə həmin günlərdə artıq düşmən ordusunun əsgər və zabitlərinin döyüşə girməkdən imtina etdiyini, silah-texnikanı ataraq qaçdıqlarını bildirib: "Vətən müharibəsi günlərində Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərini və yaşayış məntəqələrimizin azad edilməsi ilə bağlı təbriklərini böyük sevinclə, ruh yüksəkliyi və coşqu ilə qarşılayırdıq. Fəxr edirəm ki, bu qələbədə mənim də payım var. Azad etdiyimiz ərazilərimizdə vüqarla dalğalanan Bayrağımıza qürur hissi ilə baxırıq. Şadam ki, təkcə Qubadlı deyil, digər ərazilərimiz də düşmən işğalından azad edildi, suverenliyimiz tam bərpa olundu. Bütün səhidlərimizi ehtiramla yad edirəm. Allahdan şəhidlərə rəhmət, ailələrinə səbir diləyirəm. Torpaqlarımızın azadlığı naminə döyüşlərdə yaralanan silahdaşlarımıza isə sağlamlıqlarını bərpa edərək firavan həyat sürməyi arzulayıram".

Hərbi ekspert Azər Bayramov Qubadlının işğaldan azad olunmasını müharibənin müqəddəratını həll edən mühüm həmlələrdən biri kimi qiymətləndirib: "Bu şanlı Qələbə düşmənin döyüş əzminin qırılmasına və onlarda ruh düşkünlüyünün yaranmasına səbəb oldu. Qubadlının azad olunması Laçın dəhlizinin nəzarət altına götürülməsinə şərait yaratdı. Bu da düşmənə gələn təminat-təchizatın tamamilə kəsilməsi ilə nəticələndi. Şuşaya doğru digər istiqamətdən irəliləyən bölmələrimizin yolunu açdı".

Bəli, Qubadlının azadlığı Zəfərə doğru atılan daha bir addım idi. İndi Azərbaycan Ordusunun hərbçiləri bütün azad edilən ərazilərimiz kimi, Qubadlıda da xidmətini qürurla yerinə yetirirlər. Müharibədən sonrakı dövrdə də təlimlər keçirilir, döyüş hazırlığı yüksək səviyyədə saxlanılır. Əminliklə deyə bilərik ki, tarixi ədalətin bərpa olunduğu bu torpaqlara bir də düşmən ayağı dəyməyəcək. Bu Zəfəri bizə yaşadanları xalqımız daim xatırlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!