24 Aprel 2025 09:48
303
SİYASƏT
A- A+
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində


Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri, onun Çin lideri Si Cinpinlə görüşü, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədlərinin imzalanması dünya mediasının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Çinin milli xəbər agentliyi Sinxua, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Jenmin Jibao” və “Global Times” qəzetləri, Çin Media Qrupuna daxil olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, CGTN telekanalı, habelə nüfuzlu “China Daily” qəzeti, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin səfəri barədə bir neçə dildə çoxsaylı materiallar yayıb. Çin mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə məxsusi müsahibəsindən xəbərlər hazırlayaraq oxucularına təqdim edib.

Qardaş ölkə Türkiyənin “Anadolu” agentliyinin “Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq bəyanatı qəbul edilib” başlıqlı xəbərində dövlətimizin başçısının Çindəki təmasları çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanat və bir sıra sazişlər, o cümlədən vizadan azadolma sənədinin imzalandığı qeyd olunub. DHA-nın “Çin lideri ilə Azərbaycan Prezidentindən strateji tərəfdaşlıq mesajı” adlı xəbərdə Si Cinpinin “Pekin Bakı ilə qarşılıqlı hörmət və ədalətə əsaslanan əməkdaşlıqda maraqlıdır” fikri vurğulanıb. Xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın “Vahid Çin” prinsipinə sadiq olduğunu bildirib, Çinin Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərinin dünyada sülh, sabitlik və rifah üçün imkanlar yaratdığını vurğulayıb. “CNN Türk” telekanalının Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə səfəri ilə bağlı xəbərində Si Cinpinin “Çin Azərbaycan ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır və inkişaf etdirir” fikri vurğulanıb, Pekinin Bakı ilə hərtərəfli əməkdaşlıqda yeni səhifə açmağa hazır olması faktı qabardılıb. “Haber Global” telekanalı, “İhlas” xəbər agentliyi Azərbaycan Prezidentinin Çinə səfərinə dair xəbərlər yayıb. “Milliyet” qəzeti “Azərbaycan Prezidenti və Çin Xalq Respublikasının Sədrindən “strateji tərəfdaşlıq” mesajı” adlı xəbərində iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, vizadan azad edilməsi haqqında sazişin imzalandığı diqqətə çatdırılıb.

“TRT Avaz”, NTV və digər media qurumları da dövlətimizin başçısının Çin səfərini diqqətdə saxlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri Rusiya mətbuatında da geniş işıqlandırılıb. TASS agentliyinin məqaləsində Çin liderinin “tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarına zərər vurur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamını pozur” sözləri sitat gətirilir. Bildirilib ki, Si Cinpin BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanan beynəlxalq nizamın qorunması üçün Çinin Azərbaycanla birgə işləməyə hazır olduğunu vurğulayıb. “Nezavisimaya qazeta”nın Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərinə həsr olunmuş geniş analitik məqaləsində səfərin iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə xidmət etdiyi qeyd olunub. Nəşr Prezident İlham Əliyevin Sinxua agentliyinə müsahibəsinə də toxunub. Oxucuların diqqətinə çatdırılıb ki, həmin müsahibədə Prezident beynəlxalq məsələlərdə əməkdaşlığı genişləndirməyə və iki dövlətin maraqlarını birgə müdafiə etməyə hazır olduğunu vurğulayıb. Yazıda Çinlə təmasların gücləndirilməsini Orta Dəhliz layihəsi, regionda nəqliyyat və iqtisadi inteqrasiya imkanları ilə əlaqələndirən ekspertlərin fikirlərinə də yer verilib. “Vestnik Kavkaza” nəşri dövlət başçılarının Pekində keçirilmiş görüşünün yekunu olaraq qəbul edilmiş Birgə Bəyanat barədə ətraflı məqalə dərc edib. Qeyd olunub ki, görüşdə BMT mərkəzli dünya nizamının və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan beynəlxalq nizamın dəstəklənməsi diqqət mərkəzində olub. “Kommersant” qəzeti Çin Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşü işıqlandırıb, danışıqların iqtisadi və ticarət aspektlərinə diqqət yetirib. Məqalədə tarif müharibələrinə qarşı kəskin çıxış edən və onların “qlobal iqtisadi nizamı və ticarət sistemini pozduğunu, ölkələrin hüquq və maraqlarını pozduğunu” qeyd edən Çin liderinin bəyanatlarından sitat gətirilir. “Böyük Asiya” informasiya portalı yazıb ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyevin apardıqları danışıqların əsas nəticəsi iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması olub. Nəşrdə vurğulanır ki, səfər çərçivəsində 20-dən çox sənəd, o cümlədən qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş imzalanıb. “RİA Novosti” Çinin Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları zamanı səsləndirdiyi bəyanatlarla bağlı məqalə dərc edib. Bildirilib ki, Çin lideri ticarət müharibələrinin dağıdıcı nəticələri barədə xəbərdarlıq edib. “EADaily” agentliyi Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında keçirilən danışıqların yekunları üzrə imzalanmış Birgə Bəyanatın əsas məqamlarını işıqlandırıb. Azərbaycanın təklif etdiyi sülh gündəliyinə Çinin güclü dəstəyi diqqət mərkəzində olub. Bəyanatda tərəflərin əks-məhsuldar adlandırdıqları qarşıdurma xarakterli geosiyasi oyunlar pislənilib.

“ Reuters” agentliyinin “Çin Sədri Si Pekində Azərbaycan lideri ilə görüşür” adlı xəbərində səfərin detallarından söz açılıb.

İtaliyanın “FarodiRoma” nəşri “Azərbaycan və Çin strateji tərəfdaşlıq sazişi və bir çox başqa sənədlər imzalayıb” adlı xəbərdə geniş məqalə dərc olunub. Məqalədə iki ölkə arasında imzalanan sənədlər, o cümlədən Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat barədə məlumat verilib. “Nova.news” və “4coffshore.com” onlayn nəşrləri Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan ilə Çin şirkətləri arasında enerji sahəsində bir neçə əməkdaşlıq sənədinin imzalandığını yazıb.

Küveytin KUNA agentliyi, Gürcüstanın “Primetime.ge” nəşri, “1tv” və “Ajara tv” kanalları dövlətimizin başçısının Çinə səfəri, xüsusən də iki ölkə arasında imzalanan sənədlər haqqında ətraflı məlumat yayıblar.

İranın “Tasnim” agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekinin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA agentliyi isə yazır ki, Çin Sədri Si Cinpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başlandığını elan ediblər. “Jahannews.com” nəşri Prezident İlham Əliyevin səfər öncəsi Sinxua agentliyinə müsahibəsində səsləndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı ənənələrə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

Cənubi Koreyanın “newsis.com” nəşri “Associated Press”ə istinadla Azərbaycan Prezidentinin Çində dövlət səfərində olduğunu yazıb.

Ukraynanın “Ukrinform” agentliyi, “Prabdatut”, “Kurs Ukraini”, “Ekonomiçni novinki” nəşrləri də dövlətimizin başçısının Çinə səfərinə dair bir neçə material yayıb, səfəri ətraflı şərh ediblər.

Rumıniyanın milli xəbər agentliyi AGERPRES, “Mediafax” özəl xəbər agentliyi, “News.ro” xəbər portalı, “Pescurt.ro” xəbər portalı, “Gandul” nəşri və digər nüfuzlu media orqanları, o cümlədən “Pro TV” televiziya kanalı, “Prima TV” televiziya kanalı və başqaları Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində keçirilmiş görüşə həsr olunmuş “Ticarət müharibələri və tariflər qlobal iqtisadi nizamı pozur – Azərbaycanla strateji tərəfdaşlıq güclənir” sərlövhəli məqalələr yazılıb. Çin Xalq Respublikasının Sədri Si Cinpinin “ticarət müharibələri və gömrük tariflərinin tətbiqi bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sisteminə zərər vurur və qlobal iqtisadi sabitliyi sarsıdır” fikirlərinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, bu fikirlər Çində rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüş zamanı səsləndirilib.


Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 22–24 aprel tarixlərində Pekinə etdiyi rəsmi səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın Genişləndirilməsi haqqında Bəyannamə imzalanıb. Tərəflər hüquq, “yaşıl inkişaf”, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədinə imza atıblar.

Bundan əlavə, Azərbaycan və Çin arasında vizasız rejim tətbiq olunacağı açıqlanıb. Görüşdə, həmçinin ekoloji cəhətdən təmiz və yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarının ticarətinin genişləndirilməsi və bərpaolunan enerji sahəsində ortaq layihələrin həyata keçirilməsi müzakirə olunub.

Çin hökuməti, həmçinin sərhədlərarası maliyyə xidmətlərini asanlaşdırmaq və yuanın beynəlxalq istifadəsini artırmaq məqsədilə yeni təşəbbüslər irəli sürüb. Bu plan, xüsusilə dövlət müəssisələrinin xarici əməliyyatlarında yuanla ödənişlərin prioritetləşdirilməsini nəzərdə tutur.

Qeyd olunub ki, bu cür əməkdaşlıq qlobal ticarətə töhfə verməklə yanaşı, dünya iqtisadiyyatında sabitliyin qorunmasında mühüm rol oynayacaq. Vurğulanır ki, Azərbaycanın bu prosesdə fəal iştirakı və tərəfdaşlıq ruhu Çin tərəfindən yüksək qiymətləndirilir.

Bolqarıstanın “Fakti.bg” xəbər portalı, BTA xəbər agentliyi, BNT televiziya kanalı, “News.bg” xəbər portalı, Yunanıstanın “Protothema”, “Efsyn”, “News24/7” xəbər portalı və digər nüfuzlu media orqanları “Si Cinpin: Gömrük rüsumları və ticarət müharibələri qlobal iqtisadi nizama zərər vurur – Çin və Azərbaycan arasında əməkdaşlıq daha da güclənir” sərlövhəli məqalələr dərc ediblər.

Yazılarda Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, gömrük rüsumları və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamına ciddi ziyan vurur. Diqqətə çatdırılıb ki, bu bəyanatı Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüş zamanı səsləndirib.

Bildirilir ki, Si Cinpin çıxışında Çin ilə Azərbaycanın beynəlxalq sistemin müdafiəsində və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsində birgə çalışmasının vacibliyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağıstanla investisiya, KOB, sənaye sahələrində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub  

19:23
19 May

Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib  

19:16
19 May

Litva şirkəti ilə “Araz Vadisi İqtisadi Zonası”nda həyata keçirilən mebel klasteri layihəsi müzakirə olunub  

19:07
19 May

İran səfiri Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

19:03
19 May

Azərbaycan-İsrail hərbi əməkdaşlığı inkişaf etdirilir

18:51
19 May

Elektromobillərə və hibrid avtomobillərə güzəştin müddəti bitir – qiymət artacaqmı?

18:50
19 May

Azərbaycan ilə Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

18:48
19 May

Pasiyentləri süni zəkanın müalicə etdiyi klinika istifadəyə verilib

18:16
19 May

Azərbaycanın aerobika gimnastları Fransada 4 medal qazanıblar

18:13
19 May

Bu ilin ilk rübündə AKİA tərəfindən 2480 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib  

18:04
19 May

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır 

18:02
19 May

Qebreyesus: ÜST rəhbər heyəti və departamentləri yarıya qədər ixtisar edəcək  

17:58
19 May

Netanyahu: İsrail bütün Qəzza sektorunu nəzarətə götürəcək

17:56
19 May

Sosial Tədqiqatlar Mərkəzinin sədri: Əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır

17:53
19 May

KOBİA: Bakıda mənzil qiymətləri dünyanın ən bahalı şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə yaxınlaşmaqdadır

17:51
19 May

Qazaxıstan Prezidenti TDT sammitində iştirak etmək üçün Macarıstana səfər edəcək

17:17
19 May

Aİ ölkələri çoxmilyardlıq müdafiə fondu yaradır

17:16
19 May

Sürüşmədən sonra Şamaxı-Cabanı-Əngəxaran yolunun 11-ci kilometrliyində bərpa işləri aparılır  

17:15
19 May

Parlamentin Aqrar siyasət komitəsinin iclasında bir sıra məsələlər müzakirə olunub  

17:12
19 May

“AzerGold”da “IE Universiteti” tərəfindən dayanıqlı inkişaf mövzusunda təlim keçirilib

17:11
19 May

Azərbaycandan 10-dək ölkəyə süfrə yumurtası ixrac edilir

17:10
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!