Yaponiya «Akasuki» planetlərarası aparatı Veneraya çatdırmaqda iddialıdır
Yaponiya "Akasuki" ("Şəfəq") planetlərarası aparatın əsas mühərrikindəki nasazlığa baxmayaraq, onu 2015-ci ildə Veneraya çatdırmaqda iddialıdır. Bu məlumatı JAKSA Yaponiya Milli Aerokosmik Agentliyi yaymışdır.
"Akasuki" 2010-cu il mayın 20-də kosmosa buraxılmış və ötən ilin dekabrında Veneranın 550 kilometrliyinə yaxınlaşmışdır. Plana uyğun olaraq planetlərarası aparatın mühərriki geridartma rejiminə keçərək sürəti azaltmalı və Günəşə ən yaxın ikinci planetin elliptik orbitinə çıxmalı idi. Məhz bu əməliyyat uğursuzluqla nəticələnmiş, mühərrik yalnız geridartma qüvvəsinin 10 faizindən istifadə edə bilmişdi. Bu isə aparatın sürətini azaltmağa kifayət etməmişdir.
JAKSA-dan bildirmişlər ki, "Akasuki"ni Veneranın orbitinə çıxarmaq üçün 2015-ci ildə ikinci cəhd ediləcəkdir. Bunun üçün aparatın 12 köməkçi mühərrikinin eyni istiqamətə yönəldilmiş dörd mühərrikindən istifadə olunması nəzərdə tutulur. Həmin mühərriklərin birlikdə gücü əsas mühərrikin bu məqsəd üçün nəzərdə tutulan gücünü iki dəfə üstələyir. Mütəxəssislərin fikrincə, bu, aparatın orbitə çıxarılmasına yardım etsə də, "Akasuki"nin qarşısına qoyulmuş elmi vəzifələrin icrası üçün kifayət deyildir.
Plana uyğun olaraq, "Akasuki" orbitə çıxarıldıqdan sonra iki il müddətində Yerə qonşu planetlə bağlı zəruri məlumatlar göndərməlidir. Bu məqsədlə aparatda müxtəlif diapazonlarda çalışan beş kamera quraşdırılmışdır. "Akasuki" layihəsinin dəyəri 25,2 milyard yenə (330 milyon ABŞ dollarından çox) bərabərdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır
27 Aprel
Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb
27 Aprel
Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub
27 Aprel
ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı ...
27 Aprel
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
27 Aprel
Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür
27 Aprel
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!