02 Oktyabr 2026 10:40
682
DÜNYA
A- A+
ABŞ-də ölüm hökmünə məhkum edilmiş qadın edamdan sağ çıxıb

ABŞ-də ölüm hökmünə məhkum edilmiş qadın edamdan sağ çıxıb


ABŞ-nin Tennessi ştatında 30 il əvvəl törədilmiş qətldə təqsirli bilinərək zəhər iynəsi ilə ölüm hökmünə məhkum edilmiş 50 yaşlı Krista Payk sağ qalıb. "Reuters" agentliyinin verdiyi məlumata görə, hökmü icra etmək üçün həyata keçirilən iki uğursuz cəhddən sonra K.Payk təcili yardım maşını ilə Neşvildəki ciddi rejimli Riverbend həbsxanasından xəstəxanaya aparılıb.

Bu, Tennessi ştatında 200 ildən sonra ilk dəfə qadının edam edilməsidir.

Həbsxana rəsmilərinin açıqlamasına görə, təyin olunmuş və təsdiq edilmiş edam prosedurunda göstərilən bütün addımlara əməl edilib. Rəsmilər əlavə ediblər ki, iynə üçün istifadə edilən maddə əvvəllər bütün hallarda təsirli olub. Həmin gün prosedur zamanı heç bir əlavə tədbir görülməyib. DPA agentliyi xəbər verir ki, K.Payka zəhərli kimyəvi maddələr olan iki iynə vurulub.

1995-ci ildə 18 yaşlı Krista Payk və onun tanışı Tadaril Şipp, Paykın sinif yoldaşı 19 yaşlı Kollin Slemmeri vəhşıcəsinə öldürüblər. Bir il sonra K.Payk birinci dərəcəli qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Cinayət törədilən zaman 17 yaşı olan Şipp, şərti azadlığa buraxılma ehtimalı ilə ömürlük həbs cəzası alıb.

Krista Payk müasir ABŞ tarixində ölüm cəzasına məhkum edilmiş ən gənc qadın olub. Onun  vəkilləri cinayəti cəmi 18 yaşında törətdiyi və anasının ərləri tərəfindən illərlə cinsi istismarın qurbanı olduğu üçün ruhi sağlamlıq problemləri və bipolyar pozğunluqdan əziyyət çəkdiyi üçün əfv istəyiblər. 

Beynəlxalq Amnistiya və Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) də daxil olmaqla insan haqları təşkilatları Tennessi qubernatoru Bill Lini müdaxilə etməyə və onun ölüm hökmünü yüngülləşdirməyə çağırıb. Sentyabrın 28-də qubernator əfv ərizəsini rədd edib.

Krista Paykın edamı 30 sentyabrda yerli vaxtla saat 18:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 23:00) planlaşdırılıb, lakin ABŞ Federal Apellyasiya Məhkəməsinin qərarı ilə qısa müddətə təxirə salınıb.

Oktyabrın 1-nə keçən gecə ABŞ Ali Məhkəməsi Tennessi həbsxanalarına cavabdeh olan prokurorun təcili vəsatətini təmin edərək, təxirəsalmanı ləğv edib.

Ölüm Cəzası Məlumat Mərkəzində bildiriblər ki, 1976-cı ildən bəri ABŞ-də 1663 kişi və 18 qadın edam edilib. Sonuncu qadın 2023-cü ilin əvvəlində edam edilib. K.Paykın edamı isə Tennessi ştatında 1820-ci ildən bəri ilk dəfə həyata keçirilirdi.

Bu arada,  oktyabrın 1-də ABŞ mediası Krista Paykın edam edilməsi cəhdinin uğursuzluğundan sonra Tennessi ştatının 2026-cı ilə planlaşdırılan edamları təxirə saldığını bildirib.

Son məlumata görə, Tennessi qubernatoru Bill Li "nə baş verdiyini dəqiq müəyyən etmək üçün" araşdırma aparılmasını əmr edib. Edamın 2027-ci ilə qədər təxirə salınacağı bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!