08 İyul 2026 08:00
1223
SİYASƏT
A- A+
Azərbaycan diplomatiyasının konturları

Azərbaycan diplomatiyasının konturları


Etimad, qətiyyət, tərəfdaşlıq və milli maraq


Müasir dünyanın siyasi mənzərəsi sürətlə dəyişir. Qlobal güc mərkəzləri arasında rəqabət dərinləşir, beynəlxalq münasibətlər sistemi yeni çağırışlarla üz-üzə qalır, regional münaqişələr isə dünya təhlükəsizliyini ciddi təhdid edir. 

Belə mürəkkəb geosiyasi şəraitdə dövlətlərin beynəlxalq nüfuzu təkcə iqtisadi və hərbi potensialı ilə deyil, həm də diplomatik çevikliyi, siyasi etibarlığı və çoxtərəfli əməkdaşlıq imkanları ilə müəyyən olunur. Bu gün güclü diplomatiya beynəlxalq münasibətlərdə söz sahibi olmağın ən təsirli vasitələrindəndir.

Son illərin siyasi prosesləri göstərir ki, Azərbaycan yeni geosiyasi reallığın fəal iştirakçılarındandır. Vaxtilə beynəlxalq təşkilatlarda mövqeyini möhkəmləndirməyə çalışan Azərbaycan bu gün qlobal qərarların müzakirə olunduğu platformalarda təşəbbüslər irəli sürən, mühüm layihələrin həyata keçirilməsində aparıcı rol oynayan və regional əməkdaşlığa real töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edilir.

Bu yüksəliş illər boyu ardıcıl həyata keçirilən düşünülmüş dövlət siyasətinin, milli maraqlara söykənən xarici siyasət kursunun və Prezident İlham Əliyevin məqsədyönlü diplomatik fəaliyyətinin nəticəsidir. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan balanslaşdırılmış, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət yürüdərək müxtəlif siyasi mərkəzlərlə qarşılıqlı etimada söykənən münasibətlər qurmağa nail olub. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın diplomatik uğurları bu gün regionla bərabər, bütövlükdə Avrasiya məkanının siyasi gündəliyinə təsir göstərən mühüm amillərdən biri kimi qiymətləndirilir. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, qlobal iqlim gündəliyi və humanitar əməkdaşlıq sahəsində irəli sürülən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artırır. Xüsusən 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq Azərbaycanın diplomatik imkanlarını daha da genişləndirib. Artıq ölkəmiz regional proseslərin istiqamətini müəyyənləşdirən əsas siyasi aktorlardan biri kimi çıxış edir. Cənubi Qafqazda sabitlik, iqtisadi inteqrasiya və yeni əməkdaşlıq formatları haqqında danışarkən Azərbaycanın mövqeyini nəzərə almamaq mümkün deyil. Bunun ən mühüm göstəricilərindən biri aparıcı siyasi mərkəzlərin Bakıya artan marağıdır. ABŞ, Avropa İttifaqı, türk dünyası, Mərkəzi Asiya dövlətləri və Yaxın Şərq ölkələri ilə siyasi dialoqun intensivləşməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirib.

Müasir diplomatiyanın əsas üstünlüyü həm də gələcəyin siyasi və iqtisadi xəritəsini də formalaşdırmaq bacarığıdır. Azərbaycanın xarici siyasəti məhz bu baxımdan diqqəti cəlb edir. Ölkəmiz qlobal güclər arasında seçim edən deyil, müxtəlif siyasi mərkəzlərlə qarşılıqlı faydalı əməkdaşlıq quran, etimad körpüləri yaradan və milli maraqlarını prinsipial şəkildə qoruyan müstəqil dövlət kimi çıxış edir. Bu gün Azərbaycanın artan beynəlxalq nüfuzu gələcəkdə regional və qlobal proseslərə daha böyük təsir göstərə biləcək siyasi potensialının ifadəsidir.

Ölkəmizin xarici siyasətinin ən mühüm xüsusiyyətlərindən biri də müxtəlif siyasi qütblərlə eyni vaxtda qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq qura bilməsidir. Müasir dünyanın mürəkkəb geosiyasi şəraitində bu, hər dövlətə nəsib olmayan üstünlükdür. Milli maraqları əsas götürən Azərbaycan həm Qərb dövlətləri, həm türk dünyası, həm Mərkəzi Asiya ölkələri, həm də digər tərəfdaşlarla etimada söykənən münasibətlər quraraq beynəlxalq manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Son aylar ABŞ ilə Azərbaycan arasında siyasi dialoqun intensivləşməsi də bu reallığın bariz nümunəsidir. Təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində formalaşan qarşılıqlı etimad, təmasların artması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. 

Avropa İttifaqı ilə əməkdaşlıq da yeni məzmun qazanır. Əgər əvvəlki dövrdə münasibətlərin əsasını enerji sahəsi təşkil edirdisə, artıq tərəfdaşlığın gündəliyi xeyli genişlənib. Orta dəhlizin inkişafı, nəqliyyat-kommunikasiya layihələri, rəqəmsal transformasiya, "yaşıl enerji", logistika, investisiyalar və regional təhlükəsizlik əməkdaşlığın əsas istiqamətlərinə çevrilib. Bu isə Azərbaycanın Avrasiya məkanında yeni iqtisadi əlaqələrin qurulmasında strateji tərəfdaş kimi qəbul olunduğunu göstərir.

Xüsusən Orta dəhlizin beynəlxalq əhəmiyyətinin artması Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirib. Avropa ilə Asiyanı ən qısa və etibarlı marşrutla birləşdirən bu nəqliyyat xətti qlobal iqtisadiyyatın mühüm elementlərindən birinə çevrilməkdədir. 

Enerji diplomatiyasında da yeni mərhələ başlanıb. Uzun illər Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycan bu gün bərpaolunan enerji sahəsində də etibarlı tərəfdaş kimi çıxış edir. Xəzərin "yaşıl enerji" potensialından istifadə, elektrik enerjisinin Qara dəniz vasitəsilə Avropaya ötürülməsi və digər perspektivli layihələr ölkəmizin gələcəyin enerji xəritəsində də mühüm mövqeyə malik olacağını göstərir.

Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə yüksəlməsi dünyanın aparıcı siyasi mərkəzlərinin ölkəmizə münasibətində də öz əksini tapır. Bunun nümunələrindən biri Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya həyata keçirdiyi işgüzar səfər oldu. Bu səfər Avropa İttifaqının Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, Orta dəhlizin inkişafında və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində strateji tərəfdaş kimi qiymətləndirdiyinin növbəti siyasi təsdiqi idi və o, bir daha nümayiş etdirdi ki, Azərbaycan təkcə enerji ehtiyatlarına malik ölkə deyil, həm də etibarlı siyasi tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi beynəlxalq münasibətlər sistemində mühüm yer tutur. 

Son illərin diplomatik mənzərəsinə nəzər saldıqda bir həqiqət aydın görünür: Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində hadisələrin gedişini izləyən deyil, onların formalaşmasına təsir göstərən dövlətlər sırasındadır. Ölkəmiz yeni təşəbbüslər irəli sürür, müxtəlif siyasi mərkəzlər arasında etimad körpüləri yaradır, qlobal əməkdaşlığa real töhfələr verir və beynəlxalq qərarların qəbulunda rəyi nəzərə alınan nüfuzlu aktor kimi çıxış edir. Bu, ardıcıl dövlət siyasətinin, milli maraqlara söykənən müstəqil xarici siyasət kursunun, çevik diplomatik strategiyanın və Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq

16:41
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB  

16:41
24 Avqust

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

16:27
24 Avqust

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

Humanoid robot 100 metr məsafədə yeni rekord əldə edib

15:57
24 Avqust

Metroda bir qapı daha açıldı: M1-də sərnişinlər daha az gözləyəcək

15:52
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!