15 May 2026 16:56
181
CƏMİYYƏT
A- A+
YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çinə səfəri çərçivəsində Çin Kommunist Partiyası (ÇKP) Şensi vilayət təşkilatının katibi, Şensi vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Çjao İde ilə görüşüb.

YAP-dan AZƏRTAC-a verilən məlumata görə, qarşılıqlı etimada əsaslanan çoxşaxəli əməkdaşlığın Azərbaycanın və Çinin xarici siyasətində prioritet olduğu qeyd edilib. Bildirilib ki, münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək geniş perspektivlərə malikdir.

Partiyalar arasında əməkdaşlığın Azərbaycan-Çin münasibətlərinin mühüm istiqamətlərindən olduğu qeyd edilib. 2024-cü ilin noyabrında imzalanmış memorandumun partiyalararası əlaqələri daha da möhkəmləndirdiyi və yeni imkanlar yaratdığı bildirilib. YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində keçirilən görüşlərin əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb. Həmçinin Dövlət İdarəçilik Akademiyası ilə ÇKP Partiya Məktəbi arasında imzalanan anlaşmanın kadr hazırlığı sahəsində təcrübə mübadiləsinə töhfə verəcəyi qeyd olunub.

Görüşdə yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın və Çinin özünəməxsus inkişaf modellərinə malik olduğu qeyd edilib. Hər iki ölkənin sosial-iqtisadi nailiyyətlərinin beynəlxalq səviyyədə maraqla qarşılandığı və diqqətlə izlənildiyi bildirilib.

Azərbaycan ilə Çinin qardaşlaşmış şəhərlər təcrübəsinə malik olduğu qeyd edilərək regionlararası əməkdaşlıq məsələlərinə toxunulub. İqtisadiyyat, turizm, təhsil, rəqəmsal texnologiyalar və mədəniyyət sahələrində mövcud potensialdan daha geniş istifadənin vacibliyi vurğulanıb, investisiya siyasətinin əhəmiyyəti qeyd edilib. Xüsusilə Sian şəhərinin logistika mərkəzi kimi rolu diqqətə çatdırılıb.

Çin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində iştirakı perspektivləri diqqətə çatdırılıb.

Nümayəndə heyətinin Şensi vilayətində humanoid robotlar istehsal edən “Zhilaite” texnoloji şirkətinə, Çin–Avropa qatarları üzrə logistika mərkəzinə, Sian Böyük Məscidinə və Sin Şixuandi İmperiya Muzeyinə, o cümlədən Terrakota Ordusu Muzeyinə ziyarəti də təşkil olunub.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Çinin “Şensi” televiziya kanalına müsahibəsində səfərin yekunlarına, eləcə də istər ölkələr, istərsə də partiyalar arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikirlərini bölüşüb.

Mayın 15-də YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda sutka ərazində düşən yağıntının miqdarı aylıq normanın 589 faizini təşkil edib

14:52
18 May

Şəmkirdə kəndlərarası avtomobil yolları yenidən qurulur  

14:40
18 May

UNİCEF: Dünyada hər beş uşaqdan biri yoxsulluq şəraitində yaşayır

14:38
18 May

Bu ilin 4 ayında 997 min şəxsə 752 milyon manat müavinət və təqaüd ödənilib

14:37
18 May

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edir YENİLƏNƏCƏK

14:25
18 May

Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib  

14:08
18 May

Prezident İlham Əliyev: Biz qədim tariximizlə qürur hissi duyuruq 

13:27
18 May

Aziz Akobayev: Məskunlaşma problemi qarşılıqlı əməkdaşlıq yolu ilə aradan qaldırıla bilər

13:21
18 May

Azərbaycan Prezidenti: Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır

13:17
18 May

Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk

13:13
18 May

Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik  

13:11
18 May

Azərbaycan Prezidenti: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq

13:09
18 May

İran müharibəsi qlobal şirkətlərə 25 milyard dollara başa gəlib

13:02
18 May

Keniya Prezidentinə SOCAR-ın Azərbaycandan kənarda həyata keçirdiyi enerji layihələri barədə məlumat verilib  

13:01
18 May

ABŞ-də keçirilən avia şousunda iki hərbi təyyarə toqquşub   

13:00
18 May

Prezident: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar

12:57
18 May

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik 

12:53
18 May

Pakistanda bazarda partlayış: 3 ölü, 4 yaralı

12:51
18 May

“Baraka” AES-də dron hücumundan sonra radiasiya sızması aşkar edilməyib  

12:39
18 May

Kamerunun nümayəndəsi: WUF13 dayanıqlı şəhərlərin qurulmasına töhfə verir

12:31
18 May

Nepallı ekspert: Aztəminatlı ailələrin mənzil təminatı sahəsində maliyyə çatışmazlığı var  

12:28
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!