24 Mart 2023 23:38
736
DÜNYA
A- A+

Zelenski: Ukrayna indi öz müstəqilliyi uğrunda mübarizənin həlledici mərhələsindədir

 

Ukrayna indi öz müstəqilliyi və suverenliyi uğrunda mübarizənin həlledici mərhələsindədir. Ölkəmiz isə şübhəsiz ki, uzunmüddətli təhlükəsizliyə, azadlığa, sülhə nail olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın Kiyev İnstitutunda zabitlər üçün buraxılış mərasimində çıxışı zamanı söyləyib.

Zelenski qeyd edib ki, Milli Qvardiya dövlətimizin ümumi müdafiə sisteminin əsas elementlərindən birinə çevrilib. Bu da düşmənə Ukraynanı məğlub etməyə imkan vermir.

“Biz indi müstəqilliyimiz, suverenliyimiz, xalqımızın müxtəlif nəsillərinin həyatının məzmununa çevrilən əsrlər boyu davam edən Ukrayna uğrunda mübarizənin həlledici mərhələsindəyik”, - deyə Prezident bildirib.

Dövlət başçısı Ukrayna xalqının uzunmüddətli təhlükəsizlik şəraitində azadlıq və sülh qazanacağına şübhə etmir.

"Biz bu nəticəni və qələbəmizi sürətləndirmək üçün hər şeyi etməliyik. İnanıram ki, sizin hərəkətləriniz bizim ümumi Ukrayna məqsədimizi yaxınlaşdıracaq. Qoy sizin xarakteriniz işğalçıya qarşı mübarizədə öz möhkəmliyini göstərsin", - deyə Zelenski vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video