20 Yanvar 2025 12:27
154
CƏMİYYƏT
A- A+
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır  

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır  


Qanlı Yanvar hadisələrindən 35 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar xalqımızın tarixinə yalnız faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Odur ki, şəhid məzarları önündə baş əyən on minlərlə insanın simasında kədərlə yanaşı, qürur hissləri oxunur.

Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları – şəhidlərin yaxınlarını, Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə dərin hörmət və ehtiramının parlaq təzahürüdür.

Bu gün yalnız Bakıda deyil, bölgələrdə və xarici ölkələrdə də kütləvi anım tədbirləri və mərasimlər təşkil edilir, şəhidlərin ruhuna dualar oxunur. 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə yardım göstərilir.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdi. Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandan deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına etiraz əlaməti olaraq keçirilən kütləvi aksiyaları dağıtmaq, geniş vüsət alan milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə Bakıya və bölgələrə yeridilən hərbi kontingent dinc əhaliyə qarşı amansız qırğın törətdi. Nəticədə 150 mülki şəxs qətlə yetirildi, 700-dən çox insan ağır yaralandı.

Faciəvi hadisələrin səhəri günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş həmin cinayəti kəskin şəkildə pislədi, günahkarların cəzalandırılmasını tələb etdi. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiyməti də Ulu Öndər Heydər Əliyev verdi.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə şəhidlərin xatirəsi əbədiləşdirildi. 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu, şəhid ailələrinin, əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.


Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrindən diqqət və qayğını əsirgəmir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlillərinə və şəhid ailələrinə mənzillər, minik avtomobilləri verilib. 20 Yanvar şəhidinin ailəsi və 20 Yanvar əlilliyi üçün Prezident təqaüdünün məbləği artırılıb.


X X X

Axıdılan şəhid qanları hədər getmədi. Xalqımız müstəqilliyə qovuşdu, 30 il işğal altında qalan torpaqlarımız döyüş meydanında azad olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı.

Çox keçmədən Qarabağ Zəfərinin gözlənilən davamı gəldi. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda separatçıların mövcudluğuna son qoyuldu. Terrorçulardan təmizlənən Xankəndidə, Xocalıda, Əsgəranda və digər ərazilərdə Dövlət Bayrağımız ucaldıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Ötən il Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi və həmin gün hər il sentyabrın 20-də qeyd ediləcək.

Hazırda azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış yolunda inamlı addımlar atılır, yenidən dirçəldilən Qarabağ və Şərqi Zəngəzurda sakinlər öz ata-baba torpaqlarına qayıdırlar.

Azadlığa və zəfərlərə gedən yolda ilk cığır açmış, canını fəda etmiş şəhidlərimiz isə heç vaxt unudulmayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

15:31
20 Yanvar

Ağdamda “Şəhidlər" abidə kompleksinin önünə tər qərənfillər düzülüb

15:29
20 Yanvar

Ukraynalı jurnalist: Qanlı Yanvar terroru sırf siyasi xarakter daşıyırdı

15:25
20 Yanvar

Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram...

15:24
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

15:17
20 Yanvar

Prokurorluq əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər  

15:15
20 Yanvar

Şəhidlərin xatirəsinə ehtiram

15:14
20 Yanvar

Bakı metrosunda qatarlararası intervalların azaldılması üçün atılacaq addımlar açıqlanıb  

15:05
20 Yanvar

Vüsal Aslanov: Metronun 4 kəsişmə stansiyası olacaq  

15:03
20 Yanvar

Ceyhun Bayramov: Ermənistandan ciddi və əməli addımlar gözləyirik

15:02
20 Yanvar

Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib 

14:58
20 Yanvar

Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib 

14:57
20 Yanvar

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

14:55
20 Yanvar

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

14:55
20 Yanvar

Sədr: 2024-cü ildə 230 milyon sərnişin metrodan istifadə edib

14:53
20 Yanvar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:50
20 Yanvar

Din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər

14:42
20 Yanvar

Səhiyyə Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib

14:41
20 Yanvar

Səfər Qaraqoyunlu: 20 Yanvar qətliamı Can Azərbaycanın müstəqillik əzmini qıra bilmədi

14:40
20 Yanvar

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

14:38
20 Yanvar

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

14:36
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!