25 Avqust 2023 10:30
169091
Oxucu məktubları
A- A+

Yol təhlükəsiz olanda...

 

Sürücüyəm. Tez-tez İsmayıllı, Ağsu, Qəbələ və ətrafda yerləşən digər rayonlarda olur, işlədiyim şirkətin məhsullarını daşıyıram. Bəzi yollardakı sərt döngələr diqqətli olmağı, sürəti gözləməyi tələb edir. 
Meysəri kəndinə çatmamış süni gölün yaxınlığından keçən yol, deyərdim ki, ən çətin döngədir. Dəfələrlə həmin ərazidə qəza olduğunun şahidi olmuşam. Çox vaxt həmin ərazidə yol-patrul əməkdaşları dayanır. İki hərəkət zolağına nəzarət edən polislərimiz təhlükəsizlik qaydalarının az olduğu döngədə sürücülərə kömək edirlər.
Bu günlər Şamaxıdan İsmayıllıya gedirdim.  Həmin döngəyə çatanda təmir işlərinin aparıldığını gördüm. Orada maşınların normal hərəkəti üçün dairə hazırlanır. Bir qədər genişləndirilən döngədə tikilən dairə hər iki istiqamətdə hərəkəti təhlükəsiz edəcək, yol hərəkətini nizamlayacaq.

Uğur ABDULLAYEV,
Şamaxı rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video