12 İyun 2026 18:13
318
İQTİSADİYYAT
A- A+
Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Kiçik və orta ölçülü şəhərlərdə və kənd ərazilərində dayanıqlı mobillik” mövzusunda tədqiqat layihəsi üzrə İşçi qrupunun ilk iclasında iştirak ediblər.

Onlayn formatda keçirilən görüşdə İşçi qrupunun fəaliyyət istiqamətləri, tədqiqatın əhatə dairəsi, prioritetləri və gözlənilən nəticələri müzakirə olunub. Qeyd edilib ki, təxminən bir il fəaliyyət göstərəcək qrupun əsas məqsədi kiçik və orta şəhərlərdə, eləcə də kənd ərazilərində nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi, əhalinin mobillik imkanlarının genişləndirilməsi və uğurlu regional təcrübələrin öyrənilməsidir.

Layihə çərçivəsində iştirakçı ölkələrin təcrübələri müqayisəli şəkildə təhlil ediləcək, beynəlxalq uğurlu nümunələr müəyyənləşdiriləcək və praktiki tövsiyələr hazırlanacaq. Əldə olunan nəticələrin BNF-nin gələcək tədqiqat və siyasət sənədlərində nəzərə alınacağı bildirilib.

Müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti ölkədə nəqliyyat sahəsində həyata keçirilən islahatlar, regionlarda ictimai nəqliyyatın inkişafı və dayanıqlı mobillik istiqamətində qazanılmış təcrübə barədə məlumat verib. Bildirilib ki, bu təcrübə İşçi qrupunun fəaliyyətinə mühüm töhfə verə bilər.

Qeyd edək ki, sözügedən tədqiqat layihəsi BNF-yə üzv ölkələr tərəfindən Bakıda təsdiqlənmiş 2026–2027-ci illər üzrə İş Proqramının tərkib hissəsidir.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!