Yerləşdiyi yarımada ilə eyni adı daşıyan Abşeron rayonu respublikanın böyük potensiala malik rayonlarındandır. Burada həyata keçirilən layihələr rayonu ölkənin əsas abadlıq və quruculuq ünvanlarından birinə çevirib. Digər sahələrlə yanaşı, avtomobil yollarına diqqət də xüsusi nəzarətdə saxlanılır. Çünki şimal istiqamətindəki bu ərazidən yollar birbaşa paytaxtla birləşir.
Dövlət başçısının abadlıq-quruculuq işlərini daha da genişləndirmək məqsədilə imzaladığı sərəncama əsasən, rayonun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yolları artıq təmir edilib. Rayonun M.Ə.Rəsulzadə küçəsində isə təmir işləri sona çatdırılıb. Layihə əsasında piyadaların sərbəst hərəkəti üçün səkilər yenidən qurulub. Ümumilikdə küçəboyu 1400 paqonmetr yeni səki daşının düzülməsi işləri aparılıb. Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənib, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdirilib. Əvvəlki dövrdə yağış suları küçəyə axaraq maşınların hərəkətinə, piyadaların isə üst-başlarının çirklənməsinə səbəb olurdu.
M.Ə.Rəsulzadə küçəsində eləcə də hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Yolcizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb. Təmir edilən yollarda yeni işıqforlar quraşdırılıb.
Xırdalan şəhərində daha bir küçə - Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurulub. Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ərazidə asfaltlanma işləri başa çatıb və avtomobillərin rahat hərəkəti üçün hər bir şərait yaradılıb. Asfaltlanma işləri Xırdalan şəhərinin Əbdüləli Mürsəlov və Şıxəli Qurbanov küçələrində də həyata keçirilib. Layihə çərçivəsində piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Küçələrin işıqlandırılması təmir işləri ilə eyni vaxtda həyata keçirilib. Dünənin qaranlıq küçələrində aparılan işıqlandırma işlərindən sonra gecə saatlarında baş verən qəzaların sayı sıfra endirilib.
Rayonun Masazır kəndində, Qobu, Ceyranbatan, Mehdiabad və Saray qəsəbələrində 23-dən yuxarı küçədə təmir işləri başa çatıb. Məqsəd vətəndaşların xüsusilə payız-qış mövsümündə gediş-gəlişində yaranan problemlərinin aradan qaldırılmasıdır.
Bundan əlavə, daxili yolların təmiri rayonda xüsusi proqram əsasında aparılır.
44 günlük Vətən müharibəsində şəhid olan oğullarımızın şərəfinə Abşeronda onlarca bulaq kompleksi quraşdırılıb. Ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək üçün həmin komplekslərin ətrafı səliqə-sahmanlanır. Həmçinin ziyarət yerlərinə aparan yollar da təmir edilib. Saray, Mehdiabad, Ceyranbatan qəsəbələrində yeni təyinatlı yollar yaradılıb. Ara yollardan əlavə, qəbiristanlıq, ticarət obyektlərinin ətrafı təmir edilib və yeni yaradılan müəssisələrə yolların rahat olması üçün işlər görülüb.
Çəkilən yolların kənarında yaşıllaşdırma işləri də aparılıb. Bu da çəkilən təzə asfalta yeni bir təbii gözəllik qatır. Əkilən ağaclar vaxtaşırı sulanır, onlara qayğı ilə yanaşılır. Bir qədər sıxlıq yaşanan Abşeronda neçə illərdir ki, yaşıllaşdırmaya diqqət artıb. Bu baxımdan təmir edilən bütün yolların kənarında Abşeronun təbiətinə uyğun ağaclar əkilir. Yaxın gələcəkdə körpə fidanlar yollara kölgə salacaq.
Paytaxta üç istiqamətdən gələn yollar məhz Abşerondan keçir. Odur ki, sürücülər yolun rahatlığına buradan köklənirlər. Bu baxımdan Abşeronda yollar paytaxt standartlarına yaxın olmalıdır. Gördükləri işin Bakının adına layiq olması üçün əlaqədar təşkilatlar daha məsuliyyətlə çalışırlar. Axı yol həm də mədəniyyət göstəricisidir.
Akif ƏLİYEV,
"Azərbaycan"
Misli Premyer Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla qalib gəlib
Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunacaq
Ağ Evin qarşısında silahlı şəxs güllələnib
Misli Premyer Liqası: “Şamaxı” doğma meydanda “Sabah”ı məğlub edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Xəyal etmək azadlığı” sərgisində iştirak ediblər
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
“Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” - seminar
Zelenski: Ukraynaya edilən hava hücum silahlarının tərkibində 82 mindən çox xarici komponent var
İtaliyada orduya daha 30-40 min hərbçi cəlb olunacaq
Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB
İsmayıllı rayonunda zəlzələ olub
Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir
QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib
Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib
Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib
Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb
Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib
Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!