10 Sentyabr 2026 15:50
386
Elm və texnika
A- A+
Alimlər yaddaşı gücləndirməyin sadə yolunu açıqlayıblar

Alimlər yaddaşı gücləndirməyin sadə yolunu açıqlayıblar


Kompüter və ya telefon klaviaturası ilə yazmaq əvəzinə əl ilə yazmağın beyin fəaliyyəti üçün mühüm idrak faydaları var. Alimlər gündəlik həyatda bu sadə vərdişin düşüncə tərzimizə və yaddaşımıza müsbət təsir etdiyini bildiriblər.

“The İndependent” nəşrinin məlumatına görə, Norveç Elm və Texnologiya Universitetindən professoru Audrey van der Meer və digər tədqiqatçıların 36 universitet tələbəsi üzərində apardığı araşdırma zamanı məlum olub ki, klaviatura ilə yazarkən beyin yeni məlumatları tam mənimsəmir. Lakin əl ilə yazma bacarığı beyin bölgələri arasındakı əlaqələri gücləndirərək yeni məlumatları yadda saxlamağa şərait yaradır. Əl ilə yazmaq klaviaturada yazmağa nisbətən daha yavaş olduğu üçün insanlara düşüncələrini daha şüurlu şəkildə formalaşdırmağa, yaradıcı və tənqidi təhlil aparmağa imkan verir.

Tufts Universitetinin araşdırmasına görə, əllə alınan qeydlər və çəkilən rəsmlər insanların anlayışları daha yaxşı vizuallaşdırmasına kömək edir. Bu da xüsusilə qeydlərini nəzərdən keçirən tələbələrin konseptual suallarda daha yüksək nəticə göstərməsinə gətirib çıxarır. Düzgün hərfləri yaza bilmək üçün hər barmağın fərqli hərəkət etməsi və qələmə tətbiq olunan təzyiq tək tuşa basmaqdan daha çox səy tələb edir. Bundan əlavə, əl yazısının ritmik tərəfi (məsələn, xəttatlıq) stresi azaltmağa və ürək döyüntüsünü tənzimləməyə kömək edir.

Bəs gündəlik həyatda əl ilə yazmağı necə artırmaq olar? Çantada həmişə bir dəftər və qələm daşımaq yaxşı olar. Oxuma vərdişimizi artıraraq lüğətimizi zənginləşdirmək lazımdır. Hər gün sadəcə 20 dəqiqə belə olsa məktub, şeir və ya ediləcəklər siyahısı hazırlayaraq yaradıcı yazıya da vaxt ayırmaq mümkündür.


Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

13:48
11 Sentyabr

BƏƏ Almaniya iqtisadiyyatına 46 milyard dollar investisiya qoyacaq

13:40
11 Sentyabr

Cəmiyyətdə təşvişi və özünü uğursuz hiss etmə duyğusunu artıran səbəb 

13:33
11 Sentyabr

Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq

13:27
11 Sentyabr

Elçin Yusubov: "Xankəndidə yeni tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb"

13:22
11 Sentyabr

Hava əsasən yağmursuz keçəcək

13:17
11 Sentyabr

Hikmət Hacıyev: "Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik"

13:10
11 Sentyabr

Hikmət Hacıyev: "2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib"

13:03
11 Sentyabr

Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

13:00
11 Sentyabr

Hikmət Hacıyev: Mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir

12:47
11 Sentyabr

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb

12:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!