2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 iyul 2024-cü il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
QƏRAR № 23/109
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şəfaqətov Rüstəm Şahvələd oğlu 2024-cü il iyulun 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 89 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının qanunsuz hərəkətini, həmçinin namizəd kimi qeydə alınmasından imtinaya dair 22 iyul 2024-cü il tarixli 18/40 saylı qərarını mübahisələndirərək pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Namizəd R.Ş.Şəfaqətov müraciətində bildirmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin seçki dairəsinin ərazisində seçici imzaları toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim olunmuş, sonradan namizədliyinin geri götürülməsi barədə yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət etmişdir. Namizədliyinin geri götürülməsi ilə bağlı müraciətinə baxmayaraq, dairə seçki komissiyası R.Ş.Şəfaqətovun təqdim etdiyi imza vərəqələrini yoxlamış, onu namizəd kimi qeydə almaqdan imtina etmişdir.
Dairə seçki komissiyasının mübahisələndirilən qərarı, seçki sənədləri və digər materiallar araşdırılarkən müəyyən edilmişdir ki, namizəd R.Ş.Şəfaqətov 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, dairə seçki komissiyasının 7 iyul 2024-cü il tarixli 11/24 saylı Qərarı ilə namizədliyi təsdiq edilmiş, namizədin müdafiəsi məqsədilə seçici imzaları toplamaq üçün ona 10 (on) ədəd imza vərəqəsi verilmiş, 19 iyul 2024-cü il tarixdə namizəd seçici imzaları olan imza vərəqələrini və ona əlavə edilmiş digər seçki sənədlərini dairə seçki komissiyasına qaytarmışdır. R.Ş.Şəfaqətov 22 iyul 2024-cü il tarixdə namizədliyinin geri götürülməsi barədə dairə seçki komissiyasına yazılı ərizə təqdim etmişdir.
Dairə seçki komissiyası R.Ş.Şəfaqətovun namizədliyinin geri götürülməsi barədə yazılı ərizəsinin olmasına baxmayaraq, onun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 22 iyul 2024-cü il tarixdə qərar qəbul etmişdir.
Seçki Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, irəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.
Beləliklə, R.Ş.Şəfaqətovun 23 iyul 2024-cü il tarixli 02 saylı müraciəti əsaslı olduğundan təmin edilməli, onun həmin seçki dairəsi üzrə namizədliyi yazılı ərizəsinə əsasən geri götürülmiş hesab edilməli və dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 18/40 saylı qərarı ləğv edilməlidir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 73-1-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şəfaqətov Rüstəm Şahvələd oğlunun 23 iyul 2024-cü il tarixli 02 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, onun həmin seçki dairəsi üzrə namizədliyi yazılı ərizəsinə əsasən geri götürülmiş hesab edilsin və dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 18/40 saylı qərarı ləğv edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.07.2024
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın güllə atıcısı Paris olimpiadasında 24-cü olub
27 Iyul
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan ...
27 Iyul
Gəncədə sənaye müəssisələrinin rəhbərlərilə görüş keçirilib
27 Iyul
Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1255 nəfər müraciət edib
27 Iyul
Rövzət Qasımov: Ombudsman Aparatı və MSK parlament seçkiləri ilə əlaqədar birgə maarifləndirmə tədbi...
27 Iyul
Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır
27 Iyul
“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb
27 Iyul
“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb
27 Iyul
Gənc əsgərlərin hazırlığı daim diqqət mərkəzindədir
27 Iyul
Dünya səyyahları Füzulidə minaların zərərsizləşdirilməsini izləyiblər
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!