12 Dekabr 2025 16:41
463
CƏMİYYƏT
A- A+
Ağdərənin Həsənriz kəndinə köçən daha 16 ailəyə evlərin açarları təqdim edilib YENİLƏNİB 

Ağdərənin Həsənriz kəndinə köçən daha 16 ailəyə evlərin açarları təqdim edilib YENİLƏNİB 

Dekabrın 12-də növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 16 ailə olmaqla, 74 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev kəndə köç edən sakinləri təbrik edib, onlara doğma yurdlarında xoşbəxt həyat arzulayıb.

Doğma yurda qayıdan Ağdərə rayon sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Həsənrizə qayıdan sakinlərə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Keçmiş məcburi köçkünlər 33 ildən sonra doğma torpaqlara qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıblar.

Qeyd edək ki, Həsənriz kəndində bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd fasiləsiz elektrik enerjisi, təbi qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.


13:40


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Dekabrın 12-də respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə yola salınıb. Bu mərhələdə Həsənriz kəndinə 16 ailə - 74 nəfər köçürülür.

Həsənrizə köçən ailələr Tərtər şəhərindəki Bayraq meydanından yola salınıb.

Uzun illərdən sonra yurdlarına yola salınan sakinlər qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Ailələr bildiriblər ki, doğma torpaqlarına qayıdış onlar üçün təkcə yaşayış şəraitinin yaxşılaşması deyil, həm də illərlə davam edən Vətən həsrətinin sona çatması deməkdir. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:40
13 Avqust

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat başlayıb

18:35
13 Avqust

Gürcüstanlı gənclər Diaspor Gənclərinin VII Yay Düşərgəsindən zəngin təəssüratlarla qayıdıblar

18:30
13 Avqust

Sabahdan Bakıda 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır 

18:25
13 Avqust

Böyük Britaniyada sığınacaq axtaranların daha bahalı ərazilərdə yerləşdirilməsi planlaşdırılır

18:20
13 Avqust

Naxçıvanın yeni inkişaf modeli: iqtisadi tərəqqi və geniş logistik imkanlar

18:15
13 Avqust

Xəzərin Netçala sahilində növbəti təmizlik aksiyası keçirilib

18:10
13 Avqust

Lənkəranda payız-qış mövsümünə hazırlıq çərçivəsində tədbirlər görülür

18:05
13 Avqust

Yaşıl enerji və müasir gələcəyə doğru

18:01
13 Avqust

Qədim diyarın yeni səhifəsi

17:00
13 Avqust

TRIPP layihəsi Naxçıvanın iqtisadi inkişafına təkan verəcək

16:55
13 Avqust

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

16:50
13 Avqust

Naxçıvan regionun vacib geoiqtisadi mərkəzlərindən birinə çevrilməkdədir 

16:45
13 Avqust

Muxtar respublikada 322 milyon manatdan çox sənaye məhsulu istehsal edilib

16:40
13 Avqust

Qarabağ Universiteti ilə İTÜ-nün ikili diplom proqramı üzrə qəbul başlayır

16:35
13 Avqust

Birinci qrupda bəzi ixtisaslar üzrə minimum bal tələbləri fərqlənir

16:30
13 Avqust

Naxçıvanın iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar formalaşır

16:25
13 Avqust

Həyata keçirilən sosial-iqtisadi layihələr Naxçıvanın inkişafında yeni mərhələ formalaşdırıb

16:20
13 Avqust

Ədalət Turan: Diasporumuz “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq, iki qardaş ölkə arasında körpü rolunu oynayır

16:15
13 Avqust

“Şərqin qapısı” bütün dünyanın üzünə açılır

16:10
13 Avqust

Yaponiya XİN-i Rusiyaya sərt etirazını bildirib

16:05
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!