20 Fevral 2025 13:32
1293
Elm və texnika
A- A+
AMEA rəhbəri: Akademiyada azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası hazırlanıb  

AMEA rəhbəri: Akademiyada azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası hazırlanıb  


Fevralın 20-də keçirilən AMEA-nın Ümumi Yığıncağında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzəsi dinlənilib.

AZƏRTAC xəbər verir ki, məruzədə bu il 80 illiyi qeyd olunan AMEA-nın inkişaf mərhələlərinə nəzər salınıb.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərin ölkəmizdə akademiya quruculuğunun intibah dövrü olduğunu deyən akademik İsa Həbibbəyli sonrakı 1983-1993-cü illərdə Azərbaycan cəmiyyətinin digər sahələrində olduğu kimi, Elmlər Akademiyasında da tədricən enmə və tənəzzülə meyil proseslərinin müşahidə edilməyə başlandığını, nəhayət, 1991-1993-cü illərdə böhran həddinə çatdığını söyləyib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildən siyasi hakimiyyətə qayıtdıqdan sonrakı 2003-cü ilə qədərki mərhələ yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu dövrü kimi tarixdə iz salıb.

Məruzədə qeyd olunub ki, 2003-cü ildən sonra akademiyanın inkişafını 2003-2022-ci illər modernləşdirilmə dövrünə və 2022-ci ilin oktyabr ayından başlanan yeniləşmə və islahatlar mərhələsinə ayırmaq olar.

“Bütün tarixi mərhələlərdə Azərbaycan Elmlər Akademiyası həmişə Azərbaycan dövlətçiliyinin, ana dilimizin – dövlət dilimizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın və incəsənətimizin keşiyində dayanıb, Azərbaycanşünaslıq Mərkəzi funksiyasını yerinə yetirib. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizdə fundamental elmin beşiyi və yaradıcısıdır. Fundamental elm ölkəmizin elmi sərvəti olmaqla yanaşı, həm də tətbiqi elmlər üçün ideyaların, proqnozların, təkliflərin mənbəyi, mənşəyidir. Bunsuz ümumiyyətlə elmi, o cümlədən də Azərbaycan elmini təsəvvür etmək olmaz. Bu gün də Milli Elmlər Akademiyası müstəqil Azərbaycan dövlətinin əsas Azərbaycanşünaslıq mərkəzlərindən biridir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

AMEA prezidenti Milli Elmlər Akademiyasında 2022-ci ildən etibarən bir çox əsas istiqamətlərdə yeniləşmə və islahatların həyata keçirildiyini, akademik elmdə məzmunca müstəqil dövlətimizin ön mövqeyə çıxardığı reallıqlara dair tədqiqatları daha da genişləndirmək və möhkəmləndirmək üçün addımlar atıldığını söyləyib.

Akademik bildirib ki, svilizasiyaların inkişafı və ölkəmizin siyasi-tarixi reallıqlarına əsaslanan, azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası işlənib hazırlanıb. Azərbaycan ədəbiyyatının, tarixin, milli-mədəniyyətimizin, Azərbaycan dilinin çoxəsrlik ortaq inkişaf mərhələləri müəyyənləşdirilib. Sovet cəmiyyətindən qalma siyasi-tarixi şəxsiyyətlərin unutdurulması metodologiyasının tam əksinə olaraq, elmimizə tarixi şəxsiyyətlərin, hökmdarların, sərkərdələrin, bu vaxta qədər qaçaq-quldur adlandırılan xalq qəhrəmanlarının həyatı, dövrü, mühiti, mübarizələri və ideyalarının əsaslı şəkildə öyrənilməsi əsas vəzifələrdən biri kimi bəyan olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb  

15:43
30 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

15:25
30 Mart

Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar  

14:52
30 Mart

Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək  

14:49
30 Mart

Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib  

13:31
30 Mart

Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ  

13:15
30 Mart

Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb  

12:43
30 Mart

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb  

11:42
30 Mart

Şuşada bayram namazı qılınıb

11:10
30 Mart

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur  

11:07
30 Mart

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

10:32
30 Mart

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan  

10:28
30 Mart

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq  

10:21
30 Mart

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib  

09:49
30 Mart

Bakının məscidlərində bayram namazı qılınıb

09:31
30 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

08:48
30 Mart

Almaniyada Qocalar evində yanğın olub, 50-dən çox insan xəsarət alıb  

08:36
30 Mart

Ukrayna ordusunda kosmik qüvvələr yaradılır  

07:41
30 Mart

Azərbaycanda Ramazan bayramıdır  

07:35
30 Mart

ABŞ-da təyyarə yaşayış binasına düşüb  

07:26
30 Mart

Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib

22:19
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!