Qərar № 42/209
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Aydın Əhməd oğlu Əbilov 2024-cü il sentyabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 21/64 saylı Qərarını mübahisələndirmiş, seçki dairəsinin əhatə etdiyi bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Müraciət araşdırılarkən müəyyən olunmuşdur ki, A.Ə.Əbilov 2024-cü il sentyabrın 6-da qanun pozuntularının baş verməsi iddiası ilə 17 saylı Yasamal üçüncü seçki dairəsinin dairə seçki komissiyasına müracilət etmiş, bununla bağlı dairə seçki komissiyası 7 sentyabr 2024-cü il tarixli 21/64 saylı Qərarı ilə həmin müraciət şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan, onu təqdim etmiş şəxsə geri göndərmişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə əsasən, şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, dairə seçki komissiyası müraciətin şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan, onu təqdim etmiş şəxsə geri göndərmək barədə qərar qəbul etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən də A.Ə.Əbilovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli müracəti əsasız olduğundan təmin edilməməli, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 21/64 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Aydın Əhməd oğlu Əbilovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 84 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 21/64 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.09.2024
Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Sabah hava şəraiti əsasən yağmursuz olacaq
Sədr: 2024-cü ildə 230 milyon sərnişin metrodan istifadə edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər
Səhiyyə Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib
Səfər Qaraqoyunlu: 20 Yanvar qətliamı Can Azərbaycanın müstəqillik əzmini qıra bilmədi
Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
MSK sədri: Bələdiyyə seçkilərində 23 siyasi partiya iştirak edir
Sərhədçilər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı regionun inkişafı üçün əhəmiyyət kəsb edir
Şəhidlərimizin xatirəsi “20 Yanvar” meydanında anılıb
Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər
Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib
Təbriz qəzeti 20 Yanvar faciəsi barədə məqalə dərc edib
Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər
"Bu ərazilərə sanki atom bombası atılıb"15 Yanvar 2025
16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi15 Yanvar 2025
ALƏT MİLLƏTİN AĞILSIZLIQ BƏLASI14 Yanvar 2025
İlham Əliyevin “yaşıl hədəf"ləri12 Yanvar 2025
Praqmatik və düşünülmüş siyasət09 Yanvar 2025
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB08 Yanvar 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!