2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 iyul 2024-cü il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
QƏRAR № 23/108
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ucar rayonu Şahlıq kənd sakinləri Mirzəliyev Mehdiqulu Nuru oğlu, Şərifova Şəlalə Oruc qızı, Ramal kənd sakini Məmmədov Xeyrəddin Sədri oğlu, Qaradağlı kənd sakinləri Qurbanova Nərgiz İslam qızı, Əliyeva Surə Mirbağı qızı və digərləri ayrı-ayrılıqda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 94 saylı Ucar seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmış Məmmədov Elton Arzuman oğlu tərəfindən namizədliyin qeydə alınması üçün dairə seçki komissiyasına təqdim etdiyi sənədlərdə əmlak və gəlirlərini gizlətdiyini, həmçinin imza vərəqələrində onların adından atılmış imzaların onlara aid olmadığını mübahisələndirərək onun namizədliyinin ləğv edilməsi barədə müvafiq tədbirlər görülməsini xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə əlaqədar şikayətçilərlə əlaqə saxlanılmış, onların araşdırmada və komissiyanın iclasında iştirak etmək hüquqları izah edilmişdir.
Namizəd E.A.Məmmədovun namizədliyinin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələri və digər seçki sənədləri Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən İşçi qrupu tərəfindən araşdırılmışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, E.A.Məmmədov mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaklar barədə məlumatları gizlətməklə 94 saylı Ucar seçki dairəsinin dairə seçki komissiyasına düzgün məlumat verməmişdir.
Belə ki, İşçi qrupu tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli rəydən müəyyən edilir ki, E.A.Məmmədov ona məxsus və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmış qeyri-yaşayış sahəsi, mənzil, torpaq sahəsi və fərdi yaşayış evlərinin bir qismi barədə qeyri-düzgün məlumatlar təqdim etmiş, digərləri, o cümlədən 105 ha torpaq sahəsi, ümumi sahəsi 679.1 kv.m olan üç qeyri-yaşayış sahəsi, ümumi sahəsi 797.2 kv.m olan üç fərdi yaşayış evi barədə məlumatları isə təqdim etməmişdir.
Əlavə olaraq, İşçi qrupu tərəfindən namizədin müdafiəsi üçün toplanmış imza vərəqələrində olan imzaların düzgünlüyünün yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş 10 ədəd imza vərəqəsində olan 500 ədəd seçici imzasından 160 ədəd seçici imzası yoxlanılmış və onlardan 85-i qeyri-düzgün olduğundan etibarsız hesab olunmuşdur. Ona görə də qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən imzaların yoxlanılması dayandırılmışdır.
Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə görə, namizəd həmin Məcəllənin 58-ci maddəsinə uyğun olaraq məlumatları düzgün təqdim etmədikdə onun namizəd kimi qeydə alınmasından imtina edilir.
Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Göstərilənlərə əsasən 23 iyul 2024-cü il tarixli 03 saylı müraciət əsaslı olduğundan təmin edilməli, 94 saylı Ucar seçki dairəsi dairə seçki komissiyasının 19 iyul 2024-cü il tarixli 09/30 saylı Qərarı ləğv edilməli, deputatlığa qeydə alınmış namizəd E.A.Məmmədova verilmiş 01 nömrəli vəsiqə etibarsız hesab edilməlidir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ucar rayonu Şahlıq kənd sakinləri Mirzəliyev Mehdiqulu Nuru oğlu, Şərifova Şəlalə Oruc qızı, Ramal kənd sakini Məmmədov Xeyrəddin Sədri oğlu, Qaradağlı kənd sakinləri Qurbanova Nərgiz İslam qızı, Əliyeva Surə Mirbağı qızı və digərlərinin 23 iyul 2024-cü il tarixli 03 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, 94 saylı Ucar seçki dairəsi dairə seçki komissiyasının 19 iyul 2024-cü il tarixli 09/30 saylı qərarı ləğv edilsin, deputatlığa qeydə alınmış namizəd E.A.Məmmədova verilmiş 01 nömrəli vəsiqə etibarsız hesab edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.07.2024
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Parlament seçkilər ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək
27 Iyul
Azərbaycanın güllə atıcısı Paris olimpiadasında 24-cü olub
27 Iyul
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan ...
27 Iyul
Gəncədə sənaye müəssisələrinin rəhbərlərilə görüş keçirilib
27 Iyul
Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1255 nəfər müraciət edib
27 Iyul
Rövzət Qasımov: Ombudsman Aparatı və MSK parlament seçkiləri ilə əlaqədar birgə maarifləndirmə tədbi...
27 Iyul
Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır
27 Iyul
“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb
27 Iyul
“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb
27 Iyul
Gənc əsgərlərin hazırlığı daim diqqət mərkəzindədir
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!