06 Sentyabr 2024 08:15
665
Mədəniyyət
A- A+
"Azərbaycan müəllimi" qəzetinin 90 illik yubiley tədbiri keçirilib

"Azərbaycan müəllimi" qəzetinin 90 illik yubiley tədbiri keçirilib

 

Sentyabrın 5-də Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən "Azərbaycan müəllimi"nin baş redaktoru Sarvan İbrahimov qəzetin Azərbaycan mətbuatının inkişafındakı tarixi rolundan bəhs edib. O qeyd edib ki, ölkəmizin təhsil salnaməsini yaradan "Azərbaycan müəllimi" 1934-cü il sentyabrın 2-dən "Kommunist maarifi" adı ilə nəşr olunmağa başlayıb. Sonrakı dövrlərdə "Müəllim qəzeti" adı ilə çap olunub. Qəzetin əsas məramı ölkəmizdə xalq maarifinin, təhsilin inkişafına xidmət olub. Qəzetin nəşrində başlıca məqsəd ölkədə maarif işlərinin həyata keçirilməsinə dəstək göstərmək, tədris sahəsində qazanılmış ilk təcrübə və uğurları geniş təbliğ etmək, təhsillə bağlı qarşıda duran vəzifələri gündəmə gətirmək və onların reallaşdırılmasına nail olmaq idi. Fəaliyyətinin ilk illərindən ölkənin təhsil sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təcrübəsini oxuculara çatdıran "Azərbaycan müəllimi"nin təkcə respublikamızda deyil, keçmiş ittifaq respublikalarında, hətta xarici ölkələrdə belə oxucuları olub. Qəzetdə dərc olunan məqalələr özünün publisistik dəyəri ilə seçilib, o, cəmiyyətimiz üçün bir sıra aktual məsələləri daim diqqətdə saxlayıb. Respublikamızda təhsil islahatlarının həyata keçirilməsində, təhsilin və elmin inkişafında, bütövlükdə milli təhsilimizin uğurlarında "Azərbaycan müəllimi" qəzetinin rolu əvəzsizdir.
Sonra qəzetin 90 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş etdirilib.
Yubiley tədbirində qəzetin yeni saytının təqdimatı keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, qəzet fəaliyyətinin ilk illərindən ölkənin elm və təhsil sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təcrübəsini oxuculara çatdıran mühüm yayım orqanı kimi kifayət qədər nüfuza malik olub.
Nazir deyib: "Ölkəmizin təhsil sisteminin siması olan müəllimlərimizin adını brendləşdirən qəzet hazırda da elm və təhsil sahəsində aparılan islahatların təbliğində əvəzsiz rol oynayır. Təhsil sahəsində dəyərli məzmun yaratmaq hər zaman əsas çağırışlardan olub.
Gənc nəsillərin, eləcə də təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların geniş müzakirəsinə və debatlara ehtiyac var. Çünki fikirlər nə qədər çox və müxtəlif olsa, müzakirə zamanı həqiqətə daha da yaxınlaşmaq olar".
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında "Azərbaycan müəllimi" qəzetinin keçdiyi şərəfli yolu milli mətbuat tariximizin ayrılmaz tərkib hissəsi və qürur mənbəyi kimi dəyərləndirib. O, çıxışında həmçinin müstəqillik illərində Azərbaycan mətbuatına yaradılan imkanlardan danışıb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğvi kimi tarixi əhəmiyyətli qərarından sonra medianın inkişafı üçün əlverişli şərait yaranıb: "Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm kimi prinsiplər mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir.
Ulu Öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin həyatında medianın rolunu yüksək qiymətləndirərək müstəqil medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qalibiyyət medianın da inkişafına impuls verib, yeni mərhələnin başlanmasını şərtləndirib".
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, bu qəzet böyük bir epoxanın, dövrün, pedaqoji təhsil həyatımızın salnaməsidir. "Azərbaycan müəllimi" qəzetinin bizim təhsilimizin ən müxtəlif sahələrinin işıqlandırılmasında özünəməxsus rolu var: "Təhsilin geniş bir sahə olduğunu və hər bir ailənin təhsillə bağlılığını nəzərə alsaq, "Azərbaycan müəllimi" qəzetinin önəmini xüsusi qeyd etmək lazımdır. Qəzet təhsilin ən müxtəlif sahələrini əhatə etməklə yanaşı, eyni zamanda müəllimlərə yol göstərməkdə, praktik kömək etməkdədir".
Tədbirdə "Azərbaycan müəllimi"nin yeni loqosu təqdim olunub.
Daha sonra rebrendinq müsabiqəsinin qalibi mükafatlandırılıb, qəzet əməkdaşları təltif ediliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenskidən Trampa təbrik mesajı: Ukraynalılar həqiqi sülhə nail olmaq üçün amerikalılarla birlikdə işləməyə hazırdırlar  

00:34
21 Yanvar

Tramp qısa müddətdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb

00:17
21 Yanvar

Tramp: Amerikanın qızıl dövrü başlayır

23:03
20 Yanvar

Donald Tramp ABŞ-ın yeni prezidenti qismində and içib

22:58
20 Yanvar

Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

22:03
20 Yanvar

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNƏCƏK

21:08
20 Yanvar

Bayden və Tramp andiçmədən əvvəl Ağ evdə görüşüblər

21:06
20 Yanvar

Qazaxıstan nəşri 20 Yanvar faciəsindən yazıb

21:05
20 Yanvar

Azərbaycan könüllüləri Şəhidlər xiyabanını ziyarət ediblər

21:03
20 Yanvar

İtaliya saytı 20 Yanvar faciəsindən yazıb

20:59
20 Yanvar

Putin Trampı təbrik edib

20:58
20 Yanvar

Varşavada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

20:57
20 Yanvar

Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib 

20:56
20 Yanvar

İtaliya mediası 20 Yanvar faciəsindən yazır

20:55
20 Yanvar

20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib  

20:53
20 Yanvar

ANAMA nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

20:51
20 Yanvar

Qərbi Azərbaycan İcmasının kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

20:50
20 Yanvar

İtaliyalı senator 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

20:49
20 Yanvar

Fərid Səfərli Azərbaycana qaytarılıb

20:48
20 Yanvar

Latın Amerikası mətbuatı 20 Yanvar faciəsindən yazıb

20:47
20 Yanvar

“Adjara.PS” portalında “1990-cı il 20 Yanvar faciəsi öyrənilməli və olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır” adlı məqalə dərc olunub

20:41
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!