Yanvar ayında xarici ticarət dövriyyəsi 4,5 milyard olub
Cari ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 73 ölkəyə məhsul ixrac olunub, 132 ölkədən idxal edilib. Gömrük orqanlarında qeydiyyatı aparılıb. Lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar ayında xarici ticarət dövriyyəsi 4 milyard 591,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3 milyard 178,7 milyon dollar, idxalın dəyəri 1 milyard 412,7 milyon dollar təşkil edib. Nəticədə 1 milyard 766 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Qeyd edilib ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,6 faiz, real ifadədə 3,9 faiz, o cümlədən idxal 18,7 faiz artıb, ixrac isə 1 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 91,7 faizi İtaliya, Türkiyə, Rusiya, İsrail, Çin, Fransa, Almaniya, Hindistan, Vyetnam, Çexiya, Gürcüstan, Türkmənistan, Rumıniya, Avstriya, İrlandiya, Yunanıstan, Qazaxıstan, ABŞ, İran, Ukrayna və Koreya ilə aparılıb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19 faizi Rusiyanın, 13,1 faizi Fransanın, hər biri 12,9 faiz olmaqla Çin və Türkiyənin, 4,6 faizi Almaniyanın, 4,4 faizi Türkmənistanın, 3,4 faizi İtaliyanın, 3,0 faizi ABŞ-nin, 2,9 faizi Qazaxıstanın, 2,7 faizi İranın, 1,8 faizi Koreyanın, 1,6 faizi Ukraynanın, 1,5 faizi Hindistanın, hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiyanın, 1,3 faizi Birləşmiş Krallığın, 0,9 faizi Polşanın, 0,8 faizi İndoneziyanın, 0,7 faizi Niderlandın, 9,7 faizi isə digər ölkələrin payına düşüb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
BP və ADNOC İsrailin qaz şirkətinin səhmlərinin 50 faizini almaq üçün 4 milyard dollar təklif edib ...
28 Mart
Energetika naziri “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər...
28 Mart
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub ...
28 Mart
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib...
28 Mart
Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan 1.8 dəfə yuxarı olub
28 Mart
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
28 Mart
Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər
28 Mart
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib
28 Mart
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
28 Mart
Laçın-Xankəndi yolu: Daha bir avtomobil karvanı aksiya ərazisindən keçib
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!