23 Oktyabr 2024 08:10
262
SİYASƏT
A- A+
Antiazərbaycançı şəbəkənin qərəz kampaniyası iflasa məhkumdur

Antiazərbaycançı şəbəkənin qərəz kampaniyası iflasa məhkumdur


Qərb təsisatları COP29 ərəfəsində ölkəmizə qarşı yenidən böhtan kampaniyasına başlayıblar 


Son illər ərzində Azərbaycanın regionda yaratdığı reallıqları heç cür həzm edə bilməyən Qərb dövlətləri, başda ABŞ və Fransa olmaqla hər fürsətdə ölkəmizə qarşı qərəz nümayiş etdirirlər. 

Xüsusilə də ölkəmizin hansısa beynəlxalq tədbirə evsahibliyi etdiyi ərəfədə Qərbin Azərbaycana bütün platformalardan hücumunun şahidi olmuşuq. Bu baxımdan noyabrda Azərbaycanda keçiriləcək dünyanın ən böyük tədbirlərindən olan COP29 ərəfəsində antiazərbaycançı şəbəkənin fəallaşması heç də təəccüb doğurmur. Qərb təsisatları təşkilatlanaraq ölkəmizə qarşı yenidən böhtan və ittiham xarakterli kampaniyaya başlayıblar. Gah Azərbaycana sanksiya tətbiq etməkdən dəm vururlar, gah ölkəmizi "etnik təmizləmə"də günahlandırırlar, gah separatçılara azadlıq istəyirlər, gah da Qarabağda hansısa tarixi irsin dağıdıldığı iftirasını rüşvətlə ələ aldıqları beynəlxalq KİV vasitəsilə tirajlayırlar. Həyata keçirilən bütün bu çirkin kampaniyanın məqsədi isə Azərbaycanın imicinə xələl gətirməkdir. 


Çirkin müraciətin pərdəarxası


Sözdə Azərbaycan və Ermənistan arasında normallaşmanı, bölgədə sülhü dəstəklədiklərini ifadə edən Qərb dairələri əməldə bunun əksi ilə məşğul olaraq İrəvana silahlar verir, onu revanşa həvəsləndirirlər. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə dayanaraq öz gücü sayəsində torpaqlarını işğaldan azad etməsini, ərazilərində separatizmi məhv etməsini, suverenliyini tam təmin etməsini, 30 il ərzində erməni vandallığına tuş gələn torpaqlarında sürətli bərpa-quruculuq işləri həyata keçirməsini, o yerlərə qayıdışın gerçəkləşdirilməsini özləri üçün matəm, qara günlər  hesab edən ABŞ, Fransa, Kanada, Niderland... kimi ermənipərəst ölkələrin   respublikamızı yersiz şəkildə vaxtaşırı ittiham etdiklərini görürük. 

Bir müddət əvvəl Amerika Konqresinin 60 ermənipərəst konqresmeninin ölkəmizə sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etməsi də anti-Azərbaycan kampaniyasının bir halqası idi. 

Oktyabrın 4-də - Cəbrayılın azadlıq günündə cəbrayıllı sakinlərlə görüşən Prezident İlham Əliyev də bu məsələyə xüsusi toxunaraq bildirdi ki, bu çirkin müraciət onu göstərir ki, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Dövlətimizin başçısı ABŞ-nin apardığı riyakar siyasətin iç üzünü açaraq söylədi ki, Amerika 1992-ci ildə - torpaqlarımız işğal olunanda bizə qarşı sanksiya tətbiq etmişdi. 2001-ci ildə isə sanksiyalar aradan qaldırıldı: "Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!"


Qərəz, riyakarlıq, ədalətsizlik...


Bu günlərdə Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun "France Inter" kanalına müsahibəsi zamanı, "Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğu"nu bildirməsi də bu ölkənin Azərbaycana qarşı növbəti əsassız və qərəzli münasibətinin göstəricisidir. 

Azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya, kütləvi qətliamlara, soyqırımlarına məruz qalmasını, tarixi yurdlarından didərgin salınan bir milyondan çox insanın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsini, Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistanın işğalı altında olmasını, bu müddət ərzində o ərazilərdə işğalçı ölkə tərəfindən talanların həyata keçirilməsini, tarixi, dini, mədəni irsin vandalizmlə üzləşməsini heç zaman tənqid etməyən,  beynəlxalq hüququ ayaqları altına ataraq bütün bu cinayətlərə göz yuman müstəmləkəçi Fransanın indi Azərbaycanı nələrdəsə ittiham etməsi qərəz və ədalətsizlikdən başqa bir şey deyil. 

Atdığı bütün addımlarda beynəlxalq hüququ əsas götürən Azərbaycan torpaqlarını işğaldan azad edərkən BMT-nin dörd qətnaməsini yerinə yetirərək ədaləti bərpa edib. 

Oktyabrın 10-da isə Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatası Azərbaycan əleyhinə növbəti iki qətnamə qəbul edib. Eyni zamanda Niderlandın xarici işlər naziri Kaspar Veldkamp çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə edərək Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrini və terrorçuları "hərbi əsir" kimi qələmə verib və onların azad edilməsinə dair çağırışlar edib. Ancaq nədənsə həmin sənədlərdə və səsləndirilən fikirlərdə nə Azərbaycanın 30 il ərzində uğradığı haqsızlıqlar, nə də Ermənistanın Azərbaycana qarşı hələ də ərazi iddiası güdməsi əksini tapıb. 

Qərbin ölkəmizlə bağlı qərəz siyahısını uzada da bilərik, amma elə bu nümunələrin özü də kifayətdir. Antiazərbaycançı şəbəkə COP29 kimi mötəbər beynəlxalq tədbirin keçiriləcəyi ərəfədə xüsusilə aktivləşib və ölkəmizin nüfuzuna zərbə vurmaq üçün canfəşanlıq edir.  Lakin ermənipərəst ölkələrin apardığı bu iyrənc kampaniya fiaskoya məhkumdur. İslamofob, azərbaycanofob qüvvələrin nə ölkəmizə lüzumsuz sanksiyalar tətbiq etməyə cəhd etmələri, nə "qətnamə" adı altında  kağız parçaları qəbul etmələri, nə də böhtan xarakterli əsassız ittihamları Bakını tutduğu haqlı mövqedən və düz yoldan döndərə bilməz. Döyüş meydanında ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan bundan sonra da milli maraqlarını təhdid edən bütün qüvvələri yerində oturtmağa qadirdir. 

Necə ki bununla bağlı yuxarıda sözügedən tarixdə Cəbrayıldan Qalib Lider İlham Əliyev xəbərdarlıq edib: "Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz".


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!