02 May 2024 16:44
205
CƏMİYYƏT
A- A+

Yazıçı-dramaturq Hüseynbala Mirələmova Türkiyənin ASES təşkilatının xüsusi mükafatı təqdim edilib - FOTOLAR


Mayın 2-də Bakıda Atatürk Mərkəzində  Türkiyənin  Egetim və Bilim Çalışmaları Akademiyasının (ASES) Kongre və Orqanisyon Yayınçılıq  təşkilatının yazıçı-dramaturq Hüseynbala Mirələmova “Bilim və türk dünyasına katkı və dəstəklərinə” görə xüsusi mükafatının təqdimat mərasimi keçirildi. 
Təqdimat mərasimində  Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru , Əməkdar  elm xadimi AMEA-nın həqiqi üzvü  professor Nizami Cəfərov, Milli Məclisin deputatı, ”Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, filologiya elmləri doktoru, professor Minaxanım Təkləli, filologiya elmləri doktoru, professor İslam Qəribli, Türkiyədən gələn qonaqlardan  professor, doktorlar  Çengiz Şahin, Mustafa Talas, Lokman Zor, ASES-in prezidenti Taner Əli Söyləməz və digər şəxslər iştirak edirdilər. 
Təqdimat mərasimini ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “Türk odası” və “Türk araşdırmaları”  elmi-tədqiqat mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor  Elman Quliyev açaraq bildirdi ki, Azərbaycanda kifayət qədər yaxşı tanınan  yazıçı-dramaturq Hüseynbala Mirələmovun ədəbi  yaradıcılığı qardaş Türkiyədə də sevilə-sevilə izlənir. Yazıçının  bir neçə əsəri artıq türk oxucuları tərəfindən sevilə-sevilə oxunur və yüksək dəyərləndirilir. 
Natiq Hüseynbala Mirələmovun ədəbi fəaliyyəti haqqında geniş məlumat verərkən bidlirdi ki, yazıçının son illərdə nəşr olunan “Yurda fəda üç paşa” seriyasında olan  “Ənvər paşa” əsəri ötən il  Türkiyə türkcəsində işıq üzü görüb və  qardaş ölkədə geniş yayılıb.  Bu ilin mart ayında isə yazıçı Hüseynbala Mirələmovun Türkiyənin bir neçə şəhərində oxucularla maraqlı və yaddaqalan görüşləri keçirilib.  
Toplantıda çıxış edən professor Nizami Cəfərov, Milli Məslisin deputatı Bəxtiyar Sadıqov, professorlar  İslam Qəribli, Minaxanım Təkləli və türkiyəli qonaqlar yazıçının ədəbi yaradıcılığı, elmi- siyasi və ictimai fəaliyyəti haqqında söhbət açaraq bildirdilər ki, Hüseynbala Mirələmov ədəbi-siyasi yaradıcılığı  ilə Türkiyə – Azərbaycan dostluğunun möhkəmlənməsinə,  bu iki dövlətin xalqlarını birləşdirən ortaq dəyərlərin təbliğ olunmasına  çox  qiymətli töhfələr verib. Bu gün Türkiyənin ASES təşkilatının Hüseynbala Mirələmova təqdim etdiyi bu mükafat  onun bu sahədəki  ədəbi fəaliyyətinə verilən yüksək qiymətdir. 
Sonra Türkiyəli qonaq ASES-un prezidenti Taner Əli Söyləməz mükafatı yazıçı dramaturq Hüseynbala Mirələmova təqdim etdi. Təbrik çıxışında yazıçıya yaradıcılığında yeni uğurlar arzulayan Taner Əli Söyləməz əmin olduğunu bildirdi ki, Hüseynbala Mirələmov ərsəyə gətirəcəyi növbəti əsərləri ilə ortaq tariximizin bir çox qaranlıq məqamlarına da işıq salmaqla iki dövlət, bir millət arasında  qardaşlıq münasibətlərinin yeni səviyyəyə qalxmasına dəyərli töhfələr verəcək. 
Mərasimin sonunda çıxış edən yazıçı-dramaturq Hüseynbala Mirələmov tədbirdə iştirak edənlərə, onun uğurlarına sevinənlərə və yüksək dəyər verənlərə minnətdarlıq edərək bildirdi ki, türk qardaşlarının ona təqdim etdikləri bu mükafat onu daha böyük həvəslə işləməyə və əsərlər yazmağa sövq edir. 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video