08 Aprel 2026 12:29
173
DÜNYA
A- A+
Avropalı liderlər ABŞ ilə İran arasında ikihəftəlik atəşkəs razılaşmasını alqışlayıblar  

Avropalı liderlər ABŞ ilə İran arasında ikihəftəlik atəşkəs razılaşmasını alqışlayıblar  


ABŞ ilə İran arasında ikihəftəlik atəşkəslə bağlı razılığın əldə olunması Avropa İttifaqının (Aİ) rəsmiləri tərəfindən böyük məmnunluqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Aİ rəsmiləri atəşkəsin münaqişənin eskalasiyasının qarşısının alınmasına imkan verdiyini vurğulamaqla yanaşı, tərəflər arasında razılığın əldə olunmasına görə Pakistanın vasitəçilik missiyasını yüksək qiymətləndiriblər.

Aİ Şurasının Prezidenti Antonio Koşta Yaxın Şərqdə ikihəftəlik atəşkəs xəbərini alqışlayaraq, regionda davamlı sülhə nail olmaq üçün bütün tərəfləri onun şərtlərinə əməl etməyə çağırıb: “Aİ davam edən səyləri dəstəkləməyə hazırdır və regiondakı tərəfdaşları ilə sıx əlaqə saxlayır. Pakistana və bu razılaşmanın əldə edilməsində iştirak edən bütün digər tərəflərə təşəkkür edirəm”.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen X platformasındakı səhifəsində etdiyi paylaşımda ABŞ-nin və İranın dünən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlməsini alqışlayaraq bildirib: “Bu, çox ehtiyac duyulan deeskalasiyaya yol açır. Vasitəçiliyinə görə Pakistana təşəkkür edirəm. İndi bu münaqişənin davamlı həlli üçün danışıqların davam etdirilməsi çox vacibdir. Bu məqsədlə tərəfdaşlarımızla koordinasiyanı davam etdirəcəyik”.

Aİ-nin ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas da X hesabındakı paylaşımında həftələrdir davam edən gərginlikdən sonra atəşkəsin əldə olunmasını yüksək qiymətləndirərək qeyd edib: “Bu, təhdidləri azaltmaq, raketləri dayandırmaq, gəmiçiliyi yenidən başlatmaq və davamlı razılaşma istiqamətində diplomatiyaya şərait yaratmaq üçün çox ehtiyac duyulan şans yaradır. Hörmüz boğazı yenidən keçid üçün açıq olmalıdır”.

O, həmçinin Pakistanın xarici işlər naziri ilə vəziyyəti müzakirə etdiyini və razılaşmanın əldə olunmasına görə təşəkkürünü bildirdiyini vurğulayaraq qeyd edib ki, müharibənin əsas səbəbləri həll olunmadığı üçün vasitəçilik qapısı açıq qalmalıdır. Aİ bu səyləri dəstəkləməyə hazırdır və regiondakı tərəfdaşlarla əlaqə saxlayır.

Aİ-nin ən böyük iqtisadiyyatına sahib Almaniya hökuməti də atəşkəs razılaşmasını yüksək dəyərləndirib. Almaniya Kansleri Fridrix Merts bu barədə paylaşımında ABŞ və İran arasında əldə edilən iki həftəlik atəşkəsi alqışlayaraq, vasitəçiliyinə görə Pakistana təşəkkür edib: “İndi məqsəd müharibəyə davamlı son qoymaq üçün danışıqlar aparmaqdır. Bu məsələdə tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik”.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful da atəşkəs razılaşmasını alqışlayaraq qeyd edib: “Bu, davamlı sülhə aparan yolda ilk qəti addım olmalıdır, çünki müharibənin davam etməsinin nəticələri hesablana bilməz. Almaniya bu diplomatiya yolunu bacardığı qədər dəstəkləyəcək”.

Bölgədə münaqişənin ilk günlərindən qətiyyətli mövqeyi ilə seçilən İspaniya hökuməti də atəşkəsin davamlı sülhlə nəticələnməsinin önəmini vurğulayıb. İspaniyanın Baş naziri Pedro Sançez X paylaşımında müvəqqəti yüngülləşmənin xaosu, dağıntıları və itirilmiş həyatları unutdurmamasının vacibliyini qeyd edib: “İspaniya hökuməti dünyanı oda verənləri təkcə bir vedrə su ilə ortaya çıxdıqlarına görə alqışlamayacaq. İndi lazım olan diplomatiya, beynəlxalq hüquq və sülhdür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq daha da möhkəmlənir.  

15:36
08 Aprel

Dini konfessiya rəhbərləri ABŞ Komissiyasının hesabatındakı qiymətləndirməni rədd edib - Bəyanat  

15:24
08 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

15:19
08 Aprel

Nazir: Azərbaycan qazının Serbiyaya çatdırılması tərəfdaşlığın mühüm nailiyyətlərindən biridir  

15:11
08 Aprel

Kreml İran ilə ABŞ arasında atəşkəsi alqışlayır

15:03
08 Aprel

Ukrayna Prezidenti Yaxın Şərqdə atəşkəsi alqışlayıb  

14:59
08 Aprel

İstanbulda baş verən silahlı insidentlə bağlı 11 nəfər saxlanılıb

14:55
08 Aprel

Moskva Dövlət Universitetinin Bakı filialı yuxarı sinif şagirdlərini “Açıq qapı” gününə dəvət edir 

14:53
08 Aprel

Bakıda keçirilmiş yarmarkada 30 işəgötürən 341 vakansiya təqdim edib

14:51
08 Aprel

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

14:39
08 Aprel

Körfəzdə 800 gəmi Hörmüz boğazından keçmək üçün gözləməkdədir  

14:33
08 Aprel

ABŞ-də bir uşağın böyüdülməsinə nə qədər pul xərclənir?

14:29
08 Aprel

Əfqanıstan və Pakistan gərginliyi azaltmaq barədə razılığa gəliblər  

14:21
08 Aprel

Müxtəlif yükləri daşıyan gəmilər Hörmüz boğazından keçməyə hazırlaşır  

14:13
08 Aprel

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib 

14:09
08 Aprel

Xəzər dənizində 5.3 bal gücündə zəlzələ olub

13:47
08 Aprel

Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri regional məsələləri nəzərdən keçiriblər

13:29
08 Aprel

Türkiyə XİN: Daimi sülhə gedən yol diplomatiya və qarşılıqlı etimad vasitəsilə mümkün olacaq  

13:13
08 Aprel

Trampın ikihəftəlik atəşkəs elanından sonra neftin qiyməti 100 dollardan aşağı düşüb  

13:07
08 Aprel

BDYPİ küləkli hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

12:47
08 Aprel

Azərbaycan və Qazaxıstanın XİN-ləri arasında təkbətək görüş

12:41
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!