24 Aprel 2024 10:24
285
İDMAN
A- A+

"Yuventus" finalda rəqibini gözləyir


Futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Həlledici oyuna vəsiqə uğrunda görüşdə "Latsio” komandası "Yuventus”la qarşılaşıb. Romada təşkil olunan oyun "Latsio”nun minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:1. Oyunda hesabı 12-ci dəqiqədə "Latsio”nun futbolçusu Valentin Kastelanos açıb. O, növbəti dəfə matçın 49-cu dəqiqəsində fərqlənərək hesabdakı üstünlüyü iki topa çatdırb. Lakin "Latsio”nun bundan artığına gücü çatmayıb. Belə ki, qarşılaşmanın 83-cü dəqiqəsində "qoca sinyora” buaxılan toplardan birinin əvəzini çıxıb. Arkadius Milk dəqiq zərbə ilə fərqlənib. Beləliklə, "Latsio” oyunda 2:1 hesablı qələbə qazanmasına baxmayaraq, növbəti mərhələyə Turin təmsilçisi yüksəlib. Buna səbəb Turindəki oyunda "Yuventus”un 2:0 hesablı qələbə qazanması olub.İtaliya kubokunda ikinci finalçının adına bu gün keçiriləcək "Atalanta” - "Fiorentina” oyunundan sonra aydınlıq gələcək.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video