15 Mart 2023 13:27
2024
Səhiyyə
A- A+
Yaz aylarında yayılan infeksion xəstəliklər

Yaz aylarında yayılan infeksion xəstəliklər

 

Yazın gəlişi ilə xəstəliklərin sayı da artır. Həmin xəstəliklər sırasına daha çox qızılca və suçiçəyini aid etmək olar. Onların bu mövsümdə yayılmasının səbəbi isə yoluxucu olmasıdır. Əsasən 5-14 yaşlı uşaqlar arasında yayılan, yazın əvvəllərində daha çox müşahidə olunan suçiçəyi infeksion xəstəlikdir. Mövsümü olmasının səbəbi isə virusun Günəşin ultrabənövşəyi şüalarına davamsızlığıdır.

AZƏRTAC xəbər verir ki, həkim-pediatr Nigar Mirzəyeva deyib: “Suçiçəyinin ilkin əlamətləri virusa yoluxandan sonra ilk gün ümumi halsızlıq və temperaturun müşahidə olunası, ikinci və üçüncü gündən sonra isə uşaqlarda virusun özünəməxsus səpgilərinin əmələ gəlməsidir. Dəri səthindən qabarıq və içərisi maye ilə dolu səpgilər onun üçün çox xarakterikdir. Hətta saç tüklərinin arasında, qulağın içində, gözlərdə belə həmin səpgiləri müşahidə etmək olur. Adətən həmin dövrdə valideynlər uşaqların çimməyinə icazə verilib-verilməməsi barədə soruşurlar. Təbii ki, dəri səthini təmiz saxlamaq üçün çimmək olar, lakin sərt yuyunmaq, kisə və digər vasitələrdən istifadə etmək düzgün deyil”.

Xəstəliyin yeganə mənbəyi insandır. Virus xəstə uşağın asqırması, öskürməsi, bir sözlə, hava-damcı yolu ilə ötürülür. Xəstə ilə təmasdan 14-22 gün sonra ilkin əlamətlər özünü büruzə verir.

Həmin mövsümdə suçiçəyindən sonra azyaşlılar arşında geniş yayılan infeksiyalardan biri də qızılcadır. Xəstəliyə 6 aya qədər körpələrdə nadir hallarda rast gəlinir. Virus özünü yoluxmadan 10 gün sonra göstərməyə başlayır. Qızılcaya yoluxan şəxs səpgilər başlamazdan əvvəlki 3-4 gün və sonrakı 4-5 gün ərzində xəstəliyi başqalarına yoluxdura bilir. Xəstə asqırdığı və ya öskürdüyü zaman virus ətrafa yayılır, havada və səthdə 2 saat müddətində qala bilir.

“İlk gün qızdırma, ümumi halsızlıq, iştahasızlıq və bununla yanaşı bütün bədənin səpməsi müşahidə olunur. Səpgilər suçiçəyindən fərqli olaraq qabarıq şəkildə olmur. Virus olduğuna görə həm suçiçəyi, həm də qızılcanın meningit, ensafelit və s. kimi ağırlaşmaları ola bilər. Qızılca da virus olduğuna görə ona yoluxduqda antibiotikdən istifadə edilməsi düzgün yanaşma deyil. Peyvənd etdirməklə uşaqları bu infeksiyadan qorumaq mümkündür”, - deyə həkim-pediatr bildirib.

Suçiçəyi və qızılca xəstəliklərini keçirənlər bu infeksiyalara qarşı ömür boyu immunitet qazanırlar və bir daha ona yoluxmurlar. Lakin yoluxanların 20 faizində təkrar yoluxma halı baş verə bilər. Həmin viruslardan qoruyan yeganə etibarlı yol isə peyvənddir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!