13 Fevral 2025 00:59
24798
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 44 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 44 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 11/59


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 111 saylı Zaqatala-Balakən seçki dairəsindən Zaqatala bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İsmayılov Mübariz İsaq oğlu 2025-ci il fevralın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) teleqramla müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının onun şikayətini araşdırmadığını, qərarın giriş və qərar hissələrinin fərqli olduğunu, protokolun doldurulmasında iştirakına imkan verilmədiyini, sənədlərlə tanış edilmədiyini iddia etmiş və bələdiyyəyə keçirilmiş seçkilərdə bülletenlərin onun iştirakı ilə sayılmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı namizəd M.İ.İsmayılovla əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. İclasda iştirak etmək üçün dəvət edilsə də gəlməyəcəyini bildirmişdir.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizəd M.İ.İsmayılov səsvermə günü 111 saylı Zaqatala-Balakən seçki dairəsinin Zaqatala bələdiyyəsinə səsvermə keçirilən seçki məntəqələrində yol verilməsi iddia edilən pozuntularla əlaqədar həmin seçki dairəsinin dairə seçki komissiyasına ərizə ilə müraciət etmiş, ərizədə iddia edilən pozuntular dairə seçki komissiyası tərəfindən araşdırılmış, komissiyanın 7 fevral 2025-ci il tarixli 4/10 saylı qərarı ilə müraciət əsassız hesab olunaraq təmin edilməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Namizəd M.İ.İsmayılov dairə seçki komissiyasına təqdim etdiyi ərizəsində Zaqatala bələdiyyəsinə seçkilər keçirilən 12 məntəqə seçki komissiyasının hamısında bu və ya digər şəkildə seçki qanunvericiliyinin pozulmasını, o cümlədən seçki məntəqələrində səsvermə başlayana qədər bülletenlərin sayılmadığını, yalnız iki seçki məntəqəsində seçicilərin barmaqlarının işarələndiyini, namizədlərin və müşahidəçilərin seçki məntəqələrinə buraxılmadığını, 10 saylı seçki məntəqəsində minlərlə seçicinin qanunazidd səs verdiyini, seçki qutularında olan bülletenlərin seçicilər siyahısında olan imzaların sayından çox olduğunu, seçki qutularının hamısının müvafiq qaydada kilidlənmədiyini iddia edərək Zaqatala bələdiyyəsinə keçirilən seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun ləğv edilməsini xahiş etmişdir.

Dairə seçki komissiyası tərəfindən müvafiq qaydada və müddətdə aparılmış araşdırma prosesində Zaqatala bələdiyyəsinə seçkilər keçirilən 12 seçki məntəqəsinin sədrlərindən, katiblərindən, komissiya üzvlərindən və həmin seçki məntəqələrində müşahidə aparılmış 29 müşahidəçidən, həmçinin səsvermənin nəticələrinə görə bələdiyyə üzvü seçilməmiş 9 namizəddən alınmış izahatlarla namizəd M.İ.İsmayılovun iddia etdiyi pozuntuların baş verməsi öz təsdiqini tapmamışdır.

Səsvermə günü şikayətçi M.İ.İsmayılovla birlikdə seçki məntəqələrində olmuş və səsvermənin nəticələrinə görə bələdiyyə üzvü seçilməmiş qeydə alınmış namizəd Hacıyev Nazim Nəsir oğlu izahatında səsvermə günü şikayətçi ilə birlikdə 12 seçki məntəqəsində müşahidə apardıqlarını, onlara hər hansı bir maneə yaradılmadığını, şikayətçinin göstərdiyi pozuntu hallarını müşahidə etmədiyini bildirmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, minlərlə seçicinin qanunazidd səs verdiyi iddia olunan 10 saylı seçki məntəqəsində seçicilər siyahısında 1381 seçici qeydə alınmış, səsvermə günü 397 seçici səsvermə bülleteni almışdır.

Araşdırma nəticəsində namizədin müraciətinin təmin edilməməsi barədə dairə seçki komissiyasının qərarının giriş və nəticə hissələrinin fərqli olması təsdiqini tapmamışdır.

Namizədin müraciətilə bağlı təkrar araşdırma prosesində səsvermə günü 111 saylı Zaqatala-Balakən seçki dairəsinin Zaqatala bələdiyyəsini əhatə edən 1, 2, 5, 6, 7, 8, 9 və 11 saylı məntəqə seçki komissiyalarında quraşdırılmış vebkameraların görüntülərinə baxış keçirilmiş və həmin görüntülərdə də seçki qanunvericiliyinin pozulması halları müəyyən edilməmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, namizəd M.İ.İsmayılovun 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində müşahidəçisi, vəkil edilmiş şəxsi və səlahiyyətli nümayəndəsi qeydə alınmamış, namizədin özü isə səsvermə günü müxtəlif seçki məntəqələrində qısa müddətdə müşahidə aparmış, iddia etdiyi pozuntularla bağlı müvafiq seçki komissiyalarına müraciət etməmişdir.

Ərizəçinin araşdırmada iştirak etməsinin və sənədlərlə tanış olmasının dairə seçki komissiyası tərəfindən təmin edilməməsi ilə bağlı iddiası həmin dairə seçki komissiyasının sədrindən, katiblərindən, üzvlərindən alınan izahatlarla təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, namizəd M.İ.İsmayılov araşdırmaya və komissiyanın iclasına dəvət olunmuş, o, yalnız komissiyanın iclasında iştirak etmişdir.

Namizəd M.İ.İsmayılovun bələdiyyə seçkilərində səslərin onun iştirakı ilə sayılmasına dair tələbi ilə bağlı qeyd edilməlidir ki, mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokollarının araşdırılması nəticəsində və müxtəlif seçki subyektləri tərəfindən verilmiş izahatlar əsasında səslərin təkrar hesablanması üçün zərurət olmadığı müəyyən edilmişdir. Belə ki, məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair protokollar Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə tərtib edilərək dairə seçki komissiyasına çatdırılmışdır.

Araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası düzgün hüquqi nəticəyə gələrək 7 fevral 2025-ci il tarixli 4/10 saylı qərarı ilə namizəd M.İ.İsmayılovun müraciətini əsassız hesab edərək təmin etməmişdir.

Göstərilənlərə əsasən namizəd M.İ.İsmayılovun müraciətinin təmin edilməsi və dairə seçki komissiyasının qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Beləliklə, 111 saylı Zaqatala-Balakən seçki dairəsindən Zaqatala bələdiyyəsinə qeydə alınmış namizəd M.İ.İsmayılovun 10 fevral 2025-ci il tarixli 44 saylı müraciəti əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 7 fevral 2025-ci il tarixli 4/10 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır: 

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 111 saylı Zaqatala- Balakən seçki dairəsindən Zaqatala bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İsmayılov Mübariz İsaq oğlunun 10 fevral 2025-ci il tarixli 44 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 fevral 2025-ci il tarixli 4/10 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


12.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!