Yaralı halda düşmən üzərinə atılan 18 yaşlı qubalı qəhrəman
Vətən müharibəsi bizə bir çox qəhrəmanları tanıtdı. Onlardan biri də 18 yaşında şəhidlik zirvəsinə ucalan Əli İbrahimovdur. Müharibənin ilk günündə yaralanmasına baxmayaraq, döyüşməyə davam edən Əli oktyabrın 14-də şəhidlik zirvəsinə ucalıb və ölümündən sonra üç medalla təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əli İbrahimov 2002-ci ildə Quba şəhərində anadan olub. Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 nömrəli tam orta məktəbi bitirib. 2020-ci ilin may ayında hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayan gündən savaşa qatılıb. Əli müharibənin ilk günü yaralanıb. Bədənində çoxsaylı qəlpələr olsa da, qısa müddət müalicədən sonra yenidən döyüşməyə davam edib.
“Mingəçevirdə hərbi xidmətdə idi. Müharibə başlayanda da xəbər aldıq ki, ön cəbhədə düşmənlə üz-üzədir. Yaralandıqdan sonra bir müddət Şəmkirdə hospitalda müalicə aldı. Yaraları tam sağalmamış müraciət edərək döyüş yoldaşlarının yanına qayıdıb. Oktyabrın 12-si telefonla danışdıq. Azad etdikləri ərazilərin gözəlliyindən bəhs etdi. Oğluma dedim ayağın yaralıdır, amma yenidən qayıtmısan. Mənə dedi ki, şəhid olan döyüş yoldaşlarımın qisasını almalıyam. Oktyabrın 14-də şəhidlik zirvəsinə ucaldı”, - deyə şəhidin atası Bəxtiyar İbrahimov söyləyib.
Şəhidin anası Sitarə İbrahimova bildirir ki, Əlinin musiqiyə həvəsi olub. Qarmonda ifa etməyi çox xoşlayırdı.
“Əli mənim evimin ilk sevinci idi. Adətən süfrə başında əyləşəndə mənim üçün musiqi ifa edərdi. Söz vermişdi ki, hərbi formada evə gələcək, amma qismət olmadı. Sonuncu dəfə telefonla danışanda söylədim ki, yaralanandan sonra tam sagalmamısan, bəlkə müalicəni davam etdirəsən. Sözlərimə etiraz etdi. Çox vətənpərvər övlad idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhidin anası Sitarə İbrahimova söyləyib.
Qəhrəman döyüşçü Əli İbrahimov Talış və Suqovuşan kəndlərinin düşməndən azad olunmasında fəal iştirak edib. Oktyabrın 14-ü Suqovuşan istiqamətində gedən döyüşlərin birində yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Əli İbrahimov Qubanın Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!