09 Fevral 2025 00:45
11853
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 9/49


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 67 saylı Sabirabad seçki dairəsindən Kürkəndi bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Zərbaliyeva Pərvanə Bəybala qızı 2025-ci il fevralın 6-da teleqramla Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək dairə seçki komissiyasının 2025-ci il 5 fevral tarixli 53/191 saylı qərarını mübahisələndirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112.1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verılmış və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Ərizəçinin əlavə materiallar təqdim etmək, ona araşdırma və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək hüququ izah olunmuşdur. Qeydə alınmış namizəd P.B.Zərbaliyeva araşdırmada iştirak etsə də, komissiyanın iclasına gəlməmişdir.

İddia edilən pozuntularla əlaqədar olaraq qeydə alınmış namizəd P.B.Zərbaliyevanın şikayəti 67 saylı Sabirabad seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 2025-ci il 5 fevral  53/191 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma ilə əlaqədar 67 saylı Sabirabad seçki dairəsi dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq icraat materiallarına əlavə edilmış və təkrarən araşdırılmışdır. Mərkəzi Seçki Komissiyasında aparılmış araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmış müşahidəçilər, məntəqə seçki komissiyasının sədrləri, katibləri, üzvləri, qeydə alınmış, lakin seçilməmiş namizədlər tərəfindən verilmiş izahatlarla və qeydə alınmış namizəd P.B.Zərbaliyeva tərəfindən araşdırmaya təqdim edilən materialların araşdırılması zamanı iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizəd P.B.Zərbaliyevanın 24 saylı seçki məntəqəsində müşahidə aparmış müşahidəçiləri həmin seçki məntəqəsində səsvermə prosesi və səslərin hesablanması zamanı hər hansı bir qanun pozuntusunun olmamasını özündə etiva edən akta imza atmışlar.

Araşdırma nəticəsində belə qənaətə gəlinmişdir ki, Kürkəndi bələdiyyəsini əhatə edən 22, 23 və 24 saylı seçki məntəqələrində səsvermə prosesi, səslərin sayılması, seçki sənədləri ilə işin aparılması Seçki Məcəlləsi ilə müəyyən olunan tələblərə uyğun şəkildə həyata keçirilmiş, məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair protokollar həmin Məcəllədə nəzərdə tutulmuş qaydada tərtib edilərək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına çatdırılmışdır.

Qeyd edilməlidir ki, dairə seçki komissiyası qeydə alınmış namizəd P.B.Zərbaliyevanın şikayətini araşdırarkən düzgün hüquqi nəticəyə gəlmışdir.

Qeyd edilənlər əsas götürülərək, 67 saylı Sabirabad seçki dairəsindən Kürkəndi bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Zərbaliyeva Pərvanə Bəybala qızının müraciəti əsassız olduğundan təmin edilməməli və dairə seçki komissiyasının 2025-ci il 5 fevral  53/191  saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-cı, 112-cı və 112.1-cı maddələrinə əsasən qərara alır: 

1. 67 saylı Sabirabad seçki dairəsindən Kürkəndi bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Zərbaliyeva Pərvanə Bəybala qızının 2025-ci il 6 fevral 38 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 2025-ci il 5 fevral  53/191 sayli qərarı dəyişdirilmədən saxlanılsın. 

2. Bu qərar dərc edidiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


08.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!