30 Noyabr 2023 15:12
990
Elm və texnika
A- A+

Yüksək Texnologiyalar Parkı PBLA layihəsini Avropa Komissiyasına təqdim edib  

 

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) Avropa İttifaqından üç tərəfdaş -Almaniyanın Leypsiq Tətbiqi Elmlər Universiteti, Yunanıstanın Patras Universiteti və Portuqaliyanın Quarda Politexnik İnstitutu, eləcə də doqquz yerli tərəfdaşla (BMU, AzTU, UNEC, BANM, UTECA, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, Texnologiya Transferi və Elmin Kommersiyalaşdırılması Platforması və Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi) birlikdə “Erasmus+” proqramı çərçivəsində “Layihə əsaslı təlim metodlarının Azərbaycan universitetlərində tətbiqi: tələbələr və müəllimlər arasında innovasiya və sahibkarlığın təşviqi (PBLA)” layihəsini Avropa Komissiyasına təqdim edib.

YTP-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədləri inteqrasiyaya əsaslanan layihə əsaslı təlim metodu ilə tədris və tədqiqat metodlarının keyfiyyətini yüksəltmək, Azərbaycanın ali məktəblərində müəllim və tələbələr arasında innovasiya və sahibkarlığı təşviq etmək və şirkətləri layihə əsaslı öyrənmə metodunun tətbiqinə dəvət edərək universitet-sənaye əməkdaşlığını gücləndirməkdir. Layihə hazırda təkrar baxılma mərhələsindədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video