06 Avqust 2024 09:51
803
CƏMİYYƏT
A- A+
Zəhərə qarşı zərdab

Zəhərə qarşı zərdab

 

İlan və həşərat sancması zamanı ilk yardım necə olmalıdır

 

Havalar istiləşəndə ilan və digər zəhərli həşəratların insanları sancması hallarının da sayı artır. Bununla əlaqədar əhalinin toksikoloji mərkəzlərə müraciətləri çoxalır. Ötən ay ərzində 6 nəfər Kliniki Tibbi Mərkəzə ilan sancması ilə əlaqədar müraciət edib.
Bəs toksikoloqlara ən çox hansı zəhərlənmələrlə bağlı müraciətlər olunur? İlk yardım olaraq nələr edilməlidir? Sancmalar daha çox kimlər üçün təhlükəlidir?
Mövzu ilə bağlı qəzetimizə danışan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova deyib ki, ilansancma halları, əsasən, Bakıətrafı kəndlərdə, habelə Şamaxı, Ağsu, Qəbələ, Şəmkir, Tovuz, cənub və aran rayonlarında qeydə alınır: "Ölkəmizdə az da olsa, sarı əqrəb və "qara qurd" adlanan  hörümçək zəhərlənmələrinə də rast gəlinir. Sarı əqrəb sancmasından zəhərlənmə zamanı ölüm halı, ağırlaşma baş vermir. Nadir hallarda xəstə zəhərə qarşı allergik reaksiya verə bilər. Sadəcə olaraq, sancma yerində bir az ağrı və şişkinlik olur. Bu halda ilkin yardım göstərib evə təyinat yazılır. "Qara qurd" isə ölkəmizə xas həşərat deyil. O, bizə Orta Asiyadan daha çox yükdaşımalar zamanı gəlir. Bu hörümçək 1,5 millimetr ölçüdə olur və belində 4 qırmızı nöqtə var. "Qara qurd" o qədər balacadır ki, bəzən onun sancdığını heç hiss etmək də olmur. Zəhəri gürzəninkindən bir neçə dəfə güclü olan həşəratın sancması o qədər şiddətli ağrı verir ki, hətta güclü ağrıkəsicilər belə kömək etmir. Bu ağrılar 3 gün davam edir".
Həkim-toksikoloqun sözlərinə görə, yay aylarında gənə sancmalarına da rast gəlinir. Onlar həm ölkəmizə xas olur, həm də qonşu ölkələrdən gəlir. Əsasən, Rusiyadan gələn bu həşəratlar çox zəhərli olub, birbaşa beyinə təsir edir. Ölkəmizə xas olan gənələr qorxulu deyil. Gənə sancması zamanı onlar ya xəstə tərəfindən çıxarılıb zərərsizləşdirilir və ya cərraha müraciət edilir.
A.Məmmədova bildirib ki, ilan sancması zamanı zədəli dəri ətrafını tərpətməməyə, hərəkət etdirməməyə çalışmaq lazımdır: "Həmin ətrafa yaxın oynaqları işlətmək olmaz. Əks təqdirdə, zəhər bədənə daha tez yayılacaq. Həmin nahiyə çirklidirsə, su ilə yuyulmalı, buz qoyulmalı, yara və ətrafı sıxılmamalıdır. Heç bir halda həmin nahiyəni kəsmək, çərtmək olmaz. İlan insanı sancan kimi zəhər birbaşa limfa damarı ilə yuxarı qalxır. İlan sancması halında insanın ilk ağlına gələn həmin nahiyəni sovurmaq olur. Amma bu tövsiyə edilmir. Belə ki, həmin şəxsin dişində və ya dodağında yara olub-olmadığı bilinmir. Həmin insanın ağzında balaca bir yara olsa belə, zəhər yaradan qana keçəcək. Əgər mümkündürsə, xəstənin yanında varsa, mütləq antihistamin qəbul edilməlidir".
Mütəxəssis vurğulayıb ki, ilan sancan insanı təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır: "Çünki ilan zəhərinə qarşı zərdab yalnız xəstəxanalarda vurula bilər. Həkim və ya tibb bacısı tərəfindən mütləq ağrıkəsici vurulmalı və nahiyə novakain ilə blokadaya alınmalıdır. Bu blokada yara yerindən təxminən 3-4 barmaq yuxarı dəri altına novakainin halqavari yeridilməsi deməkdir. Xəstənin vəziyyəti normaldırsa maye qəbul edə biləcək, ağırlaşdıqda isə qusmağa başlayacaq, təzyiqi kəskin enəcək. Ağız zəhərlənmələr daha çox ilanın əl, sinə, boyun, damar və ona yaxın nahiyələrdən sancmasında baş verir.  İlan sancmaları uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olanlar üçün xüsusilə təhlükəlidir".

Ülkər XASPOLADOVA,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında

00:56
13 İyun

Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

00:55
13 İyun

Ş.A.Mustafayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

00:52
13 İyun

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilərdə gövdə və mexanizmlərin sığorta xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir

00:51
13 İyun

Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

23:42
12 İyun

Yardımlı və Masallı rayon sakinləri ilə görüş olub

23:15
12 İyun

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb  

22:25
12 İyun

Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib  

22:22
12 İyun

TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

22:18
12 İyun

Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq müzakirə edilib

22:17
12 İyun

Bahar Muradova: Türk dünyasında ailə və sosial siyasət sahəsində birgə məqsədlər və dəyərlər bizi birləşdirir  

22:15
12 İyun

Azərbaycanın İndoneziya və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib  

22:13
12 İyun

Qazaxıstan Prezidenti TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşüb  

22:10
12 İyun

Hikmət Hacıyev: Azərbaycan ilə İordaniya arasında bütün səviyyələrdə və sahələrdə dərin münasibətlər mövcuddur  

22:08
12 İyun

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan  

22:04
12 İyun

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib

22:03
12 İyun

Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlər də artırılıb

22:01
12 İyun

Milli Məclisin Regional məsələlər komitəsində yeni tikinti qaydaları ilə bağlı qanun layihəsi müzakirə edilib

21:59
12 İyun

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Kir Starmerə  

21:56
12 İyun

CAR-da sərt hava şəraiti nəticəsində azı 57 nəfər ölüb  

21:52
12 İyun

FAO: Dünya dəniz balıq ehtiyatlarının 35 faizindən çoxu ifrat ovlanmaya məruz qalır  

21:50
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!