03 Mart 2024 22:33
397
İDMAN
A- A+

Azərbaycan Premyer Liqası: “Qarabağ” derbidə “Neftçi”ni məğlub edib

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəliblər. "Neftçi Arena"da reallaşan ölkə derbisi Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 47-ci dəqiqədə qonaqların heyətində Nəriman Axundzadə açıb. Toral Bayramov 60-cı dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Filip Ozobiç 71-ci dəqiqədə penaltidən fərqi minimuma endirib. Toral Bayramov 90+4-cü dəqiqədə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 90+7-ci dəqiqədə Leandro Andrade müəyyənləşdirib.

Turun əvvəlki oyunlarında "Kəpəz" " Sumqayıt"a 3:1, "Sabah" "Araz-Naxçıvan"a 2:0, "Səbail" "Qəbələ"yə 3:2 hesabı ilə qalib gəlib. "Zirə" - "Turan Tovuz" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.

Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 60-a çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Səbail" 37 xalla 2-ci, "Neftçi" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video