22 İyul 2026 13:48
1779
Elm və texnika
A- A+
Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb  

Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb  


Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilib ki, müsabiqənin final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 nəfər qalib adını qazanıb. Qaliblər arasında ən gənc iştirakçının 24, ən yaşlı iştirakçının isə 38 yaşı var.

Üç gün davam edən final mərhələsində namizədlərin idarəetmə bacarıqları fərdi və komanda tapşırıqları əsasında qiymətləndirilib. Yarımfinal mərhələsində iştirakçılar strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektiv idarə olunması, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, eləcə də etika və dürüstlük olmaqla 9 səriştə üzrə ekspertlər tərəfindən dəyərləndiriliblər.

Final mərhələsində isə iştirakçıların fəaliyyəti “İdarəçi rollar modeli” əsasında qiymətləndirilib. Bütün mərhələləri uğurla başa vuran və ən yüksək nəticə göstərən 20 iştirakçı müsabiqənin qalibi olub.

Qaliblərin 15-i kişi, 5-i qadındır. Yaş qrupları üzrə təhlilə əsasən, ən yüksək göstərici 21-30 yaş aralığında qeydə alınıb. Belə ki, qaliblərdən 11 nəfər bu yaş qrupuna, 9 nəfər isə 31-40 yaş qrupuna daxildir.

İqtisadi rayonlar üzrə nəticələrə görə, ən çox qalib Bakı şəhərini təmsil edir. Qaliblərdən 9 nəfər paytaxtın, 3 nəfər Qazax-Tovuz, 2 nəfər Qarabağ, hər biri 1 nəfər olmaqla Mil-Muğan, Lənkəran-Astara, Şirvan-Salyan, Şərqi Zəngəzur, Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarının nümayəndəsidir.

Təhsil göstəricilərinə əsasən, bakalavriat səviyyəsində qaliblər əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, ADA Universitetinin, Milli Aviasiya Akademiyasının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarıdır.

Magistratura səviyyəsində uğur qazanan iştirakçılar arasında Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, “EU Business School Barcelona”, Massaçusets Texnologiya İnstitutu və Stokholm Universitetinin məzunları üstünlük təşkil edir. Doktorantura və aspirantura səviyyəsində təhsil alan bir qalib isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Bildirilib ki, 20 qalibin hamısı bakalavriat təhsilini Azərbaycanda alıb. Magistratura təhsili alan 16 qalibdən 10-u bu təhsil pilləsini Azərbaycanda, 5-i xaricdə, 1-i isə həm Azərbaycanda, həm də xaricdə başa vurub. Doktorantura və aspirantura səviyyəsində təhsil alan qalib isə təhsilini Azərbaycanda alıb.

Qaliblərin fəaliyyət göstərdikləri sahələr üzrə bölgüyə əsasən, onların 50 faizi dövlət, 45,45 faizi özəl, 4,55 faizi isə qeyri-hökumət sektorunu təmsil edir.

Yarımfinal və final mərhələlərinə hazırlıq məqsədilə qiymətləndirici ekspertlər üçün xüsusi təlim proqramı təşkil olunub. Yarımfinal mərhələsinə 103, final mərhələsinə isə 58 ekspert cəlb edilib. Təlimlər zamanı ekspertlər qiymətləndirmə meyarları, müşahidə prinsipləri, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə məlumatlandırılıblar.

Müsabiqədə qiymətləndirmə prosesi beynəlxalq təcrübədə geniş tətbiq olunan və obyektivliyi ilə seçilən “Assessment Conference” metoduna əsasən həyata keçirilib. Bu yanaşma iştirakçıların fəaliyyətinin müxtəlif ekspertlər tərəfindən qiymətləndirilməsini və yekun qərarların kollegial şəkildə qəbul edilməsini təmin edir.

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri bunlardır: Faiq Xasayev, Hikmət Əliyev, Röyal Lətifli, Əlizamin Mirzəyev, Famil Məcidli, Sevda Mansurova, Şirin Şahbazov, Klıç Klıçev, Elbrus İbrahimov, Əlizadə Fərzəliyev, Nəzakət Bayramova, Seyid Məlikov, Anar Əlizamanlı, Elmar Məmmədrzayev, Elnur Əliyev, Fərid Nadirov, Fidan Abbasova, Ləman Cəlilova, Mətanət Rzazadə və Rüfət Babayev.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri birillik fərdi inkişaf proqramı çərçivəsində mentorluq dəstəyi almaqla yanaşı, özünüinkişaf məqsədilə 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.

Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı müvafiq Sərəncam Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanın həyatında mühüm yeniliklərin başlanğıcı

09:10
18 Avqust

Bakı metrosu paytaxtın ictimai nəqliyyat sisteminin gələcək ritminə köklənir

09:00
18 Avqust

Tarixi əhəmiyyətə malik səfər

08:50
18 Avqust

Ermənistanın bitməyən mina terroru: "gizli ölüm"lər böyük təhdid mənbəyidir

08:40
18 Avqust

Azərbaycanın G20-yə dəvət olunması ölkəmizin dünyada yüksələn nüfuzundan xəbər verir

08:30
18 Avqust

Qlobal nüfuzun təzahürü 

08:20
18 Avqust

“Azərbaycan sərhədçisi qalib dövlətin sərhədlərini qorumağın şərəfini və məsuliyyətini daşıyır"

08:10
18 Avqust

NİDADAN SONRA VERGÜL QOYULMUR 

08:00
18 Avqust

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:52
18 Avqust

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib  

21:50
17 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  

21:45
17 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

21:40
17 Avqust

Naxçıvanın enerji potensialı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

21:31
17 Avqust

Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq  

20:10
17 Avqust

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır  

20:05
17 Avqust

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər  

20:00
17 Avqust

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər 

19:55
17 Avqust

Azərbaycanda bu ilin birinci yarısında 41 minə yaxın körpə doğulub  

19:50
17 Avqust

2026/2027-ci tədris ili üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

19:45
17 Avqust

Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir

19:40
17 Avqust

Azərbaycan əhalisinin sayı açıqlanıb

19:35
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!