Yeni şəhərcikdə bayram şənliyi
Qubadlı Rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu stansiya "Sumqayıt” ərazisində yeni salınmış şəhərcikdə Novruz şənliyi keçirilib.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriRövşən Rzayev, Milli Məclisin deputatı İmamverdi İsmayılov, MKSF-in icraçı direktoru Mahir Abbaszadənin iştirak etdiyi tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək bildirib ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
M.İsaqov vurğulayıb ki, qubadlılar ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdir və onun layiqli davamçısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyir. Ötən ilin dekabrında məcburi köçkün ailələri üçün Abşeron rayonu ərazisində və Sumqayıt şəhəri 12 mikrorayonunda da 2000-dən artıq ailə üçün nəzərdə tutulmuş yeni şəhərciklərin açılış mərasimi keçirilib. Mərasimdə ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak edib. Belə bir şəhərciyin açılışı bütün məcburi köçkünlər kimi qubadlıların hədsiz sevincinə səbəb olub.
Bayram şənliyində bildirilib ki, Novruz, adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, hazırda bizi birləşdirir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur.Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Sonra incəsənət ustalarının ifasında mahnılar səsləndirilib. Yazın gəlişini bildirən və xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, şən-şux mahnılar hamıda xoş ovqat oyadıb.Tədbirdə köhnə ”dirədöymə”, "ənzəli” və sair oyunlarımız nümayiş etdirilib, idmançılar öz məharətlərini nümayiş etdiriblər. Novruzun simvolu olan Kosa və Keçəlin, kəndirbazın əyləncəli hərəkətləri tədbirə xüsusi rövnəq verib.
Axırda tonqal ətrafında xalq rəqsləri ifa edilib.
Akif ƏLİYEV,
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!