07 May 2022 00:39
1637
CƏMİYYƏT
A- A+
Albert zirvəsi

Albert zirvəsi

 

- Adın nədir?

- Albert.

- Hansı millətin nümayəndəsisən?

- Yəhudi.

- Yəhudiləri Azərbaycan torpağını qorumağa nə məcbur edir?

- Mən bu torpaqda yaşayıram. Doğulmuşam burada, yaşayıram  burada...

Bu sətirlərin müəllifi tolerantlıq anlayışının haqqını verən, qardaşlığın, candaşlığın qanla, soyla olmadığının sübutu, Birinci Qarabağ müharibəsində tank döyüşündə yaratdığı "yəhudi buterbrodu" taktikası ilə düşməni darmadağın edən Albert Aqarunovdur...

Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində dünyaya gəlib. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirdikdən sonra peşə məktəbində oxuyub,  sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər çətin maddi durumda yaşayan ailəsinə kömək etmək üçün işləyib. 1987-ci ildə Aqarunov hərbi xidmətə çağırılıb, Gürcüstanda xidmət edib, tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb. Bundan sonra Suraxanıda maşınqayırma zavodunda işləyib.

Birinci Qarabağ müharibəsi başlayanda Albert evə gələrək cəbhəyə könüllü yazıldığını ailəsinə bildirib. Bu xəbər gözlənilməz olsa da, ailəsi onun cəbhəyə getmək fikri ilə razılaşıb.

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada xüsusi təyinatlı taborda döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Hətta düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman bir mərmi ilə onları birdəfəyə vurub. Sonralar bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını almışdı. Ermənilər onun başına 5 milyon rubl mükafat qoymuşdular.

1992-ci il mayın 8-də Şuşaya ilk girməyə cəhd edən düşmən tankına flaqman kimi "fəxri" erməni bayrağı verilibmiş. Avşaryanın 442 nömrəli tankının  qarşısına Albertin idarə etdiyi 533 nömrəli tank çıxıb. Düşmən ekipajı - komandir Q.Avşaryan, sürücü-mexanik A.Avanesyan, atıcı-artilleriyaçı Ş.Sarkisyan elə ilk atəşdən tankın kabinəsində məhv ediliblər. Sonralar ermənilər Avşaryanın yanmış T-72 tankını bərpa edərək tünd-yaşıl rəngə boyayıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoymuşdular. Onu da Vətən müharibəsinin cəngavərləri darmadağın etdilər...

Albert Aqarunov 1992-ci il mayın 8-də tankının önündəki şəhid əsgər yoldaşının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxarkən snayper gülləsindən həlak olur. Şəhidlik zirvəsinə ucalan Albert Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın yəhudi balasının ölümündən 30 il ötür. Birinci Qarabağ müharibəsində vətəni Azərbaycan uğrunda həyatını qurban verən Albert Aqarunovun əziz xatirəsini xalqımız daim əziz tutur, onun adını əbədiləşdirir. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Albert Aqarunovun Bakıda təhsil aldığı 154 nömrəli məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. Nərimanov rayonunda adına küçə var. 2017-ci ildə Əmircan qəsəbəsində doğulub boya-başa çatdığı binaya xatirə lövhəsi vurulub. Həmçinin 2019-cu ildə Bakının Nərimanov rayonunda heykəli ucaldılıb.

İndi Şuşada ulduzlar daha işıqlı, daha parlaqdır. İndi Qarabağ daha, hətta bu yaralı görünüşüylə belə daha gözəl görünür. İndi Albertin də ruhu rahatdır. Çünki uğrunda şəhid olduğu Şuşa da azaddır. Həm də bütün şəhidlərimizin qisası artıqlaması ilə alınıb. Hərb tariximizin ən parlaq salnamələrindən olan Vətən müharibəsindəki tarixi Zəfərimiz müqəddəs şəhid ruhlarına da ehtiramın, sevgi və şükranlığın ən gözəl nümunəsidir.

 

Ülkər XASPOLADOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!