21 Noyabr 2025 10:15
245
SİYASƏT
A- A+
Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il ötür  

Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il ötür  


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 ili tamam olur.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsi XX əsrin sonlarında ölkəmizdə yaşanan mürəkkəb və təhlükəli ictimai-siyasi proseslərin fonunda tarixi zərurət kimi meydana çıxdı. Həmin dövrdə Azərbaycanda siyasi böhran dərinləşir, dövlət idarəçiliyində səriştəsizlik artır, separatizm meyilləri genişlənir, vətəndaş müharibəsi alovlanır, Ermənistanın təcavüzü ağır nəticələrə səbəb olurdu. Müstəqilliyini yeni bərpa etmiş ölkənin gələcəyi real təhlükə altına düşmüşdü. Belə bir şəraitdə xalqın əsas ümid yeri müdrik dövlət xadimi, zəngin idarəçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyev idi.

Ölkəmizin tanınmış ziyalıları 1992-ci ilin oktyabrında Ümummilli Liderə müraciət edərək yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyev 1992-ci il 24 oktyabr tarixli məktubunda bu təklifə razılıq verərək Azərbaycanın taleyinin həll olunacağı yeni bir siyasi mərhələnin əsasını qoydu.

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə yaradıldığı bəyan edildi. Bu hadisə Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşməsində həlledici rol oynadı. Həmin dövrdə ölkədə hökm sürən xaos, iqtisadi tənəzzül, siyasi çəkişmələr və müharibənin fəsadları dövlətçiliyi ciddi təhlükə altına almışdı. Ümummilli Liderin siyasi arenaya qayıdışı nəticəsində xalqın xilası prosesi başladı, Azərbaycan sabitlik və inkişaf yoluna qədəm qoydu.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlətçiliyin bünövrəsi möhkəmləndirildi, idarəçilik sistemi yenidən quruldu. Qısa müddətdə ölkədə sabitlik təmin olundu, iqtisadi islahatların əsası qoyuldu, Azərbaycanın dünya dövlətləri arasında mövqeyi gücləndirildi. Yeni Azərbaycan Partiyasına göstərilən böyük dəstək isə xalqın Ümummilli Liderinə sonsuz etimadının parlaq təcəssümü oldu.

Müstəqil Azərbaycanın dövlət quruculuğu tarixində 1993–2003-cü illər xüsusi mərhələ kimi yadda qaldı. Bu illər ərzində “Əsrin müqaviləsi” imzalandı, Bakı–Tbilisi–Ceyhan kəməri reallaşdırıldı, ölkə iqtisadiyyatı canlandı, ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı.

Xalqımızın dahi oğlu Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün müstəqil Azərbaycanın əsas ideoloji dayağını təşkil edir və Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib.

Bu çərçivədə Naxçıvanı Azərbaycanın əsas əraziləri ilə birləşdirən və Avropa ilə Mərkəzi Asiyaya birbaşa çıxış yaradan Zəngəzur dəhlizi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı Cənub Qaz Dəhlizi kimi strateji layihələr böyük əhəmiyyət kəsb edir, Azərbaycanı yalnız Qafqazda deyil, Asiya və Yaxın Şərqdə önəmli geosiyasi aktora çevirir.

Bu gün Yeni Azərbaycan Partiyası 800 minə yaxın üzvü ilə ölkənin ən böyük siyasi təşkilatıdır. Onun sıralarında gənclərin üstünlük təşkil etməsi partiyanın gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Məhz bu gənclik Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında böyük rol oynadı. Azərbaycan 44 günlük savaş nəticəsində ərazi bütövlüyünü bərpa etdi və üç onilliyi əhatə edən işğala son qoydu.

Beləliklə, Ulu Öndərin strategiyası əsasında yaranmış YAP-ın ideoloji xətti yalnız daxili inkişafı nəzərdə tutmur, bu, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən, tranzit-güc kimi formalaşmış dövlət modelinə çevrilməsi üçün də əsasdır. Bu gün Azərbaycan Qarabağ Zəfərindən sonra formalaşmış müasir geosiyasi reallıqlar şəraitində Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə doğru əminliklə addımlayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!