26 Oktyabr 2024 02:43
228
SİYASƏT
A- A+
"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"


Erməni lobbisinin yuvasına çevrilmiş Avropa Parlamenti COP29 tərəfində ölkəmizə qarşı qərəz və düşmənçilik mövqeyini daha da "gücləndirir". Bu təşkilat Azərbaycanın ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, erməni separatizminin kökünü kəsməsini həzm edə bilmir. Bu səbəbdəndir ki, Avropa Parlamentində Vətən müharibəsindən sonra Azərbaycanla bağlı əsassız müzakirələr və qəbul olunan "sənədlərin" sayı xeyli artıb. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, oktyabrın 22-də Avropa Parlamentində növbəti dəfə "Azərbaycanda siyasi vəziyyət və insan haqları məsələləri", eləcə də Azərbaycan və Ermənistan münasibətlərinə dair müzakirələrin aparılması təşkilatın ölkəmizə qərəzinin daha bir göstəricisidir. Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul etməyib, əksinə, "insan hüquqları" bəhanəsi ilə Azərbaycana qarşı sənədlər qəbul edib. Ötən ilin oktyabrında isə bu qurumda işğalçı Ermənistanın baş nazirinin yüksək səviyyədə qarşılanması isə əsl gerçəklikləri ortaya qoymuş oldu. Hansı ki Paşinyan məhz 44 günlük müharibə zamanı ermənilər tərəfindən Gəncədə törədilmiş terror hadisəsinin ildönümü zamanı - 17 oktyabr tarixində çıxış etmişdi. Yəqin ki, bu, təsadüf deyil, Avropa Parlamenti ilə Ermənistanın düşünülmüş addımı idi. Bu faktlar göstərir ki, Avropa Parlamenti bu müharibə cinayətlərini törətmiş Ermənistanla həmrəydir.

Milli Məclisin deputatının sözlərinə görə, bu gün Avropadakı islamofobiya, dini dözümsüzlük, müəyyən dairələrin maraqlarının və ambisiyaların həyata keçirilməsi hər kəsə bəllidir. Avropa Parlamentinin üzvləri siyasi korrupsiyaya qurşanıb ermənilərə lobbiçilik edərək ikili standartlardan çıxış edirlər. Belə olan halda, onlar kimdənsə nəyisə tələb edə bilməz. Müharibə cinayətləri törətmiş Ermənistanı müdafiə etmək, bu ölkənin başçısına yüksək "qonaqpərvərlik" göstərmək və onunla həmrəylik ifadə etmək, əslində, həmin dövlətin cinayətlərinə dəstək vermək deməkdir. Bununla da, Avropa Parlamenti bir daha gerçək simasını nümayiş etdirmiş oldu.

Oktyabrın 22-də aparılan müzakirələr zamanı da Avropa Parlamentinin deputatları Azərbaycanda guya fundamental insan hüquqlarının pozulduğunu və qanunun aliliyinin təmin olunmadığını iddia ediblər. Görünən odur ki, Avropa Parlamentinin üzvləri COP29-un Bakıda keçirilməsinə qısqanclıqla yanaşır. Əgər belə olmasaydı, onlar "insan hüquqlarının pozulması şəraitində ekoloji problemlərin qorunmasının baş verə bilməyəcəyini" iddia etməzdilər. Hətta avroparlamentarilər daha "irəli gedərək" Avropa İttifaqını Azərbaycanla qaz sazişinə xitam verməyə çağırıb, bəziləri Bakıda keçiriləcək COP29 konfransını boykot etməkdən danışıb və Qarabağ ermənilərinin öz evlərinə qaytarılmasını "tələb" ediblər. Təəssüf doğuran hal odur ki, bu müzakirələr Avropa İttifaqı ilə birgə təşkil olunub. Hansı ki Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik təşəbbüsləri ilə çıxış edirdi. Hazırkı proseslər isə təsdiqləyir ki, Avropa İttifaqı neytral vasitəçi deyil. Avropa Parlamentində çıxış edən Avropa İttifaqının məşğulluq və sosial hüquqlar üzrə komissarı Nikolas Şmitin çıxışı da avroparlamentarilərin mövqeyi ilə üst-üstə düşüb.

"Bütün bunların fonunda Avropa Parlamentinin Azərbaycanla enerji layihələrini dayandırmağı tələb etməsi və digər iddiaları cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycan beynəlxalq hüquq qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirir. Lakin bu, heç kimə Azərbaycanın daxili işlərinə qarışmaq hüququnu vermir. Azərbaycanın Prezidenti dövlətin və xalqın maraqlarının qorunması istiqamətində uğurlu siyasət həyata keçirir. Biz bütün dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı manipulyasiya əsasında deyil, yalnız bərabər hüquq əsasında qura bilərik. Heç bir təşkilat ölkəmizlə diktə dilində danışa bilməz. Avropa Parlamentindəki müzakirələr də heç bir əhəmiyyət daşımır. Görünən budur ki, Avropa Parlamenti artıq Fransanın anti-Azərbaycan siyasətini aşkar şəkildə mənimsəyib. Avropa Parlamenti anlamalıdır ki, onun apardığı qərəzli müzakirələr və qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır. Çünki müəyyən maliyyə dəstəyi və korrupsiyaya qurşanmaları bu təşkilatın üzvlərini ermənilərə lobbiçilik etməyə sövq edir. Bütün bunlar isə bizim üçün qəbulolunmazdır", - deyə Sevinc Fətəliyeva vurğulayıb. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!