22 Noyabr 2023 10:50
2466
Səhiyyə
A- A+
Yoluxucu xəstəliklərlə bağlı müraciətlər artıb

Yoluxucu xəstəliklərlə bağlı müraciətlər artıb

 

Yoluxucu xəstəliklər həmişə dünyada tibbi problemlərdən biri kimi özünü göstərib. Bu xəstəlikləri törədən virus və bakteriyalar orqanizmə hava-damcı, su və qida vasitəsilə, xəstə insanların əşyalarından istifadə etməklə daxil olur.
Son həftələr ölkəmizdə də əhali arasında, yüksək yoluxma riskinə malik xəstəliklərə, suçiçəyinə və Hepatit A-ya yoluxanların sayında artım müşahidə olunur. 

 

Peyvəndləmə zəruridir

 

Həkim-infeksionist Aydan Sevizadə deyir ki, suçiçəyi, Hepatit A və qızılca ilə bağlı müraciət edən xəstələrin sayı artıb: "Onların arasında uşaqlar çoxluq təşkil edir. Bunun bir səbəbi payız və qış mövsümündə yuxarı tənəffüs yolu infeksiyalarının geniş yayılmasıdır. Digər önəmli səbəb isə odur ki, orqanizmin immun sistemi zəiflədiyi zaman yoluxucu xəstəliklərə qarşı müqavimət azalır. Uşaq orqanizmi daha zəif olduğu üçün onlarda qızılca və suçiçəyi kimi infeksiyalara yoluxma riski də çox olur".
A.Sevizadə bildirir ki, qızılcanın geniş yayılmasının qarşısını almaq üçün  peyvəndləmənin aparılması zəruridir: "Milli peyvənd təqviminə görə uşaqlar arasında  2 doza vaksinləmə aparılır: 12-18-ci ayında və 4-6 yaşarası. Peyvənd olunan uşaqlarda yoluxma riski çox aşağıdır, digərlərinin əksinə olaraq onlar  təhlükə altında deyillər. Belə ki, peyvənd olunmayan hər 10 uşaqdan 8-nin qızılcaya yoluxma riski var".
Həkim-infeksionist deyir ki, qızılca və suçiçəyində xüsusi müalicə tətbiq edilmir: "Xəstələrə yataq rejimi və bol maye qəbulunu tövsiyə edirik. İmmun sisteminin qüvvətlənməsi üçün qida rasionuna mövsümi meyvə-tərəvəzlərin əlavə edilməsi mütləqdir. Qızılca və suçiçəyinin müalicəsi zamanı antibiotik məsləhət görülmür. Belə ki, bu yoluxucu xəstəliklərdə onların təsiri yox dərəcəsindədir".

 

Gigiyena qaydalarına riayət edilmədikdə yoluxma riski yüksəlir

 

Hepatit A-ya yoluxma çirkli və çiy suyun istifadəsi zamanı baş verir. Ona yaşayış səviyyəsinin aşağı olduğu yerlərdə daha çox rast gəlinir. A.Sevizadə deyir ki, bu virus əllərdə saatlarla qala bildiyinə görə yoluxmada gigiyenanın rolu olduqca böyükdür: "İctimai yerlərdə, məktəblərdə, bağçalarda, xəstəxana və iş yerlərində gigiyena qaydalarına riayət edilmədikdə yoluxma riski yüksəlir. Hepatit A-ya qarşı profilaktik tədbir olaraq əllər təmiz saxlanılmalı, çirklənmiş və çiy sudan istifadə edilməməli, meyvə-tərəvəzlər təmiz yuyulmalıdır".
Həkim-infeksionist bildirir ki, Hepatit A-nın kəskin mərhələsində dəri və selikli qişaların saralması, halsızlıq, iştahsızlıq, ürəkbulanma kimi əlamətlər özünü göstərir: "Xəstələr bu halda mütəxəssisə müraciət etməlidirlər. Daha sonra müvafiq müayinə aparılaraq diaqnoz qoyulur, müalicə tətbiq olunmur. Ürəkbulanma-qusma səbəbilə qidalanmada problem olarsa, infuzion terapiya aparılır, rahat həzm olunan qidalar verilir. Xəstələrə yataq rejimi, çoxlu maye  və meyvə-tərəvəz qəbulu, azyağlı yeməklərdən istifadə etmək tövsiyə olunur. Spirtli içkilərin qəbulu isə qəti qadağan edilir".

 

Qızılcaya tək-tək yoluxma olub

 

Səhiyyə Nazirliyinin məlumatına görə, respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar.
Bildirilib ki, hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!