29 Yanvar 2014 02:01
48
CƏMİYYƏT
A- A+
Zakir QARALOV: Beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə güclü siyasi iradə olduğunu bildirir və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirirlər

Zakir QARALOV: Beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə güclü siyasi iradə olduğunu bildirir və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirirlər

 

Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun AzərTAc-a müsahibəsi

 

- Cənab baş prokuror, son günlər kütləvi informasiya vasitələrində "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələrinin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verilməsi barədə informasiyalar geniş yer almışdır. Bu əlavə və dəyişikliklərin mahiyyəti nədən ibarətdir?

- Öncə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Prezident Administrasiyasından Milli Məclisə daxil olmuş hər iki qanun layihəsi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlıdır. Son illər dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, mühüm qanunverici və praktiki tədbirlər həyata keçirilmişdir. Həm inzibati, həm də vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə yönələn qabaqlayıcı tədbirlər, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində "ASAN xidmət" mərkəzlərinin yaradılması, elektron xidmətlərin sayının artırılması, korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirəsalınmadan baxılmasının təmin edilməsi məqsədi ilə "161 nömrəli qaynar xətt" əlaqə mərkəzinin fəaliyyətə başlaması və bu kimi çoxsaylı kompleks tədbirlər nəticəsində ölkəmiz korrupsiyaya qarşı mübarizədə yüksək göstəricilərə nail olmuşdur.

Dövlət başçısının müvafiq fərman və sərəncamları, Nazirlər Kabinetinə verdiyi tapşırıqların icrası qaydasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi artırılmış, idarənin fəaliyyətinin səmərəli təşkili məqsədi ilə maddi-texniki təminatının yaxşılaşdırılması, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görülmüş, dövlət orqanlarının məlumat bazaları və informasiya sistemlərinə qoşulmanın təmin olunması ilə bağlı işlərə başlanılmışdır. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi kimi mühüm funksiya ilə səlahiyyətlənmiş prokurorluq orqanları qısa müddətdə korrupsiya cinayətlərinin təhlükəli növlərindən olan və əksər hallarda latent xarakter daşıyan çoxsaylı rüşvət cinayətlərini aşkar etmək və qarşısını almaqla uğurlu nəticələr əldə etmişlər.

Təsadüfi deyildir ki, qazanılan nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da əksini tapmışdır. Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatlarından olan "Transparensy İnternational"ın təqdim etdiyi 2013-cü ilin "Korrupsiya Qavranma İndeksi"ndə Azərbaycan əvvəlki illə müqayisədə 12 pillə irəliləmiş, eyni zamanda, ölkəmizin qiymətləndirmə balı 27-dən 28-ə yüksəlmişdir. Ötən il sentyabrın 23-25-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci iclasında Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund dəyərləndirilməsini müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur. Bu il yanvarın 17-də Bakıda Azərbaycanın dəyərləndirmə raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçməsi ilə bağlı hesabatın təqdimetmə mərasimində OECD təşkilatının rəsmiləri korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə güclü siyasi iradə olduğunu vurğulayaraq bu istiqamətdə görülən işləri yüksək qiymətləndirmişlər.

- Yeni dəyişikliklər idarənin strukturunda və səlahiyyətlərində necə əks olunacaqdır?

- Nəzərdə tutulan dəyişikliklərə əsasən, yeni qurum Baş İdarə səlahiyyətinə malik olmaqla, idarənin rəisi, eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun yüksək statusuna uyğun olaraq vəzifəsinə görə baş prokurorun müavini səlahiyyətlərini yerinə yetirəcəkdir. Eyni zamanda, qurumun rəis müavinləri və tərkibində yaradılacaq yeni idarələrin rəislərinin də təsnifat dərəcəsinin yüksəldilməsi nəzərdə tutulur. Mövcud dəyişikliklərdən sonra korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq funksiyasını yerinə yetirəcək Baş İdarənin əməliyyat işçiləri, o cümlədən prokuror, müstəntiq, əməliyyatçı və texniki işçilərin sayında əhəmiyyətli dəyişikliklər baş verəcəkdir ki, bütün bunlar qurumun korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətinin daha səmərəli qurulmasına şərait yaradacaqdır.

- Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin  fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının BMT-nin "Korrupsiya əleyhinə" Konvensiyasına qoşulması ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərə müvafiq olaraq 2004-cü ildən yaradılan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyətə başladığı andan mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan bu sosial hadisəyə qarşı kəskin və barışmaz mövqe nümayiş etdirməkdədir. Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılması funksiyasını yerinə yetirən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə fəaliyyətini uğurla əlaqələndirən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyətinin kəsərini ildən-ilə daha da artırmış, qurumun göstəriciləri və potensialı yüksələn xətlə inkişaf etmişdir. Korrupsiyaya məruz qalan sahələrin aşkar edilməsi, xarakterik korrupsiya hüquqpozmalarının müəyyənləşdirilməsi, onları doğuran  səbəb və şəraitin aradan qaldırılması və belə pozuntuların baş verməməsi üçün konkret təklifləri özündə əks etdirən çoxsaylı preventiv təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Korrupsiyaya qarşı mübarizədə vətəndaşlar üçün ayrı-ayrı sahələr üzrə bələdçi və maarifləndirmə nəşrləri hazırlanmışdır. Eyni zamanda, müxtəlif kateqoriyadan olan korrupsiya cinayətlərinin istintaqına dair metodik tövsiyələr və müxtəlif kitablar buraxılmış, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən uğurlu siyasət və onun nəticələrini əks etdirən, müxtəlif dillərdə hazırlanmış nəşrlərin beynəlxalq tədbirlərdə yayılması təmin edilmişdir. İstintaq olunan və tamamlanaraq məhkəməyə göndərilən işlərin sayı əhəmiyyətli dərəcədə artmış, vurulmuş ziyanın ödəmə məbləğində mühüm artım müşahidə olunmaqdadır. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilir və bir nümunə kimi təqdim olunur.

- Gözlənilən dəyişikliklərin zərurəti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin gələcək fəaliyyət hədəfləri barədə fikirləriniz də maraqlı olardı.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında, Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları və cəmiyyət üçün mühüm olan bir sıra tapşırıqlar vermişdir. Azərbaycan Prezidenti cəmiyyəti ən çox narahat edən bu sosial bəla ilə işin 2013-cü ildə daha böyük miqyasda getdiyini, bu istiqamətdə siyasi iradə olduğunu bir daha qeyd edərək həm inzibati, həm də qabaqlayıcı tədbirlərin vacibliyini vurğulamış, cəmiyyətin səyləri və dövlət siyasəti sayəsində  korrupsiyaya qarşı daha ciddi mübarizə aparılacağını bəyan etmişdir.

Son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu  sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmışdır. Dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələrin həyata keçirildiyi respublikamızda korrupsiyaya qarşı mübarizə üsullarının daha da təkmilləşdirilməsi zərurəti yaranmışdır. Bu baxımdan korrupsiyaya qarşı mübarizənin kəsərinin artırılması barədə dövlət başçısının tapşırıqlarının daha müvəffəqiyyətlə icrası üçün bu sahədə ixtisaslaşmış qurum olan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin statusu və səlahiyyətləri ilə bağlı dəyişikliklər zamanın tələbidir.

Qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi üçün cinayət işlərinin istintaqının keyfiyyətinin yüksəldilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində profilaktik işin, xüsusilə də qabaqlayıcı tədbirlərin gücləndirilməsi, əməliyyat-axtarış fəaliyyətinin daha səmərəli həyata keçirilməsi, antikorrupsiya mühitinin yaxşılaşdırılması, vətəndaşlarda korrupsiyaya qarşı dözümsüzlük iradəsinin formalaşdırılması idarənin əsas hədəfləri sırasındadır.

Azərbaycan Prokurorluğunun kollektivi göstərilən yüksək etimadı uca tutaraq, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bundan sonra da korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətli mübarizə tədbirlərinin görülməsini təmin edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!