"Yaşıl iqtisadiyyat" qlobal inkişafa xidmət edir
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev mayın 23-də ATƏT-in Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən beynəlxalq münasibətlərin Qafqaz üçün əhəmiyyətli məqamlarına toxunmuş, Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulamış, nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərinin, orada aparılan işlərlə yerində tanış olmalarının önəmini diqqətə çatdırmışdır.
Biz bu görüşü təsadüfən xatırlatmadıq. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işləri, yeniliklərin və innovasiyaların tətbiqi sülh nəzərriyyəsinin inkişafı baxımından bütün dünya üçün son dərəcə əhəmiyyətlidir.
44 günlük Vətən müharibəsində düşmən üzərində zəfər çalan Azərbaycan Ermənistanın sülhə sarı ətalətlə və pis aktyor qiyafəsində komik ləngərləməsinə rəğmən, sülh müqaviləsinin imzalanması üçün fəal təşəbbüslər göstərir, böyük çətinliklərin və ciddi təsirlərin bahasına Ermənistanı sülhə sövq edir. Azərbaycan Prezidenti ATƏT-nin Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt ilə görüşündə ən vacib məsələlərdən birini də belə incələmişdir ki, Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz ölkəmiz tərəfindən irəli sürülmüşdür.
Məlumdur ki, bu gün Azərbaycan bütün qüvvəsini iqtisadi islahatların dərinləşməsinə, iqtisadiyyatın güclənməsinə yönəltmişdir. Bu baxımdan xanım Marqareta Sederfeltin Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulaması təsadüfi deyil. Xanım Marqareta Sederfelt bu tədbirdə ATƏT-ə üzv ölkələrin çox sayda parlament nümayəndə heyətlərinin təmsil olunduğunu bildirmiş və gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yarandığını diqqətə çatdırmışdır.
ATƏT Parlament Assambleyasının sədrinin və nümayəndə heyətinin Zəngilan rayonuna səfəri, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri ilə yerində tanış olması isə qonaqlara dünyaya özünü ən "qədim" və ən "müdrik" xalq kimi sırımağa vərdişli olan ermənilərin 30 illik işğal dövründə hansı rəzilliklərə imza atdıqlarını öz gözləri ilə görməyə imkan yaratmışdır. Təzada baxın: qonaqlar eyni zamanda Zəngilan şəhərində həyata keçirilən yenidənqurma işləri, eləcə də "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndi ilə tanış olmuşlar. Daha sonra Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev qonaqlar üçün təqdimat mərasimi keçirmişdir. Ardınca ATƏT rəsmiləri dəmir yolu infrastrukturuna, "Azərişıq" ASC-nin "yaşıl enerji" obyektlərinə baş çəkmişlər. Bu tədbir müharibənin girdablarında sürünən Ermənistanla qüdrətli və sülhsevər Azərbaycan arasında fərqləri görməyə imkan yaratmışdır.
Məlumat üçün bildirək ki, ATƏT PA-nın nümayəndələrinin iştirakı ilə mayın 22-də Bakıda keçirilən "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfrans hazırda cəmiyyətlərin üzləşdiyi böyük iqtisadi və ekoloji təhlükəsizlik problemlərinin faydalı həlli üçün yolların müəyyən olunmasına xidmət edirdi. Konfransda "yaşıl iqtisadiyyat"ın qlobal və yerli səviyyədə sosial-iqtisadi tərəqqiyə təsiri mövzusuna toxunulmuş, ekoloji təhlükəsizliyin təmin olunması və ətraf mühitin çirklənməsinin minimuma endirilməsi üçün mütərəqqi üsulların tətbiqinin vacibliyi vurğulanmışdır. Bu tədbir bir daha göstərmişdir ki, Azərbaycan bölgəmiz üçün davamlı, ədalətli və təhlükəsiz gələcəyin təmin edilməsinə çalışır.
Bahadur İMANQULİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya XİN: Moskva Qarabağ ermənilərinin bir hissəsinin qayıtmaq istədiyi barədə informasiya alır ...
04 Oktyabr
Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya
04 Oktyabr
Ağsuda Antik dövrə aid nekropolda aparılan tədqiqat yekunlaşıb
04 Oktyabr
“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq ...
04 Oktyabr
İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların...
04 Oktyabr
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb ...
04 Oktyabr
AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib
04 Oktyabr
Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imza...
04 Oktyabr
Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir
04 Oktyabr
Hindistanda daşqınlar nəticəsində azı 30 nəfər itkin düşüb
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!