21 Noyabr 2025 08:10
328
SİYASƏT
A- A+
Yarandığı gündən etimadı doğruldan avanqard partiya

Yarandığı gündən etimadı doğruldan avanqard partiya


1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə rəsmi fəaliyyətinə başlayan Yeni Azərbaycan Partiyasının (YAP) siyasi meydana daxil olması Azərbaycanın müstəqillik tarixinin mühüm hadisəsidir. YAP-ın yaranması xalqımızın həm milli birliyini möhkəmləndirmək, həm də müstəqil dövlətimizin siyasi sabitliyini qorumaq baxımından tarixi əhəmiyyət kəsb etdi. 

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır siyasi və iqtisadi böhranla üzləşmişdi. Qeyri-stabil şərait və təhlükəli proseslər gedən mürəkkəb vəziyyətdə Azərbaycanın gələcəyini düşünən ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdilər. 

 "91-lər"in Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət bu təşəbbüsün əsasını qoydu. Həmin müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya rəhbərlik etməsi xahiş olundu və bununla da xalqın iradəsi və ümummilli arzuları siyasi platformada öz əksini tapdı. Ulu Öndər Heydər Əliyev bu müraciətə cavab olaraq bildirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur və belə bir partiya ölkənin siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Beləliklə, 21 noyabr 1992-ci ildə keçirilən təsis konfransında Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmiş, Siyasi Şura, İdarə Heyəti və sədrin müavinləri təsdiqlənmişdir. Həmin gün Azərbaycanın siyasi tarixində müstəqil və güclü siyasi təşkilatın yaranması kimi yadda qalmışdır. YAP qısa müddətdə milli həmrəyliyi təmin edən, xalqın etimadını qazanan və müstəqil dövlətimizin siyasi dirçəlişində həlledici rol oynayan aparıcı siyasi qüvvəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya yalnız siyasi fəaliyyət göstərən təşkilat kimi deyil, həm də ölkədə sosial stabilliyi təmin edən, dövlət idarəçiliyi mədəniyyətini təşviq edən və cəmiyyətimizin aparıcı dayağına çevrilmişdir.

2005-ci ildə Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi Yeni Azərbaycan Partiyasını yeni inkişaf mərhələsinə çıxarmış, 2021-ci ildə həyata keçirilmiş institusional modernləşmə və islahatlar, yeni Nizamnamənin təsdiqi, İdarə Heyətinin və Veteranlar Şurasının formalaşdırılması partiyanın idarəetmə modelini daha çevik, səmərəli və strateji hədəflərə uyğun hala gətirmişdir. Eyni zamanda Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini vəzifəsinə təyinatı partiya fəaliyyətində qadınların roluna  verilən yüksək dəyərin bariz nümunəsinə çevrilmişdir.

Yeni Azərbaycan Partiyası dövlətin uzunmüddətli inkişaf strategiyasının müəllifi kimi çıxış edir və onun fəaliyyəti həm milli, həm də beynəlxalq kontekstdə strateji hədəflərin reallaşdırılmasına yönəlmişdir. Partiya sosial ədalətin təmin olunmasında, iqtisadiyyatın davamlı inkişafında, işğaldan azad edilmiş ərazilərin sürətli bərpasında, inklüziv cəmiyyətin formalaşdırılmasında, insan kapitalının gücləndirilməsində, demokratik ənənələrin möhkəmləndirilməsində, multikultural və tolerant cəmiyyətin təşviqində, eləcə də konstruktiv əməkdaşlıq və siyasi dialoqun inkişafında yaxından iştirak edir və bütün sahələrdə dövlət siyasətinin strateji hədəflərini həyata keçirir.

44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanmasına zəmin yaratmış, eyni zamanda Yeni Azərbaycan Partiyasının dövlətçilik ənənəsindəki unikal rolunu bir daha təsdiqləmişdir. Azərbaycanın beynəlxalq nüfuzu daha da artmış, qlobal arenada ölkəmiz etibarlı və təsirli tərəfdaş kimi mövqeyini gücləndirmiş, xüsusilə türk dövlətləri ilə əlaqələrin inkişafı və regional əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin həm regionda, həm də qlobal miqyasda rolunu daha da artırmışdır.

33 illik fəaliyyəti göstərir ki, Yeni Azərbaycan Partiyası yalnız dünənin və bu günün deyil, həm də gələcəyin partiyasıdır. Qarşıda duran vəzifələr işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi modelin qurulmasını, sosial təminatın gücləndirilməsini və vətəndaş rifahının yüksəldilməsini əhatə edir və bu istiqamətlərdə partiyanın siyasi iradəsi, üzvlərinin fəal iştirakı və dövlət siyasətinə sadiqliyi həlledici rol oynayacaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası dövlətçiliyin möhkəmləndirilməsində, milli birliyin qorunmasında və cəmiyyətimizin dinamik inkişafında aparıcı siyasi qüvvə olaraq rolunu davam etdirəcək, qarşıya qoyulan strateji hədəflərin ardıcıl həyata keçirilməsinə nail olacaq və bu missiyada partiyanın üzvlərinin fəal iştirakı, xalqın etimadı və dövlətin davamlı siyasətinə sadiqliyi hər zaman əsas təminat kimi çıxış edəcəkdir. 

Əminik ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa və möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan strateji hədəflərə sarsılmaz inamımız Azərbaycanın yeni nailiyyətlərinin əsasını təşkil edəcəkdir.


Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

“Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik” - Kəlbəcər sakini  

14:39
02 Aprel

Dünya bazarında qızıl 181 dollar ucuzlaşıb

14:21
02 Aprel

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşüb YENİLƏNİB  

14:16
02 Aprel

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir  

14:07
02 Aprel

Prezident: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir  

14:05
02 Aprel

Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:05
02 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

13:56
02 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək  

13:53
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib YENİLƏNİB

13:48
02 Aprel

Azərbaycanda pul bazası artıb

13:47
02 Aprel

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib YENİLƏNİB  

13:46
02 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi: 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik VİDEO  

13:18
02 Aprel

EKTİS-ə keçid, müasir suvarma sistemləri və yeni dəstək mexanizmləri - Naxçıvanın aqrar sektoru rəqəmsallaşır  

13:07
02 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!