Yevlaxda pambığın kombaynlarla yığımına başlanılıb
Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hər hektardan orta hesabla 26,4 sentner "ağ qızıl” tədarük edən yevlaxlı pambıqçılar bu il hektarın orta məhsuldarlığını 30 sentnerə çatdırmağı qarşıya məqsəd qoyublar.
AZƏRTAC xəbər verir ki, 2020-ci ildə rayonda 1780 hektarı "MKT İstehsalat Kommersiya” MMC və 550 hektarı isə "P-Aqro” MMC ilə bağlanan müqavilə əsasında olmaqla, ümumilikdə, 2330 hektar sahədə pambıq becərilib.
Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb. Respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq, şəhər icra hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə tam təmin olunub. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Pambıq yığımı üçün rayonda 9 ədəd pambıqyığan kombayn, 22 ədəd pambığın daşınması üçün traktor, 51 ədəd pambığın daşınması üçün qoşqu, 6 ədəd dərman səpən, 1 ədəd pambıq yükləyici və 2 ədəd pambıq sahələrinin hamarlanması üçün texnikalar hazır vəziyyətə gətirilib. Sentyabrın 18-də ilk olaraq "MKT İstehsal Kommersiya” MMC tərəfindən pambıq yığımına başlanılıb.
"MKT İstehsal Kommersiya” MMC-nin aqronomu Zirəddin Həsənov tarlalarda məhsulun ötən ildəkindən çox olduğunu bildirib: "Bu il 174 nəfər fermerlə 1780 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir. Bol məhsulumuz var. Sahələrin hamısını maşınlarla yığacağıq. Hər hektardan 32-35 sentner məhsuldarlıq gözləyirik”.
Kombaynla rayonda mövsümün ilk məhsul yığımına başlayan fermer Həsən Əhmədov da tarlaların vəziyyətindən razılığını ifadə edib: "Yüksək məhsuldarlıq gözləyirəm. Pambığın maşınlarla yığılması daha sərfəlidir. Əl ilə yığım zamanı proses uzandığından məhsul itkisi çox olur. Həm də bizə baha başa gəlir. Odur ki, əkdiyim sahənin məhsulunu maşınla yığıram”.
Qeyd edək ki, 2019-cu ildə Yevlax rayonunda 2406,8 hektar sahədə pambıq becərilib, 6347,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 26,4 sentner olub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!