29 Aprel 2026 15:51
182
CƏMİYYƏT
A- A+
Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə


Dövlət təbii fəlakətdən zərər çəkən vətəndaşların yanında olduğunu sübut etdi


Xalq təqvimində aprel  iqlim dəyişmələrinə görə ən təzadlı ay hesab olunur. Müxtəlif illərdə fərqli olsa da, demək olar ki, bu ayda hər gün təbiət dəyişməsi baş verir. Kənddə yaşayanlar yaxşı bilirlər:bir neçə saatlıq aprel yağışı günəşin işığı ilə birləşərək, torpağı, çiçəyi, hətta  həyatın ritmini  belə dəyişdirir. Bu da göstərir ki, aprel yalnız günlərlə deyil,  saatlarla da ölçülə biləcək bir möcüzədir. 

Apreldə yağan yağışa xalq arasında "neysan",  ya da  “abi-neysan”  deyirlər. Bəzi tədqiqatçılar bunu leysanla eyniləşdirirlər. Halbuki leysan gur, fasiləsiz və bəzən dağıdıcı, neysan isə məhz apreldə yağan incə yağışdır. Bu yağış bitkilərin boy atmasında, əkin sahələrinin canlanmasında əvəzsiz rol oynayır. Xalq yaddaşında abi-neysan həmişə sevinclə, bərəkətlə assosiasiya olunub. Amma bu il təbiət qapıları erkən döydü: yağışlar martdan başladı və özü ilə Azərbaycana yazın tələsən nəfəsini, torpağın qışdan sonra ilk oyanışını səs-küylə, fəlakətlə gətirdi. Yağışlar  bu dəfə adi yağış deyildi. Xalqın “abi-neysan” adlandırdığı o mübarək yaz yağışları  sanki öz adını  dəyişib “leysan” qoymuşdu - daha gur, daha inadlı, daha coşqun yağırdı. Və beləliklə, yaz öz gəlişini bir az tələsik, bir az coşqun, amma həmişəki kimi möhtəşəm şəkildə deyil, əksinə sərt bir üslubla, gücünü gizlətmədən, kəndin və  şəhərin ritmini pozaraq elan etdi. 

Belə sərtliyin ən aydın hiss olunduğu məkanlardan biri də Bakı oldu. Sel yağışları paytaxtın küçələrinə elə bir sürətlə doldu ki, şəhərin gündəlik ahəngi bir anda dəyişdi. Drenajların gücü bu coşqun axına tab gətirmədi,  kanalizasiyalar daşdı, yollarda dərin  gölməçələr yarandı, az qala həyat dayandı. Güclü yağışlar səbəbindən bir sıra ərazilərdə küçə və prospektlər su altında qaldı, nəqliyyatın hərəkətində ciddi çətinliklər yarandı. Bir çox yaşayış binalarının zirzəmiləri və həyətləri su ilə doldu, sakinlərin gündəlik həyatında ciddi narahatlıqlar müşahidə olundu. Yağış həyat verən bir nemət olduğu halda bu dəfə onun dağıdıcı  gücü Bakının zəif nöqtələrini üzə çıxardı. 

Yaranmış bu çətin vəziyyət təkcə təbiət hadisəsinin gücünü deyil, həm də onunla mübarizədə operativliyin və çevik idarəetmənin çox vacib olduğunu  ortaya qoydu. Məhz bu məqamda əlaqədar  dövlət qurumları vəziyyətə dərhal reaksiya verərək, şəhər üzrə yaranmış problemlərin aradan qaldırılması və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlərə başladılar. Fövqəladə xidmətlər gücləndirilmiş rejimdə çalışdı, su basmış ərazilərdə operativ müdaxilələr həyata keçirildi, infrastrukturun bərpası və normal həyat axınının təmin olunması üçün ardıcıl işlər görüldü.

Bu məqamda  proseslərin mahiyyətini və görülən işlərin əhəmiyyətini daha aydın ifadə etmək üçün Prezident İlham Əliyevin hələ yanvarın 12-də “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na həsr olunan müşavirədə söylədiklərinə nəzər yetirək: “Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.

Bu fikirlər bir daha göstərir ki, dövlət başçısı şəhər infrastrukturunun təkmilləşdirilməsini və təbiət  hadisələrinin doğurduğu fəsadların minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Amma  Prezident İlham Əliyevin bu istiqamətdə qayğısı təkcə səsləndirilən fikirlərlə məhdudlaşmır.  Onun  dünən “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında”  imzaladığı  sərəncam dövlətin bu sahəyə sistemli və ardıcıl yanaşmasını təsdiqləyir. Sənəd ona dəlalət edir  ki, Prezident İlham Əliyev tərəfindən təbii fəlakətlərin fəsadlarının azaldılması, şəhər infrastrukturunun dayanıqlığının gücləndirilməsi və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks və davamlı dövlət siyasəti ardıcıl şəkildə həyata keçirilir.

Sərəncama əsasən, 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869260 manat ayrılıb. Bu vəsait sel və daşqınlardan zərər çəkmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə yönəldiləcək. Buraya vətəndaşların evlərinin təmiri və yenidən tikintisi, yol, elektrik və su təchizatı kimi infrastrukturun bərpası, həmçinin kompensasiya ödənişləri daxildir. Görüləcək tədbirlər əhalinin sosial rifahının və normal həyat şəraitinin bərpasına xidmət edir. 

Qeyd edək ki, beynəlxalq təcrübə ilə müqayisədə Azərbaycanda bu cür hallara reaksiyanın operativliyi xüsusi diqqət çəkir. Bir çox ölkələrdə yardım və bərpa prosesləri uzun vaxt apardığı halda, Prezident İlham Əliyevin   birbaşa sərəncamı ilə vəsait dərhal ayrılır və işlər çevik şəkildə icra olunur. Unutmaq olmaz ki,  ayrılan vəsait həm də gələcək risklərin azaldılmasına yönəldiləcək. İstinad divarlarının tikintisi, drenaj və su ötürücü sistemlərin təkmilləşdirilməsi kimi tədbirlər ölkənin infrastruktur dayanıqlığını gücləndirərək iqlim dəyişiklikləri fonunda baş verə biləcək oxşar hadisələrin təsirini minimuma endirməyə xidmət edəcək.

Həmin vəsait çərçivəsində Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərişıq” ASC tərəfindən həyata keçiriləcək tədbirlər həm paytaxtda, həm də regionlarda infrastrukturun bərpasına və gücləndirilməsinə  müsbət təsir göstərəcək. Görülən işlər nəticəsində Bakı şəhərində və ölkənin müxtəlif bölgələrində su təsərrüfatı və yol infrastrukturunun təkmilləşdirilməsi, sel və daşqın risklərinin azaldılması istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə olunacağı gözlənilir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Monteneqro ombudsmanı: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

17:23
29 Aprel

III Çarlzın ABŞ-yə səfəri: Ağ Evdə qəbul və Kralın Konqresdəki tarixi çıxışı

17:12
29 Aprel

Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində  

17:10
29 Aprel

“Yüksəliş” müsabiqəsinin qaliblərinə həssas qruplara göstərilən sosial xidmətlər barədə məlumat verilib  

16:39
29 Aprel

LNG qiymətləri artmağa davam edir

16:39
29 Aprel

Moskvada baş verən yanğınla bağlı beş nəfər saxlanılıb

16:38
29 Aprel

Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağlanılıb

16:36
29 Aprel

Prezident Ərdoğan: Türkiyə regionda yeni təhlükəsizlik paradiqmasına can atır

16:34
29 Aprel

Yaz allergiyası astmaya çevrilə bilər?

16:33
29 Aprel

Azərbaycanda zərgərlik sənayesi sahəsində yeni dövlət standartı qəbul edilib

16:32
29 Aprel

Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir  

16:03
29 Aprel

Zelenski: Ukrayna Rusiyaya zərbələrin məsafəsini artıracaq

15:59
29 Aprel

Azərbaycan avarçəkmə üzrə "Prezident Kuboku"nda ilk medalını qazanıb

15:58
29 Aprel

Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub  

15:57
29 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

15:51
29 Aprel

“Neftçi” və “Qarabağ” azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib

15:46
29 Aprel

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

15:42
29 Aprel

May ayına olan hava proqnozu açıqlanıb

15:35
29 Aprel

“Sahibkarlar günü” qeyd olunub

15:20
29 Aprel

Hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işi gücləndirilir  

15:19
29 Aprel

Azərbaycan və Maldiv arasında vizasız rejim qüvvəyə minib

15:18
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!