01 May 2023 14:40
5312
Elm və texnika
A- A+
Yüksel Özgen: Heydər Əliyev Qafqaz regionunda sülhün və inkişafın əldə olunmasında mühüm rol oynayıb

Yüksel Özgen: Heydər Əliyev Qafqaz regionunda sülhün və inkişafın əldə olunmasında mühüm rol oynayıb

 

Qafqazda, Anadoluda və hətta Avrasiya regionunun tarixində mühüm rol oynayan dövlətlərdən biri Türkiyə, digəri isə Azərbaycandır. Milli-mədəni bağları olan bu iki dövlət öz tarixi proseslərində oxşar hadisələri yaşayıblar. Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək Şərqin və Türk dünyasının ilk Cümhuriyyəti olub. Osmanlı Məclis-i Məbusanın 1920-ci il yanvarın 22-də keçirilən iclasında Azərbaycanın müstəqilliyi rəsmi olaraq tanınıb. Azərbaycan hökuməti Osmanlı hökuməti ilə əlaqələrini davam etdirməklə bərabər, Mustafa Kamal liderliyindəki istiqlal mübarizəsi aparan heyətlə də dolayı yollarla münasibətlərini davam etdirib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı professor Yüksel Özgen mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının Ulu Öndərə həsr olunmuş xüsusi iclasında “Bir millət – iki dövlət” strategiyası: Mustafa Kamal Atatürkdən Heydər Əliyevə” mövzusunda çıxışı zamanı deyib. O qeyd edib ki, Türkiyə-Azərbaycan diplomatik münasibətləri 1924-cü ildən sonra dayansa da, ticari, iqtisadi və mədəni əlaqələr 1930-cu ilə qədər davam edib. Ortaq tarixi mədəniyyətə və daim dost, qardaş münasibətlərə malik olan iki ölkə arasındakı əlaqələr keçmişdən bu günə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri çərçivəsində formalaşıb.

Türkiyənin 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu bildirən Yüksel Özgen qeyd edib ki, 1992-ci ildə Bakıda qardaş ölkənin səfirliyi açılıb, həmçinin hazırda Naxçıvan və Gəncədə Baş konsulluğu fəaliyyət göstərir. Azərbaycanın isə öz növbəsində Ankarada səfirliyi, İstanbul və Qarsda Baş konsulluğu mövcuddur.

“1993-2003-cü illəri əhatə edən Heydər Əliyev dövründə Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə, xüsusən də siyasi və iqtisadi sahələrdə böyük irəliləyiş əldə edib, münasibətlərimiz zaman keçdikcə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2021-ci il iyunun 15-də imzalanan “Şuşa Bəyannaməsi” ilə əlaqələrimiz müttəfiqlik səviyyəsinə çatıb. Həmçinin ölkəmiz Qarabağda həyata keçirilən yenidənqurma işlərini dəstəkləyir və bu prosesdə yaxından iştirak edir”, - deyə o diqqətə çatdırıb.

Azərbaycanın tarixində Heydər Əliyevin yeri və önəminin açıq şəkildə görüldüyünü deyən məruzəçi dahi liderin ölkəmizin müstəqillik əldə etməsində və Qafqaz regionunda sülhün, sabitliyin və inkişafın əldə olunmasında mühüm rol oynadığını, Ulu Öndərin bütün həyatını Azərbaycana həsr etdiyini söyləyib. Qeyd edib ki, sülhə və millətlərarası dostluğun inkişafındakı xidmətlərinə görə, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən Heydər Əliyevə “Atatürk Beynəlxalq Sülh Mükafatı” verilib.

Yüksel Özgen Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu ilə AMEA arasında əməkdaşlıq protokolunun imzalandığını deyib, birgə təşkil olunan tədbirlər, konfranslar, simpoziumlar və nəşrlər barədə məlumat verib. O, çıxışının sonunda bildirib ki, Azərbaycanla əməkdaşlıq əlaqələri keçmişdə olduğu kimi, gələcəkdə də davam edəcək və iki ölkə arasında qardaşlıq münasibətləri daimi olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!