Bu gün ölkə vətəndaşları yerli özünüidarəetmədə seçimlərini edirlər
Bələdiyyə seçkiləri kampaniyası yanvarın 29-da özünün ən mühüm mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Bu respublikamızda indiyədək keçirilən sayca 6-cı bələdiyyə seçkiləridir.
Qeyd edək ki, bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlər Mərkəzi Seçki Komissiyasının 2024-cü il noyabrın 27-də təsdiqlədiyi təqvim planına əsasən vaxtında icra olunub, bütün səsvermə məntəqələri lazımi avadanlıqlarla təchiz olunaraq tam hazır vəziyyətə gətirilib.
118 seçki dairəsini əhatə edən bələdiyyə seçkiləri ölkə üzrə 685 bələdiyyəyə keçirilir və 8071 bələdiyyə üzvü seçiləcək. Seçkidə mübarizə aparan namizədlərin sayı isə 16 min 92 nəfərdir. Onlardan 8424 nəfəri partiya üzvüdür. Namizədlərin 31 faizi qadınlardır.
Seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında ümumilikdə 70 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib.
Bələdiyyə seçkilərində ölkə üzrə qeydə alınan seçicilərin 29 min 172 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Onların 153 nəfərinin yanvarın 29-da 18 yaşları tamam olur və seçici hüquqları yaranır.
Azərbaycanda hazırda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən də daim geniş və səmərəli istifadə edilib. 2008-ci ildən etibarən ölkəmizdəki seçkilərdə uğurla tətbiq olunan veb-kamera layihəsi səsvermə günü şəffaflığın daha böyük miqyasda təmin edilməsinə mühüm töhfə verməklə, seçkilərin izlənməsinə qatılan çoxsaylı aşkarlıq institutları, müşahidəçilər, media nümayəndələri, habelə peşəkar seçki mütəxəssisləri tərəfindən təqdirlə vurğulanıb və yüksək qiymətləndirilib. Bələdiyyə seçkilərində də veb-kameralar vasitəsilə 1000 seçki məntəqəsində proseslərin internetdən əvvəldən-axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi mümkündür.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair
29 yanvar 2025-ci il Səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının PROTOKOLU
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI
Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyə ilə bağlı MƏLUMAT
29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin SİYAHISI
Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub
Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub
Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib
Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib
Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib YENİLƏNİB
Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq
HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub
61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb
Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!