22 Sentyabr 2023 12:04
324
CƏMİYYƏT
A- A+
Ağstafa balının fərqli dadı və rəngi var

Ağstafa balının fərqli dadı və rəngi var

 

Rayonda 7 mindən çox arı ailəsi bəslənilir

 

Azərbaycanda arıçılığa maraq həmişə olub. Bu, təsadüfi deyil. Xüsusilə əlverişli iqlim şəraiti və zəngin faunası olan bölgələrdə arıçılıqdan həmişə yaxşı qazanc götürüblər. Belə rayonlardan biri də Ağstafadır.

Hazırda rayonda 347 nəfər 7,1 min arı ailəsinə baxır. Keçən il hər arı ailəsindən 10 kiloqram bal götürən təsərrüfat sahibləri bu il havaların əlverişsiz keçməsinə baxmayaraq, həmin rəqəmin bir qədər də artacağını söyləyirlər. Zarafat deyil, hazırda təmiz balın pərakəndə satış qiymətinin orta hesabla 25-30 manat arasında olması  onu deməyə əsas verir ki, arıçılar bir arı ailəsindən orta hesabla  250-300 manat gəlir götürə bilirlər. 

Ağstafa balının dadı və rəngi fərqli olur. Bunu uzun illərdən bəri arıçılıqla məşğul olan və bu işdə zəngin təcrübə toplayan Sadıqlı kənd sakini Nizami İsgəndərov deyir. Keçənilki qazancından razılıq edən arıçı baxdığı arı ailələrinin sayını artıraraq 120-yə çatdırmışdır.

Əsas işlərindən başqa, arıçılıqla da məşğul olan Sadıqlı kənd sakini Asəf Sadıqov da baldan götürdüyü qazancından razıdır. Deyir  ki, hazırda  145 arı ailəsinə qulluq edir. Keçən il hər arı ailəsindən 15 kiloqrama yaxın bal götürüb. Təsərrüfat sahibi etiraf edir ki, arıçılıq ən gəlirli sahədir, bir şərtlə ki, gərək dilini biləsən: "Ona tələb olunan səviyyədə qulluq göstərəsən. Xüsusilə qış aylarında gərək  arı ailələrini soyuqdan qoruyasan".

Düz Qışlaq kəndinin sakini Adil Mehdiyev də 20 ilə yaxındır arıçılıqla məşğul olur. Təcrübəli arıçının yeni mövsümlə bağlı xüsusi planları var. O, ana arı yetişdirmək üçün fikirləşdiyi yeni üsulu sınaqdan keçirəcək. Məqsədi yerli iqlimə uyğunlaşan məhsuldar arılar yetişdirməkdir.

Ümumiyyətlə, Ağstafada elə bir kənd yoxdur ki, orada arı saxlamasınlar. Sadıqlı, Muğanlı, Köçəsgər, Dağ Kəsəmən və digər kəndlərdə daha çox arı ailəsi var. Muradxanlı kəndində də arıçıların sayı çoxdur. Kənd sakini Murad Vəliyev bu gəlirli sahə ilə uzun illərdir məşğul olur. Balın satışında da problemlə üzləşmir. Keçən il 100 kiloqram balı Bakıda təşkil olunan yarmarkada satıb. Yarmarkanın təşkilatçılarına minnətdarlıq edən Murad kişi bildirir ki, belə yarmarkaların tez-tez təşkil edilməsi arıçıların işini yüngülləşdirir və istehsal olunan balın satışında problem yaşanmır. Ümumiyyətlə, rayon arıçıları belə hesab edirlər ki, hava şəraitindən asılı olmayaraq bu zəhmətkeş canlılardan istədikləri miqdarda bal və arı məhsulları götürə bilərlər, amma gərək hava imkan verə. 

    
Sabir ƏLİYEV,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!