21 Noyabr 2025 08:25
346
CƏMİYYƏT
A- A+
"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik"

"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik"


Noyabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və partiyanın Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş "Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik" mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısındakı abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, zəngin və çoxşaxəli irsi barədə danışıb. O, Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli yol keçərək ümumxalq partiyasına çevrildiyini deyib. V.İsmayılov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir, Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir.

Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın idarə heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti dövlətçilik məktəbidir və Ulu Öndər yolunun alternativi yoxdur. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider müstəqil Azərbaycanın qurucusudur.

YAP Veteranlar Şurasının sədri Ulu Öndərin rəhbərliyi ilə 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir dövlətçilik tariximizdə əlamətdar hadisə olduğunu, regionun aparıcı siyasi qüvvəsinə çevrildiyini deyib. O vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir: "Dövlət başçımız xalqımıza tarixi Zəfər bəxş etmiş Müzəffər Liderdir. Bu gün bütün Azərbaycan xalqı, o cümlədən partiya sıralarında birləşən hər bir üzv qürurludur". 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev müasir Azərbaycan tarixinin böyük bir dövrünün dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu deyib. O qeyd edib ki, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dönəmində Azərbaycan bütün sahələrdə misilsiz inkişaf yolu keçib. E.Allahverdiyevin sözlərinə görə, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.

Tədbirdə YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, "91-lər"dən, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov və YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev çıxış edərək Heydər Əliyevin çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və Yeni Azərbaycan Partiyasının formalaşmasında əvəzsiz xidmətləri barədə danışıblar.

Vurğulanıb ki, Heydər Əliyev dühası ölkəmizin sabitlik, inkişaf və müasirlik yolunu müəyyən edən əsas strateji xətt kimi bu gün də aktuallığını qorumaqdadır. Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi mühüm islahatlar və irimiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilir.

Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.  

Sonda bədii hissə təqdim olunub.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

Avropada dizel yanacağı fyuçersləri 2022-ci ildən bəri ən yüksək səviyyədədir  

16:49
02 Aprel

Ədliyyə Nazirliyi: “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramını həyata keçirməsi üçün lazımi şərait yaradılacaq  

16:44
02 Aprel

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Avropada təbii qaz qiymətləri kəskin artıb

16:37
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!