28 Fevral 2025 12:30
1682
Elm və texnika
A- A+
ADA Universitetinin “Xəzər hövzəsi araşdırmaları” proqramı başa çatıb

ADA Universitetinin “Xəzər hövzəsi araşdırmaları” proqramı başa çatıb


ADA Universitetinin İxtisasartırma Proqramının ənənəvi olaraq hər il təşkil etdiyi "Xəzər hövzəsi araşdırmaları" proqramı fevralın 27-si başa çatıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən “Məzun günü”ndə 19 ölkəni təmsil edən və Azərbaycanda yeni fəaliyyətə başlayan diplomatlara sertifikatları təqdim olunub.

Proqramın fevralın 17-də baş tutan açılış mərasimində çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva universitetin yeni ixtisaslarından, nailiyyətlərindən, ümumilikdə Azərbaycan Diplomatik Akademiyasından ADA Universitetinə qədər olan inkişaf yolundan bəhs ediblər.

Onlar "Xəzər hövzəsi araşdırmaları" proqramının yeni mərhələsini təqdim edərkən bildiriblər ki, məqsəd Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrini regional yeniliklər barədə məlumatlandırmaq, onların bölgə ilə bağlı biliklərini dərinləşdirmək və ölkəmizi tanıtmaqdır. Əlavə edilib ki, ildə bir neçə dəfə keçirilən proqramda indiyədək 108 ölkədən 500-dək diplomat iştirak edib.

Proqramın son günü Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyovun "Azad olunmuş Qarabağın bərpası və regionda sülh quruculuğu prosesi" mövzusunda dəyirmi masa müzakirəsi ilə yekunlaşıb. Çıxışçı regional sabitlik və təhlükəsizliyə, habelə davamlı sülhə nail olmaq üçün aparılan danışıqlar prosesindən və atılan addımlardan bəhs edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Proqramla bağlı təəssüratlarını bölüşən diplomatlar bildiriblər ki, ADA Universitetinin professor heyəti, Xarici İşlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yüksək vəzifəli nümayəndələri, eləcə də yerli beyin mərkəzinin, SOFAZ və BP kimi qurumların ekspertləri tərəfindən keçirilən sessiyalar onlara Azərbaycanı daha yaxından tanımağa fürsət verib.

"Xəzər hövzəsi araşdırmaları" proqramı ərzində iştirakçılar fərqli mövzularda interaktiv müzakirələrdə iştirak ediblər, ölkəmizlə bağlı strateji məsələlər üzrə çıxışları dinləyiblər, fikir mübadiləsi aparıblar.

Xəzər hövzəsi ölkələrindən, xüsusilə Qazaxıstan və Türkmənistandan olan diplomatlar bu regionu təmsil edən diplomat qismində öz fikirlərini bölüşüblər.

Həmçinin ABŞ, Meksika, Kolumbiya, Almaniya, Niderland, Macarıstan, Koreya, Türkiyə, İordaniya və İsrail kimi fərqli regionlardan olan ölkələri təmsil edən diplomatlar da proqram ərzində öz yanaşmalarını, təcrübələrini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!