Yaşıllıqlar insan sağlamlığına xidmət edir
Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində ekoloji məsələlərin öz yeri var
İnsanların sağlamlığı ətraf mühitlə, havanın təmizliyi, suyun saflığı, qidanın keyfiyyəti ilə birbaşa bağlıdır. Odur ki, Azərbaycanda xüsusilə son illərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük diqqət göstərilir. O cümlədən yeni yaşıllıq zolaqları, meşə massivləri salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir.
Bu il mayın 10-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkmələri ətraf mühitə həssas münasibətin daha bir nümunəsi idi.
Ağacların məhz Ulu Öndər Heydər Əliyevin doğum günü əkilməsi təsadüfi deyil. Çünki ölkəmizdə ekoloji siyasətin əsası Ümummilli Lider tərəfindən qoyulub. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllığı az olan ərazilərin, o cümlədən Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verib. Bu siyasətin uğurlu davamı olaraq hazırda Azərbaycanda ekoloji məsələlərin həllinə xüsusi diqqət göstərilir, ətraf mühitin dayanıqlı mühafizəsinə nail olmaq məqsədilə mühüm layihələr həyata keçirilir.
İndiyədək neft və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalan torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülüb, uğurlu layihələr reallaşdırılıb. Bu da ekologiyaya dövlət səviyyəsində xüsusi diqqətlə yanaşıldığının nəticəsidir.
Keçmiş yod-brom zavodunun Suraxanı rayonu ərazisindəki tullantı poliqonu bir çox paytaxt sakinlərinin yaxşı yadındadır. Abşeron yarımadasında ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də məhz təhlükəli tullantılarla çirkləndirilmiş bu ərazinin təmizlənməsi oldu. Görülən işlər nəticəsində indi burada ekoloji vəziyyət normalara tam uyğunlaşdırılıb.
Layihənin 2018-2019-cu illəri əhatə edən birinci mərhələsində 67 hektar ərazi yod-brom və digər neft tullantılarından təmizləndi. Ərazidəki drenaj və suvarma sistemləri quruduldu. Həmin yerdə 52 mindən çox müxtəlif növ ağac-kol tingləri əkilərək geniş meşə-park salındı.
Hazırda ərazinin qalan 100 hektarlıq sahəsində layihənin ikinci mərhələsi həyata keçirilir. Bu il təmizlənmiş ərazilərdə Abşeron iqliminə uyğunlaşdırılmış Eldar şamı, Avropa zeytunu, həmişəyaşıl sərv, Arizona sərvi, digər ağac və kol növləri, ümumilikdə 82 min tingin əkilməsi nəzərdə tutulur.
Ekoloji layihələr təkcə paytaxtı deyil, ölkəmizin digər şəhər və rayonlarını da əhatə edir. Bu baxımdan Sumqayıt şəhərində ətraf mühitlə bağlı görülən işlər mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu ilin aprel ayında Ağdərə-Sumqayıt magistral qaz kəmərinin istifadəyə verilməsi, eləcə də may ayında Sumqayıtda "Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılış mərasimlərində həmin məsələyə toxunmuşdur.
Dövlət başçısı vaxtilə Sumqayıtın böyük bir ekoloji bəla mərkəzi olduğunu xatırlatmışdır. Kimya sənayesinin sürətli inkişafı və bir çox hallarda ekoloji standartlara riayət edilməməsi nəticəsində Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi və burada bir neçə növ xəstəliklər geniş vüsət almışdı. Bu gün isə Sumqayıt təmiz, müasir sənaye mərkəzinə çevrilib və bu şəhərdə hava Bakıda olduğundan daha təmizdir. Sumqayıtda aparılan yaşıllaşdırma işləri, yeni parkların salınması, uzun illər şəhər sakinlərini narahat edən Acıdərə kanalının tamamilə təmizlənməsi və digər ekoloji tədbirlərin görülməsi öz müsbət nəticəsini göstərib.
Prezident bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək dəyərləndirib: "Sumqayıt yaradılanda Sovet İttifaqının kimya sənayesinin mərkəzi kimi nəzərdə tutulurdu və bu funksiyanı yerinə yetirirdi. Ancaq sumqayıtlılar yaxşı bilirlər ki, ekoloji vəziyyətə çox böyük zərbə vurulmuşdu. Sumqayıt ekoloji fəlakət zonası idi və Sovet İttifaqı məkanında bəlkə də ekoloji baxımdan ən çirklənmiş şəhərlərdən biri idi. Bu gün isə Sumqayıt Azərbaycanın ekoloji baxımdan ən təmiz şəhərlərindən biridir. Çünki burada yaradılmış bütün yeni müəssisələr ekoloji normalara tam cavab verir. Köhnə müəssisələr artıq bağlanıb, onların əraziləri yeni sənaye parklarının sərəncamına verilib. Bu gün Sumqayıtda təmiz hava artıq adi hala çevrilib”.
Qeyd etmək vacibdir ki, ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mühüm töhfələr verir. Birinci vitse-prezidentin təşəbbüsü ilə keçən il mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi ümumilikdə Azərbaycanın ekoloji durumuna çox müsbət təsir göstərmiş, yaşıllıq zolaqlarının miqyasının artmasına səbəb olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də xüsusi əhəmiyyət daşıyır.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Həyatı filmə bənzəyən aktyor
05 May
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
Ağdam Ağsaqqallar Şurasının konfransı keçirilib
05 May
Gələcək mühəndislərlə sənaye müəssisələri arasında əlaqə yaradılır
05 May
Azərbaycanın zamanı qabaqlayan enerji siyasəti
05 May
FAO COP29-un yüksək səviyyədə keçməsi üçün Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib...
05 May
Azərbaycan COP29 çərçivəsində Şərqlə Qərb arasında körpü olacaq
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!