09 Fevral 2025 20:21
361
DÜNYA
A- A+
Zelenski: Müharibənin bu il başa çatması mümkündür  

Zelenski: Müharibənin bu il başa çatması mümkündür  

Rusiyanın Ukraynaya qarşı müharibəsinin bu il başa çatması mümkündür. Bunun üçün sanksiyalar gücləndirilməli və Ukraynaya təhlükəsizlik təminatı verilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın “ITV News” telekanalına müsahibəsində söyləyib.

Zelenski hesab edir ki, indi bunun üçün bütün imkanlar var. Üstəlik, Ukrayna dövləti başçısının fikrincə, ABŞ Prezidenti Donald Tramp da müharibənin tez bitməsini istəyir.

“İnanıram ki, bu gün bunun üçün bütün imkanlar var. Məncə, Tramp müharibənin tez bitməsini istəyir. Tez olub-olmamasından asılı olmayaraq, bunun necə nəticələnəcəyini bilmirik, amma bilirik ki, güclü olmalıyıq. O, güclüdür, lakin avropalılarla ittifaqda da qətiyyətlə hərəkət etməliyik”, - deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti deyib ki, Rusiyaya təzyiqi artırmaq üçün sanksiyalar total olmalıdır. Zelenski, həmçinin xalqı arxayın etmək üçün Ukraynanın təhlükəsizlik təminatının vacibliyini qeyd edib və tərəfdaş ölkələri Ukrayna iqtisadiyyatının bərpasına, insanların geri qayıtmasına kömək etməyə çağırıb.

“Bizə ölkəni tərk edən 8 milyon insanımız lazımdır”, - deyə Ukrayna Prezidenti bildirib. O, eyni zamanda vurğulayıb ki, bu gün artıq Ukrayna üçün ədalətdən söhbət getmir, söhbət müharibənin qaynar mərhələsinin başa çatmasından gedir.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!